Türkiyədə olan Cavid Qurbanov Ankarada Heydər Əliyevin abidəsini ziyarət etdi - VİDEO
3099
10 May 2022 | 17:54

Türkiyədə olan Cavid Qurbanov Ankarada Heydər Əliyevin abidəsini ziyarət etdi - VİDEO

Bu gündən etibarən Türkiyənin paytaxtı Ankara şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının növbəti toplantısı başlayıb. 

Toplantıdan öncə Beynəlxalq Assosasiyanın üzvləri Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Toplantıda “Azərbaycan Dəmir Yolları ” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də təmsil olunur.
 
Link kopyalandı!
Son xəbərlər