Bizi sosial şəbəkələrdən izləyin:
“Eduard Şevardnadzenin Heydər Əliyevlə dostluğu Gürcüstan və Azərbaycanın yeni tarixinin başlanğıcı olub".
Bunu Gürcüstanın mərhum dövlət başçısı Eduard Şevardnadzenin nəvəsi Sofiko Şevardnadze Tbilisidə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Gələcəyə aparan yol” adlı sərginin açılış mərasimində deyib.
Onun sözlərinə görə, siyasətdə dostların olmadığını deyirlər, lakin Şevardnadze-Əliyev dostluğu iki ölkə arasında münasibətləri yeni mərhələyə yüksəltdi.
S.Şevardnadze bildirib ki, H.Əliyev Gürcüstanın tranzit ölkəyə çevrilməsində prinsipial mövqe tutmuşdu: "Hər iki liderin on illər bundan öncə başladığı işlər bu gün də davam edir və reallaşdırılan layihələr bu gün daha da aktualdır. Yaradılmış enerji dəhlizi Avropaya yol oldu".
O qeyd edib ki, hazırda dünyaya H.Əliyev və E.Şevardnadze kimi insanlar lazımdır: "Onlar bir-birinə inanırdılar, ölkələrinin gələcəkləri üçün böyük işlər görürdülər".