“Azəriqaz
2531
20 Aug 2022 | 17:42

“Azəriqaz" şəhid ailələrinin istəyini nəzərə aldı - Qazsız kənddə aksiya

Yardımlı rayonunun Zevin kəndindən olan bir neçə şəhid ailəsinin keçirilən "Açıq mikrofon" aksiyasında iştirak etmək istəyi nəzərə alınıb.
 
Moderator.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri adıçəkilən kəndə gedərək şəhid ailələri ilə görüşüblər.
 
Şəhid valideynləri və bir qrup kənd sakinləri ilə keçirilən görüşdə vətəndaşlar aksiyanın Zevin kəndində davam etdirdiklərinə görə SOCAR "Azəriqaz" İB-nin rəhbərliyinə təşəkkür ediblər.
 
Şəhid atası Yadigar Rufullayev, Hamil Sirbəyov, Tahir Feyziyev və şəhid qardaşı Faiq Feyziyev, eləcə də təqaüdçü müəllim Səyədxan Ağayev çıxış edərək Zevin kəndinin növbəti ilin qazlaşma planına salınması ilə bağlı müraciətlərini Birliyin baş direktoruna çatdırılmasını xahiş ediblər. Şəhid ailələri göstərilən diqqətə görə Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyinə təşəkkür ediblər.
 
Link kopyalandı!
Son xəbərlər