Ukrayna “Enerqoatom”un rəhbəri: “Rusiyanın oyunu Zaporojye AES üçün son dərəcə təhlükəlidir”
Cəmiyyət
2813
20 Aug 2022 | 18:35

Ukrayna “Enerqoatom”un rəhbəri: “Rusiyanın oyunu Zaporojye AES üçün son dərəcə təhlükəlidir”

“Bu günə olan məlumata görə Zaporojye AES-də vəziyyət gərgin olaraq qalmaqdadır. Buna səbəb Rusiya Silahlı Qüvvələrinin təxminən üç həftə bundan əvvəl Zaporojye AES-in ərazisini yenidən atəşə tutmağa başlamasıdır. Onlar həm AES-in ərazisini, həmçinin AES-in əməkdaşlarının yaşadığı Enerhodar şəhərini atəşə tuturlar”.
 
Bunu “Report”un Şərqi Avropa bürosuna Ukraynanın “Enerqoatom” Milli Nüvə Enerjisi İstehsalı Şirkətinin rəhbəri Petr Kotin deyib.
 
“Onlar həm AES-i, həm də Enerhodar şəhərini qumbaraatanlardan atəşə tutur, daha sonra bu işdə Ukrayna tərəfini ittiham edirlər. Bu isə həqiqəti əks etdirmir. Çünki atəşlə partlayış arasında vaxt fərqi təxminən 1-3 saniyə təşkil edir. Şahidlərin sözlərinə görə, mərmi 1-3 km məsafədən atılır. Bu məsafədə isə yalnız Rusiya qoşunları yerləşir. Ukrayna Silahlı Qüvvələri isə Dnepr çayının digər tərəfindən – Nekopol və Marqanz ərazisinddir. Bundan sonra Rusiya mətbuatı Ukrayna tərəfini atəş açmaqda günahlandırır, Rusiya hərbçiləri Nikopol və Marqanezin dinc sakinlərinə “Uraqan”, “Qrad”larla “cavab atəşi” açır. Onların bu oyunu təkcə Ukraynada deyil, bütün Avropada ən böyük AES olan Zaporojye AES üçün son dərəcə təhlükəlidir. Bu, 6 000 MVt elektrik enerjisi gücünə malik stansiyadır”, - o, əlavə edib
 
O bildirib ki, indiyədək Zaporojye AES-i ölkənin enerji sistemi ilə birləşdirən 4 xətdən 3-ü zədələnib:
 
“AES yalnız 1 xətt üzərində qalmaqdadır, daha 2 ehtiyat xətt isə stansiyanın öz ehtiyacları üçündür. Lakin əgər bu yeganə xətt zədələnərsə, stansiya faktiki “block out” rejiminə keçəcək. Bu halda bütün 6 xətt üçün, yanacağın soyuması üçün, soyuducu nasosların işləməsi üçün yalnız dizelə ümid edə biləcəyik. Bu isə qəzadan əvvəl baş verə biləcək son mərhələ olacaq. Hazırda görülməli olan ilk iş Rusya hərbçilərini Zaporojye AES-dən çıxarmaq olmalıdır. Biz dəfələrlə bu barədə bütün beynəlxalq agentliklərə müraciət etmişik. Zaporojye AES-in təhlükəsiz fəaliyyətinin təmin edilməsi və bütün dünya üçün nüvə təhlükəsinin aradan məhz bundan asılıdır”.
Link kopyalandı!
Son xəbərlər