2094
10 May 2022 | 14:00

"Bu vəziyyət Azərbaycanla Ermənistan arasında Qarabağla bağlı vəziyyətə bənzəyir, onların ikitərəfli dəhlizləri var"

"Moldovanın Dnestryanı bölgəsində rusiyalılar dənizdən kömək gözləyir"

 
Ukraynalı hərbi ekspert Rusiyanın Moldova barədə ehtimal edilən planlarını açıqlayıb
 
Dnestryanı bölgədə olan rusiyalı hərbçilər dəniz tərəfdən kömək gözləyir, belə kömək olmadan onlar Moldovada vəziyyəti yalnız terror aktları və ya "nümayişkəranə hərəkətlərilə" çalxalamağa qadirdir.
 
Moderator.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov "Ukraina 24" telekanalına verdiyi müsahibəsində bəyan edib.
 
Onun sözlərinə görə, əgər köməkçi qüvvələr regiona daxıl ola bilsələr, bundan sonra Moldova təslim olmağa məcbur ediləcək, daha sonra Rusiya servutut (bir dövlətin hər hansı bir ərazi üzərindəki hakimiyyətinin başqa bir dövlətin xeyrinə məhdudlaşdırılması- red.) hüququnu tələb edə bilər.
 
"Beynəlxalq hüquqda belə  anlayış mövcuddur: ölkə anklav vəziyyətində olarsa, qonşu dövlətlər bu ölkə ilə əlaqələr üçün dəhliz verməlidir.
 
Bu vəziyyət Azərbaycanla Ermənistan arasında Qarabağla bağlı vəziyyətə bənzəyir. Onların ikitərəfli dəhlizləri var. Çox güman ki, Rusiya Federasiyası məhz belə variantı Ukraynada həyata keçirməyi planlaşdırır", - Jdanov izah edib.
 
Lakin, onun sözlərinə görə, Rusiya öz planlarını gerçəkləşdirə bilməyəcək, Ukrayna Silahlı Qüvvələri hələlik İlan adasına nəzarəti saxlaya bilir.
 
Xatırladaq ki, aprelin sonunda Dnestryanı bölgədə terror xarakterli bir neçə insident baş verib. Nəticədə Tiraspolda üzdəniraq "Dövlət Təhlükəsizliyi Nazirliyi"nin binası, Parkanlarda hərbi hissə və Qriqoriopolsk rayonunun Mayak qəsəbəsi yaxınlığında radiotelemərkəzin qülləsi ziyan çəkib.
 
Dnestryanı bölgənin "hakim dairələri" terror təhlükəsinin "qırmızı həddi"ni tətbiq edib.
Link kopyalandı!
Son xəbərlər