00:26
18°C
Bakı
Sumqayıtda yaşayış binasının girişindən 10 gün ərzində 4 su motoru, su sayğacları, bir avtomobil akkumlyatoru və bir ədəd dəmir oturacaq oğurlanıb.
Bizim.Media xəbər verir ki, hadisə birləşmiş məhəllədəki 76 saylı binada baş verib.
Sakinlər bildirirlər ki, oğurluq hadisələrinin ərazidə tez-tez baş verməsi onları təşvişə salır.
Həyətlərdə onlara məxsus su motorları və digər avadanlıqlar oğurlandığından avtomobillərini də burada saxlamaqdan ehtiyat edirlər.
Daha ətraflı videodan izləyin:
Bizim.Media