Kasıb ailədə böyüyən zərgər: “Yaxşı pul qazanırdım - bir günə 500-1000 dollar...” - FOTO
Oxunub: 2968
28 May 2022 | 13:28
Kasıb ailədə böyüyən zərgər: “Yaxşı pul qazanırdım - bir günə 500-1000 dollar...” - FOTO

“Cəmi 16 yaşım vardı, amma yaxşı pul qazanırdım – bir günə 500-1000 dollar. 30 ildir ki, bu sənətlə məşğulam, elə təkcə bu dükanda 23 ildir işləyirəm. Qanım bərk qara olanda gedirəm “Kubinka”ya, çörək satdığım tində dayanıram, baxıram...”

Moderator.az xəbər verir ki, “Kaspi qəzeti”nin əməkdaşı bu dəfə zərgər Ramin Babayevlə həmsöhbət olub.

Bir neçə peşə var ki, onlara incə sənət və ya elə incəsənət də demək olar. Çünki bu sənətin peşəkarları da rəssam, şair, memar kimi yaradıcıdırlar. Elə zərgərlik sənətini götürək. Zərgərlik çox qədim zamanlardan məşhur olub. Alban tarixçisi Moisey Kalankatuklu VII əsrdə yazırdı ki, Qafqaz Albaniyasında dağlarda qızıl, gümüş, mis və sarı boyaq istehsal olunur. Bizim insanlar, xüsusən də xanımlar bineyi-qədimdən bər-bəzəyi, ləl-cavahiratı həddindən artıq çox sevib və buna xüsusi əhəmiyyət veriblər. Elə bundandır ki, xeyir iş olanda da “həri” məclisinə ilk olaraq qızıl üzük aparılır ki, bu da barmağa taxılan qızın bəxt üzüyü sayılır, hətta müqəddəs bir əşya kimi saxlanılır. Zərgərlikdən danışmışkən, Mərkəzi Univermağın yan-yörəsində olan zərgərlik emalatxanaları yadıma düşdü. “Zər qədrini zərgər bilər” deyib üz aldım Nizami küçəsi ilə üzü yuxarı. Nə yalan deyim, həris olmasam da, qəşəng sırğa-üzük həvəskarıyam. Zərgər Ramin Babayevlə qızıldan tutmuş Mona Lizaya qədər söhbətləşdik. 



Zövq, fantaziya, işə sevgi

Zərgər Ramin Babayev deyir ki, çox kasıb ailədə böyüyüb: “Nənəm dağlı çörəyi bişirirdi, mən də 7 yaşımdan “Kubinka” bazarında satırdım. Evdəkilər çox qorxurdular ki, bütün günü bazardayam, birdən pis uşaqlara qoşularam. Əmim Bakı Zərgərlik Zavodunda yeməkxana müdiri idi. 15 yaşında məni əmimə təhvil verdilər, dedilər ki, yanında olsun, nəzarət elə, burda işləsin. Evdəkilərin narahatlığına baxmayaraq, mənim həmişə ağlım başımda olub, elə şeylərə marağım olmayıb. Bir müddət əmimin yanında işlədim. Ora da ancaq zərgərlər gəlirdi. Allah rəhmət eləsin, Eldar adında bir zərgər vardı, o da həmişə nahara gəlirdi. Bir dəfə mənə dedi ki, sənət öyrənmək istəyirsən? Dedim hə! Dedi sabahdan gələrsən yanıma. Mən də həmin gündən zərgərlik sənətini öyrənməyə başladım. Əvvəlcə gümüş, tam öyrənəndən sonra isə qızıl üzərində işlədim. Bu işin çətinliyi bir ondadır ki, gərək səbirli olasan. Həm də işinə sevgin olsun. Zərgərlik özü də incəsənətdir. Zövqün, fantaziyan olmalıdır. Amma mən o qədər özümü güclü sənətkar hesab etmirəm. Ona görə ki, bundan ötrü gərək rəssamlığı da yaxşı biləsən.  Rəsmi, rəssamlığı gözəl bilən adamlar bu aləmdə hətta dünya şöhrətli bir zərgərə də çevrilə bilir”. 



Çörək satdığım günləri xatırlayıram

Zərgərimiz deyir ki, alış-satışa əvvəldən öyrəşmişdim deyə, 93-cü ildən başladım qızılın alış-satışına: “Mərkəzi Univermaqda bir-iki qızıl şöbəsi vardı. Onlara qızıl məmulatları təklif etdim, istədilər. O illərdə həm də qızıla ehtiyac vardı. Zərgərlərdən alıb onlara satmağa başladım. Cəmi 16 yaşım vardı, amma yaxşı pul qazanırdım – bir günə 500-1000 dollar. 30 ildir ki, bu sənətlə məşğulam, elə təkcə bu dükanda 23 ildir işləyirəm. Şükür Allaha! Amma həmişə çörək satdığım günləri xatırlayıram. Qanım bərk qara olanda gedirəm “Kubinka”ya, çörək satdığım tində dayanıram, baxıram. Keçən günlərimi yada salıram. Nostalji olur mənim üçün”. 

Səbir, səbir, yenə də səbir...

Müştərilər hərəsi bir cürdür, deyir zərgər: “Hərəsinin bir cür xarakteri, yanaşma tərzi var. Səbir bizə təkcə məmulatı hazırlayanda deyil, həm də müştərilərlə ünsiyyətdə lazımdır. Müştərinin fikrini, istədiyini gərək düzgün tapa biləsən. Əgər müştəri bura gəlibsə, deməli, ağlında nə isə tutub gəlib. Bizim işimiz onu tapa bilmək, ona uyğun xidmət göstərməkdir. Onlara diqqət ayırmalısan.  Çünki bu, çox önəmlidir. Bir dəfə bir xanıma üzük satmışdım. Bir müddət sonra gəldi ki, mənə aşağı əyarlı qızıl satıbsan. Mən öz işimə həmişə əmin olmuşam. Amma çox narahat oldum. Əyarını yoxladım, gördüm ki, təmizdir. Sonra məlum oldu ki, xanımın bədəninin turşuluğu çoxdur, ona görə də barmağında qaralıq verirmiş. Yəni hər cür müştəri olur. Səbirli olmalıyıq”. 



O dövran getdi

Ramin bəylə yeni dövrün zərgərliyindən də danışdıq: “Bu gün texnologiyanın inkişaf dövründə yaşayırıq. Demək olar ki, əl zəhməti indi çox azalıb. O qədər yeni model avadanlıqlar çıxıb ki, daha əllə bir iş görməyə ehtiyac qalmır. Kompüterdə istədiyin məmulatın formasını yığ, avadanlıq onu çıxartsın, üstünün düzəlişini ver, vəssalam. Daha o dövran getdi. Bu gün kompüterin etdiyini əllə etmək mümkün deyil. İndi kompüter bizim işimizi 95 faiz yüngülləşdirib. İstədiyimizi orada yığırıq. Yəni indi çox nadir hallarda kimsə o qədim işlərdən istəyir. O nəsil getdi daha. Bu gün biz ancaq model satırıq. İnsanlar ancaq gözəl modelə üstünlük verir”. 



Hətta xaricdə olanda da teatra gedir

Zərgər, ümumən ədəbiyyat və mədəniyyətlə də maraqlandığını, gənclik illərində çox mütaliə etdiyini dedi: “Parisdə olanda Luvr muzeyində olmuşam. Leonardo da Vinçinin “Mono Liza” rəsminin qarşısında dayananda özümü dünyanın ən xoşbəxt adamı hesab etdim ki, o rəsmi öz gözlərimlə görürəm. Mən nəinki Bakıda, hətta xaricdə olanda da teatra gedirəm. Hollandiyada olanda Amsterdam Teatrında tamaşaya getmişdim, ondan böyük zövq almışdım. Və bir qəribə arzum var. Dirijor olmaq istərdim. Həmişə deyirəm ki, kaş Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürasına dirijorluq  edə biləydim. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bu yaxınlarda “Koroğlu” operası oynanılacaq, operanın 85 illiyidir. Gedib baxacağam mütləq. Mən çox sevirəm bu operanı”.

Bu qızılın, brilyantın, müxtəlif daş-qaşların par-par parıldadığı bir məkanda divarda müxtəlif rəsmlərin də – natürmort, mənzərə, portret və s. asıldığı gözümdən yayınmadı. Amma ən çox diqqətimi çəkən Hacı Zeynalabdin Tağıyevin  məğrurluq və eyni zamanda da mehriban siması əks olunan portreti oldu. Bu məkanda zərgərlə zərli söhbət edib yeni söhbətlər üçün ayrılıram. Hələlik...

  •  
Oxşar xəbərlər
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu