Bizi sosial şəbəkələrdən izləyin:
"Ağdam və mən" layihəsində bu dəfə mərhum Xalq artisti Rəmişin evi nümayiş edilib.
Gitara ifaçısının işğaldan əvvəl bu evdə yaşadığı bildirilib.
"Evi Rəmişin atası, rayonun tanınmış insanlarından olan, Abdal Hüseyn kimi tanınan Hüseyn Hüseynov 1947-ci ildə tikdirib. Rəmişin o vaxt 3 yaşı olub. Sonralar sənəti ilə əlaqədar Bakıda yaşayan Rəmişin Ağdama gedərkən qaldığı ev məhz buradır" deyə, proqramda qeyd edilib.