“Bir gecənin içində məşhurlaşanda kiçik evdə yaşayırdım, ev, maşın düşünmürdüm...”
Cəmiyyət
Oxunub: 3868
10 Mar 2022 | 10:27
“Bir gecənin içində məşhurlaşanda kiçik evdə yaşayırdım, ev, maşın düşünmürdüm...”
Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova Moderator.az-ın suallarını cavablandırıb.
 
- Firəngiz xanım, bu gün Milli Teatr günüdür. Bu gün münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Peşə bayramınızı necə qeyd edirsiniz?
- Mən öncə bütün həmkarlarımı bu gün münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, onlar hər zaman səhnədə olsunlar, canları sağlam olsun. Çünki sağlamlıq aktyorun silahıdır, bizə lazım olan ən vacib amillərdəndir. Xalqımıza mavi səma arzu edirəm, heç vaxt müharibə olmasın, sərhəd bütövlüyümüz daimi olsun. Allah dövlətimizə, prezidentimizə, Mehriban xanıma can sağlığı versin ki, onların diqqəti nəticəsində bu gün mən Allahdan başqa heç kimə möhtac deyiləm, rahat yaşayıram. Mən bunu hər bir sənətkara arzu edirəm ki, rahat həyata qovuşsun, rahat yaşasın. Teatr gününü hər zaman həmkarlarımızla dəvət olunduğumuz tədbirlərdə qeyd edirik. Bu il də yəqin ki, elə olacaq.
 
- Hələ də arzusunda olduğunuz obraz varmı?
 
- Allaha min dəfə şükür edirəm ki, ürəyim istəyən obrazların hamısını oynamışam. Mən ilk dəfə “Səni axtarıram” televiziya tamaşası ilə bütün Azərbaycana Gülnar kimi təqdim olunmuşam, yaddaşlarda belə qalmışam. O adla da nə qədər Gülnarlar böyüyür. Çoxu mənə yazır ki, valideynlərim bu tamaşadan sonra mənə Gülnar adını qoyub. Həmçinin də Elçin adını.
 
- Hansı obrazınız üçün daha çox həyəcan keçirmisiniz, götür-qoy etmisiniz?
- Teatrda həddindən artıq maraqlı obrazlarım olub. Bir az əziyyət çəkdiyim, götür-qoy etdiyim İlyas Əfəndiyevin “Bizim qəribə taleyimiz” tamaşasında oynadığım Mələk obrazı idi. Çünki o vaxta qədər dramatik, lirik, müsbət rollar ifa edirdim. Amma bu obraz mənə həvalə olunanda düşündüm ki, bu mənim sənət həyatımda dönüş nöqtəsidir, bir sıçrayış, çevrilişdir. İlyas müəllimdən soruşdum ki, bu gənc qız niyə bu yaşında narkoman olur? Kim onu bu yola vadar edir?! İlyas Əfəndiyev bir monoloq yazıb gətirdi. Bu monoloq mənim həmin tamaşada oynadığım Mələk rolunun sanki bir açardı idi. Həmin açarla da tamaşaçıların qəlbinə yol açdım. Heç vaxt rolun böyüklüyünə-kiçikliyinə baxmamışam, çalışmışam ki, mənim səhnədəki yerlərim dolu olsun, tamaşaçı məni yox, obrazı görsün.
 
- Teatrda bir çox sənətkarlarla tərəf müqabili olmusunuz. Unutmadığınız, unuda bilmədiyiniz və bu gün hələ də yeri boş qalan tərəf müqabiliniz kim olub?
- Bizim teatrımızda həqiqətən də istedadlı aktyor-aktrisalar çox olub. Hökümə Qurbanova, Məlik Dadaşov, Sofa Bəsirzadə, Ətayə Əliyeva, Mirvari Novruzova, Məhluqə Sadıqova, Nəcibə Məlikova, Vəfa Fətullayeva, Siyavuş Aslan, Telman Adıgözəlov, Əliabbas Qədirov, Rafael Dadaşov, Yaşar Nuri, ilham Əsgərov, Əjdər Həmidov və s. adını sadalaya bilmədiyim sənətkarlarla tərəf müqabili olmuşam. Bu gün isə Bəsti Cəfərova, Zemfira Nərimanova, Ramiz Novruz, Nurəddin Mehdixanlı, Sabir Məmmədov kimi sənətkarlarla səhnəni bölüşürəm. Onların hamısı mənim üçün çox əzizdir. İstəmərəm ki, onların başından bir tük əskik olsun. Bəzən evdə də görürsən ki, sözümüz bir-birimizin boğazından keçmir. Həmçinin də teatrda. Mübahisələrimiz də olur, çəkişmələrimiz də. Axı teatr bizim ikinci evimizdir. Allah qalanlara can sağlığı versin, dünyasını dəyişənlərə rəhmət etsin! Bu günkü gündə də istər kiçik rol, istərsə də böyük rol ifaçıları ilə hansı səhnəni bölüşmüşəmsə hamısı mənə əzizdirlər. Ümumiyyətlə teatr mənim üçün əzizdir. Səhnə mənim üçün müqəddəsdir.
 
- Firəngiz xanım, sizcə sənətçi özünü sevməlidir yoxsa sənətini? Bəzi hallarda teatrdan istifadə edib, özünü reklam edənləri də görürük.
 
- Mən heç vaxt teatrla özümü reklam etməmişəm. Üzümü görməmiş tamaşaçı məni səsimdən tanıyır. Sağ olsunlar, məni hər yerdə hörmətlə, izzətlə qarşılayırlar. Allahdan çox razıyam ki, o mənə belə gülərüz sima verib. İçimdə kədərim də, qəmim də olsa tamaşaçı bunu bəlkə də dərindən diqqətlə baxsa hiss edə bilər. Mən hər zaman çalışmışam ki, sevincimi tamaşaçı ilə bölüşüm, nəinki kədərimi. Allah heç bir sənətkara kədər qismət etməsin. Əsl sənət insanları fədailərdir, onlar teatrı, sənəti sevir. Kaş sənəti sevdiyimiz qədər, özümüzü də sevə bilərdik. Amma bu mümkün deyil. Bu sənət səndən hər şeyini ala bilər. Həyat da, efir də, tamaşaçıların gözü də güzgüdür. Onlar bizi bizdən yaxşı tanıyırlar. Aktrisa da seriala çəkilə bilər, küçədən keçən insan da. Həmçinin də filmə, klipə və reklama çəkilə bilər. Amma teatr səhnəsində bu mümkün deyil. Çünki teatr elə bir yerdir ki, balaca boylunu ucaldır, bir də görürsən hündürboylunu lap balaca, gözəgörünməz edir. Bu səhnənin sirridir, sehridir. Bunu təkcə Allah bilir.
 
- Belə başa düşdüm ki, teatrda tapşırıqla heç kim irəli gedə bilməz. Geci-tezi var ki, həmin şəxs ya özünü göstərəcək, ya da göstərə bilməyib teatrı tərk edəcək?
 
- Teatr yaxşı mənada bataqlıqdır. Ora gələn çətin gedər. İstəyir istedadı olsun, istəyir olmasın. Çox təəssüflər olsun ki, heç kim getmir. Çox təsadüfi hallarda görmüşəm ki, istedadı olmayan sənətçi teatrdan getsin. Hətta adi fəhlələri də görürəm ki, ömürlərinin sonuna qədər teatrda işləyirlər. Bəziləri dəridən-qabıqdan çıxır ki, təki gündəmdə qalsın, onu tanısınlar. Hər kəs bu sənətdən bir cür istifadə etmək istəyir. Amma bir gecənin içində məşhur olanda heç nə fikirləşmirdim, 1 otaqlı evdə yaşayırdım. Fikirləşmirdim ki, evim də, maşınım da olsun. İndi zəmanə dəyişib. Hər zaman rollarımı fikirləşmişəm, götür-qoy etmişəm ki, bu rolum, o birisinə oxşamasın. Allahın yazdığı yazıya çox inanıram. Mən o vaxt Şuşadan gəlmişdim, arxamda adamım yox idi. Sakit, başıaşağı bir qız idim. İlk obrazımla teatr kollektivinin sevimlisinə çevrildim, onlar məni çox istədilər. 8 il Sofa Bəsirzadə və Məhluqə Sadıqova ilə eyni otaqda oldum.
 
- Müasir teatrın problemləri hansılardır?
 
- Müasir teatrın problemi repertuardır. Öncə gözəl əsərlər yazılmalıdır, aktyor heyəti düzgün seçilməlidir, ən əsası isə ssenari olmalıdır. Klassikaya da müraciət edirik, bu çox yaxşıdır. Azərpaşa müəllim “Almaz”, “Ölülər” tamaşalarına çox gözəl quruluş verib. Burada kütləvi səhnələr tamam fərqlidir. İndi yük daha çox aktyor-aktrisaların çiynindədir. Yəqin ki, bütün bunları düşünəcəklər. Bilirsiniz ki, yeni Mədəniyyət Nazirimiz Anar Kərimov müntəzəm olaraq bizim tamaşalarımıza gəlir. Onun hər dəfə teatra gəlişi bizə ruh, güc-qüvvət verir. Mən müasir teatrı, müasir üslubda görmək istəyirəm. Ən əsası bu tamaşaçılar tərəfindən də maraqla qarşılanmalıdır. Bu günkü teatrdan çox razıyam. Təbii ki, çatışmamazlıqları da deməliyik. Teatrın reklamı da yaxşı olmalıdır, burada menecerlər çalışmalıdır. Bəzən deyəndə ki, filan tamaşanı oynadıq, mənə yazırlar ki, biz heç bilmirdik ki, bu gün həmin tamaşa var. “Qarabağnamə” tamaşasını o vaxt, müharibədən öncə oynayanda aktyorlarda və tamaşaçılarda bu günkü kimi ruh yox idi, amma 44 günlük müharibəmizdən sonra həm aktyorlar böyük həvəslə oynayırlar, həm də tamaşaya olduqca böyük tamaşaçı axını var. Tamaşaçı zalımız ağzına kimi dolu olur, onlar sona qədər bizi alqışlayırlar. Arzu edirəm ki, bu tamaşaçı alqışlarını Allah bizdən heç bir zaman əsirgəməsin.
Oxşar xəbərlər
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
GÜNLÜK
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı