Tədqiqatçı-alim, pedaqoq və tərcüməçi Cavanşir Feyziyev haqqında - Nəsiman Yaqublu
Oxunub: 10217
11 Feb 2022 | 09:57
Tədqiqatçı-alim, pedaqoq və tərcüməçi Cavanşir Feyziyev haqqında - Nəsiman Yaqublu
Nəsiman Yaqublu,
tarix elmləri doktoru, professor
 
5 cildlik “Türk dünyası” kitabının müəllifi, alim, pedaqoq və tərcüməçi  Cavanşir Feyziyev haqqında
Bir insanın öz intellekti, savadı ilə əldə etdiklərinin cəmiyyətə obyektiv olaraq çatdırılması  vacib və əhəmiyyətlidir. Son günlərdə millət vəkili Cavanşir Feyziyevin adı ilə bağlı olanları izlədikcə  qəribə məqamların da şahidi olurdum- hadisədən faydalanmağa çalışan “maraqlılar” dəstəsi. Bu “dəstə”də müxtəlif mənafelər güdən peşə sahiblərini də görmək mümkündür.Və bir “dəstə”nin isə müxtəlif oliqarxlar tərəfindən(təbii ki, rəqibi vurub onun  nəzarətində olan biznesini  ələ keçirmək cəhdləri) qızışdırılıb ortaya atıldığını da sezməmək mümkün deyildi.Bu “haqq və ədalət” carçıları arasında bir oliqarxın ortaya atdığı şəxslərin C.Feyziyevin ünvanına çox təhqiranə yazılarını oxuyanda bu məqaləni yazmaq qərarına gəldim.Çünki bu adamların maliyyə qaynağı olan  şəxs vaxtilə qanunsuz olaraq bir müharibə əlilinin yaşadığı evin  həyətinin düz  ortasında bina tikdirirdi.Bu qanunsuzluğa etiraz edən, müharibə əlili olan   hərbçini isə həmin şəxs  şərləyərək bir müddət  polis təcridxanasında saxlatdı.(O dövrdə “Zerkalo” qəzetində də bu haqda məlumat yazıldı).İndi  həmin faktı xatırladım  və fikirləşdim ki, burada, deyəsən, başqa oyunlar görünməkdədir (təbii ki, bu oyunlar sırasına əqidəsinə sadiq olmayıb müxtəlif partiyalar dəyişmiş insanları, dünən iqtidara qarşı olan, bu gün isə onun  süni şəkildə “alovlu” təbliğatçısına cevrilənləri,mənsub olduğu təşkilatı maddiyyata qurban verənləri, xalqın sərvətini talayan oliqarxların  maliyyələşdirdikləri bəzi media qurumlarının “canfəşanlığını” və s. daxil etmək mümkündür).
    
Bu yazıda isə məqsədim maddiyyatdan , biznesdən  kənarda  öz intellekti, savadı və baçarığı ilə elmdə, pedaqogika və tərcümə sahəsində böyük nəticələr qazanmış bir Azərbaycan ziyalısı haqqında bilgilər verməkdir. Eyni zamanda, insanları çaşdıran, ictimai fikrə  sosial şəbəkələrin yaratdığı sərbəstlikdən sui istifadə edərək  adi etika  qaydalarından da uzaqda dayanıb  söyüş və təhqir elementləri  yağdıran və ümumi tərbiyə sistemini pozmağa çalışanlara(bu gün informasiyanın hər yaş qrupuna çatdırılması imkanları vardır) problemə daha çox hüquqi  müstəvidən yanaşmalarını tövsiyə edirəm.  
     
C.Feyziyev, hər şeydən öncə, bir pedaqoqdur, fransız dilindən Azərbaycan Dillər Universitetinin Tərcümə Kafedrasında dərs deyib və onun bu fəaliyyəti haqqında  müsbət məlumatlar vardır.Onun dərs dediyi tələbələr bu gün də C.Feyziyevin yüksək peşə hazırlığını, auditoriyadakı davranış mədəniyyətini dəyərləndirirlər.
     
C.Feyziyev “Qızıl qələm” mükafatı laureatıdır, Fransa Respublikasının Kolmar şəhərinin Azərbaycanda fəxri səfiridir, Beynəlxalq Türk Akademiyasının qızıl medalı ilə,  Türk Dünyasının “Şərəf”medalı ilə təltif olunub. 
   
C.Feyziyev, savadlı  tərcüməçidir(qeyd edim ki,o, 3 xarici dil bilir-ingilis,fransız, rus).Onun fransız dilindən çox maraqlı və yüksək səviyyəli tərcümələri vardır.Həmin tərcümələri təqdim edirəm:1) 2015-ci ildə Fransa tarixçisi Jorj dö Mallevilin "1915-ci il erməni faciəsi" adlı kitabı,2) 2016-cı ildə Fransa yazıçısı, Nobel mükafatı laureatı Patrik Modianonun "Məhəllədə azmamaq üçün" adlı romanı,3) 2018-ci ildə Fransa yazıçısı Jan Kristof Rufenin "Böyük ürək" romanını Azərbaycan dilinə tərcümə etmişdir. 
   
Tərcümə sənəti ilə məşğul olduğumdan (rus və Türkiyə türkcəsindən kitablar tərcümə etmişəm) bu işin  çox mürəkkəb bir sahə olduğunu bilirəm və tərcüməç ilərə hər zaman sayğılarım vardır.  
     
C.Feyziyevin 60-dan çox  məqaləsi Azərbaycan,Türkiyə, ABŞ, Qazaxıstan,Ukrayna və Rusiyanın  müxtəlif elmi nəşrlərində dərc olunub.
     
C.Feyziyevin bütün jurnalistlərin özünə ustad saydığı mərhum professor Şirməmməd Hüseynov haqqında olan çox dəyərli bir yazısı bu yaxınlarda Türkiyədə “Təmrin” jurnalında çap edilib. Qeyd edim ki, jurnalistlərin hamısının ustad saydığı professor Ş.Hüseynov söhbətlərində C.Feyziyevin savadlı, çalışqan  və millətə faydalı insan olduğunu dəfələrlə qeyd edirdi.
   
C.Feyziyev haqqında tanınmış şair Bəxtiyar Vahabzadənin də dəyərli mövqeyi olmuşdur.
   
C.Feyziyev tanınmış bir alimdir.2004-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə,Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş,2009-cu ildə “Etno-siyasi münaqişələrin mənəvi aspektləri” mövzusunda dissertasiya müdafiə etmiş və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
     
C.Feyziyevin çox böyük əhəmiyyət daşıyan "Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri" adlı kitabı 2002-ci ildə ingilis dilində çap edilib.
       
C.Feyziyevin  "Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya  modeli" adlı kitabı isə 2014-2017-ci illərdə türk, qazax,qırğız,rus, boşnak və macar dillərində həmin ölkələrdə nəşr olunub.
   
C.Feyziyev gərgin araşdırmaları nəticəsində  türk dünyası tarixinə böyük  töhfə olan beşcildlik “Türk dünyası” kitablarını 2017-ci ildə nəşr etdirmişdir.Həmin kitablar bunlardır:1) "Türk dünyasının təməl dəyərləri";2) "Türk xalqları";3) "Türk dövlətçiliyi tarixi";4) "Türkşünaslıq";5)"Türk dünyasının tarixi şəxsiyyətləri".  
 
Bu çox dəyərli və ağır zəhmətin sonucu olan araşdırmalardır.Türk dünyasının nəhəng fikir adamları olan Ə.Ağaoğlu, Ə.Hüseynzadə və digərləri haqqında  bu kitablarda bilgilər vardır.
 
Qeyd.Bu yazıda Cavanşir müəllimin  elmi və yaradıcı fəaliyyəti ilə bağlı  faktları əsas götürmüşəm.C.Feyziyevin Azərbaycanın görkəmli ictimai-siyasi və mətbuat xadimləri olan H.Zərdabi,Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə  və professor Şirməmməd Hüseynov haqqında olan sənədli filmlərə köməyini(Azərbaycan mətbuat Şurasının xətti ilə), Cümhuriyyət dövrünə aid sənəd və materialların toplanılıb Azərbaycan arxivlərinə gətirilməsinə dəstəyini də xüsusi qeyd etməliyik.Eyni zamanda o, mühacirət irsinin müxtəlif tədqiqatçılar tərəfindən əldə edilib toplanılmasına köməyini əsirgəməyib.  Bundan əlavə,  onun  xeyriyyəçilik fəaliyyəti ilə 100-ə qədər müxtəlif şair və yazarın, tədqiqatçının kitabı işıq üzü görüb. Burada  onun B.Vahabzadənin  kitablarının nəşri problemini həll etməsini xüsusi dəyərləndirirəm.
 
Azərbaycan mətbuatı tarixində ilk qadın mətbuatı nümunəsi olan “İşıq” jurnalı haqqında sənədli filmin də əkilişinə Cavanşir müəllimin faydalı yanaşması olmuşdur.Bu mənada onun-yəni Azərbaycan mətbuat tarixini yaşadan bir şəxsin Mətbuat Şurasının üzvü seçilməsi  doğru  mövqe idi.
     
C.Feyziyevin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və Avropa ölkələrinin parlamentlərində, xüsusən  Şotlandiya parlamentində Xocalı soyqırımının tanınması istiqamətində çalışmaları da çox önəmlidir.
       
C.Feyziyevin “Türk Dövlətləri Birliyi” (Qlobal İnteqrasiyanın Avrasiya modeli) kitabını   oxuyarkən etdiyim qeydləri isə  indi oxucuların diqqətinə çatdırıram.
     
Azərbaycan  alimi Cavanşir Feyziyevin “Şərq - Qərb” nəşriyyatı tərəfindən nəşr edilmiş “Türk Dövlətləri Birliyi” (Qlobal İnteqrasiyanın Avrasiya modeli) kitabını böyük maraqla oxudum və bu qənaətə gəldim ki, araşdırılan mövzu tarixi, siyasi həm də strateji baxımdan əhəmiyyətlidir. Müəllif isə bu vacib problemi adi sözlərlə oxucuya təqdim etmir, onu tarixi baxımdan da düzgün olaraq və elmi əsaslarla təhlilə cəlb edir. Kitabda yalnız türk xalqlarının şərəfli keçmişi əksini tapmır, eyni zamanda, bugünkü problemlərinə də toxunulur və öyrənilir.
     
Kitab altı fəsildən ibarətdir: 1) I fəsil - Tarixdən doğulan gələcək; 2) II fəsil - Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi; 3) III fəsil - Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri; 4) IV fəsil - Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti; 5) V fəsil - Sarsılmaz təməllər üzərində; 6) VI fəsil - Türk Dövlətləri Birliyinin strategiyası.
         
Təbiidir ki, Sovetlər Birliyinin dağılması ilə bu imperiyanın əsarətində yaşamış türk xalqları da azadlığa çıxdı və öz müstəqil dövlətlərini elan etdilər. Əslində,XX əsrdə baş verən bu ikinci hadisə idi. Çar Rusiyasının çökməsindən sonra Türk xalqlarının müstəqil dövlət qurmaq cəhdləri baş tutub uzun müddətə reallaşmasa da, ikinci mərhələdə bu artıq reallıqda özünü göstərdi. Və bu hadisə türk xalqlarının yalnız mövcudluğu uğrunda mücadiləni deyil,eyni zamanda, onların tarix, siyasət, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə inteqrasiyaya ehtiyaclarını ortaya qoydu. Çünki dəyişən və sürətlə inkişaf edən dünyamızda “qloballaşma”, “inteqrasiya”, “insan haqları”, “demokratiya”, “beynəlxalq hüquq normaları” terminləri tez- tez eşidilməkdədir və türk toplumlarının da bu dəyərlərdən uzaqda dayanması qeyri - mümkündür.
       
Türk Xalqlarının Birliyi uğrunda mübarizənin çox maraqlı tarixi və o qədər də asan olmayan inkişaf mərhələləri vardır. Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M. Ə. Rəsulzadə yazırdı: “Bütün türk elləri coşğun irmaqlara (çaylara) bənzər. Bir gün gələcək ki, bu irmaqlar axıb böyük Türk dənizində birləşəcəkdir”.
         
Əslində, C. Feyziyevin bu kitabında Türk ellərinin yaxın zamanlarda birləşib, bir gücə çevrilə bilmək imkanlarından danışılır.
         
Kitabın birinci fəslinin adı da çox mətləblərdən xəbər verir: “Tarixdən doğulan gələcək”. Həqiqətən, toplumların inkişafı üçün tarix ciddi bir mənbədir və onu yaşatmağı, dəyərləndirməyi bacarmaq isə daha əhəmiyyətlidir.
       
Türkiyə dövlətinin qurucusu M. K. Atatürk yazırdı: “Tarixi yapan da böyükdür, tarixi yazan da”. Bu baxımdan C. Feyziyevin Türklərin tarixinə üz tutması, ən maraqlı məqamları oxuculara təqdim etməsi faydalıdır. Müəllif yazır: “Qədim türklərin etnik - tarixi differensasiyası onları tədricən Avrasiya hərbi - siyasi proseslərinin, eyni zamanda, daxili sosial strukturlaşmanın yeni üfüqlərinə çıxarır. Nəhayət, bu proseslər 552-ci ildə, adında “türk” etnonimini daşıyan ilk dövləti - Göy Türk imperiyasını meydana gətirir. Göytürklər tarixdə ilk dəfə olaraq ümumtürk siyasəti və ideologiyasını daşıyan dövlət qururlar” (bax: səh. 30).
       
Kitabda türklərin yaratdığı imperiyalardan, onların tarixindən də maraqlı məlumatlar verilir. Bu baxımdam müəllif yazır: “Dövlətlərin imperiyalara transformasiyası - bir çox daxili və xarici amillərlə bağlı olan mürəkkəb bir proses olub, ulusal - siyasi sistemin təkamülündə onu dominantlığa çatdıran həlledici mərhələdir, bu sistemin daha geniş coğrafi - siyasi məkanda özünün təhlükəsizliyini etibarlı şəkildə təmin etmək məqsədlərini gerçəkləşdirməsidir” (bax: səh. 37).
         
Müəllif bir fikri də vurğulayır ki, türk xalqlarının sayca böyük əksəriyyəti - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikası kimi müstəqil dövlətlərə malikdir. Lakin hələ də böyük əksəriyyəti müxtəlif səviyyəli muxtariyyat statusuna malik olmaqla digər dövlətlərin tərkibində yaşayır. Məsələn, Rusiya Federasiyasında 6-ya qədər belə bölgələr var: Tatarıstan, Başqırdıstan, Çuvaş Respublikası, Xakasiya, Yakutiya - Saxa Respublikası, Altay Respublikası, Tuva Respublikası. Digər bölgələrdə də türkəsilli xalqların - tatar, başqırd, çuvaş, xakas, yakut, altay, tuvalılar, Krım tatarları, uyğur, qaqauz, qaraçay, balkar, noqay, kumık, şor və karaimlərin yaşadığını nəzərə alsaq, geniş bir xəritə göz önündə canlanır.
 
       
C. Feyziyev bu kitabında Türk Birliyi ideyasının təkamül prosesinə də diqqət yetirir və maraqlı məqamlar açıqlayır: “Ən qədim zamanlardan bizim eranın I minilliyinin sonlarına qədər davam etmiş, uzun bir tarixi dövrdə hun - türküt - göytürk - yeni nəsil türk - oğuz, türk - qıpçaq, türk - bulqar, türk - karluk, türk - uyğur varislik xətti üzrə etnik və sosial - siyasi differensasiyasının bütün reallıqları nəzərə alınmaqla, bu etnosistemin öz dixotomik bütövlüyünü saxlamağa çalışması və ona nail olması, nəticə etibarı ilə, Avrasiyada dinamik olduğu qədər də elə bir sabit tarixi mənzərəni formalaşdırdı ki, hətta bütün qonşu xalqlar da bu coğrafiyada Türk və ya Turan dünyası deməklə, onun əsl adını təyin etmiş oldular. Bundan sonra  ta XIX əsrə qədər Avrasiyada nə baş verəcəksə, bilavasitə və dolayısı ilə Türkün adı ilə bağlı olacaqdır” (bax: səh. 56-57).
       
Həqiqətən, tarixin gedişatında və ictimai - siyasi hadisələrə təsirində şəxsiyyətlərin böyük rolu vardır. Bu mənada müəllif Türk dünyasının böyük şəxsiyyətlərini də unutmur, onların fəaliyyətindən danışır. Görkəmli türkçülər olan Yusif Akçuranın (1876-1935), Əli bəy Hüseynzadənin (1864-1940), Əhməd bəy Ağaoğlunun (1869-1939), İsmayıl bəy Qaspıralının (1851-1914), Ziya Göyalpın (1876-1924), Zəki Vəlidi Toğanın (1890-1970), Ayaz İshaqinin (1878-1954) və digərlərinin türklərin tarix, mədəniyyət sisteminin inkişaf edib formalaşmasında böyük rolu olub.
         
Müəllif doğru olaraq göstərir ki, dünya tarixini tarix olmadan təsəvvür etmək mümkün olmadığı kimi, dünya mədəniyyətini də türk mədəniyyəti olmadan təsəvvür etmək mümkün deyil. Odur ki, çağdaş dünyamızın sivilizasiya sistemində türklərin ayrıca rolu vardır. Bu gün dünyada haqlı olaraq bir məqam ciddi vurğulanır və belə termin də işlədilməkdədir: “Qros kommunikeyşin system” (ingiliscədir). Yəni  ayrı - ayrı mədəniyyətlərin yaxınlaşması, əlaqəsi. Yəni yalnız Qərb mədəniyyəti yox, həm də Şərq mədəniyyəti. C.Feyziyevin kitabında isə Şərq mədəniyyətinin ən dəyərli məqamlarını özündə yaşadan Türk Dövlətləri Birliyi ideyası ilə bağlı maraqlı fikirlər vardır.
       
Kitabda Azərbaycanın Türk Birliyi dünyasında əhəmiyyətli rolu vurqulanmaqdadır. Müəllif isə oxuculara fikrini Bütöv Azərbaycan mövqeyindən  çatdırır: “Bütöv Azərbaycan vahid Türk dünyasının tərkib hissəsi kimi”. Müəllif yazır: “Biz Qarabağ probleminə dünya ictimaiyyətinin diqqətini cəlb edə bilsək də, Azərbaycan torpaqlarının iki dövlət (İran və Rusiya) tərəfindən bölünərək işğal edilməsi, nəticədə tarixi - siyasi ədalətsizliyə yol verilməsi və bu gün Güney Azərbaycanın müstəqil dövlətçilikdən məhrum edilməsi faktına böyük siyasət sferasında biganəliyi - indeferent münasibəti aradan qaldıra bilməmişik”.
         
Kitabın “Qaynaqlar” (yəni istifadə edilmiş ədəbiyyat) bölməsi də zəngindir. Burada verilən 315-ə qədər ədəbiyyat mənbəyi, əsasən ,Azərbaycan, Türkiyə türkcəsi, ingilis və rus dillərini əhatə edir. Kitabda müxtəlif internet saytlarından da istifadə edilmişdir.
       
C. Feyziyevin nəşr edilən bu kitabı təhsildə, elmdə, diplomatiya sahəsində çalışan insanlar üçün faydalı  bir vəsaitdir.
   
Bu gün türkdilli xalqların ümumi inteqrasiyasından, ümumi türk tarixinin yaradılmasından və türk həmrəyliyinin inkişafından danışırıqsa, bu proseslərdə C.Feyziyevin də araşdırmalarının böyük əhəmiyyəti olduğu  qeyd edilməlidir..
 
Oxşar xəbərlər
23:50, Bu gün
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
23:47, Bu gün
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
23:45, Bu gün
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
23:42, Bu gün
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
23:41, Bu gün
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
23:39, Bu gün
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
23:34, Bu gün
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
23:31, Bu gün
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
22:44, Bu gün
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
22:42, Bu gün
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
22:23, Bu gün
PKK-nın Almaniyadakı lideri həbs edildi
22:17, Bu gün
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
22:14, Bu gün
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
22:12, Bu gün
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
22:05, Bu gün
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
22:01, Bu gün
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
21:57, Bu gün
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
21:54, Bu gün
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
21:43, Bu gün
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
21:42, Bu gün
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
21:41, Bu gün
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
21:40, Bu gün
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
21:22, Bu gün
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
21:21, Bu gün
İraq Prezidenti COP29-a dəvət olunub
21:12, Bu gün
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
21:11, Bu gün
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
21:09, Bu gün
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
21:07, Bu gün
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
20:56, Bu gün
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
20:47, Bu gün
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
20:45, Bu gün
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
20:42, Bu gün
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
20:38, Bu gün
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
20:37, Bu gün
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
20:32, Bu gün
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
20:30, Bu gün
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
20:25, Bu gün
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
20:20, Bu gün
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
20:14, Bu gün
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
20:08, Bu gün
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
20:05, Bu gün
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
20:02, Bu gün
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
19:59, Bu gün
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
19:54, Bu gün
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
19:51, Bu gün
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
19:48, Bu gün
Əskiparaya gedən yol açıldı - VİDEO
19:45, Bu gün
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
19:43, Bu gün
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
19:40, Bu gün
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
19:37, Bu gün
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
19:30, Bu gün
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
19:24, Bu gün
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
19:21, Bu gün
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
19:19, Bu gün
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
19:17, Bu gün
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
19:16, Bu gün
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
19:09, Bu gün
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
18:58, Bu gün
Krım körpüsü bağlanıb
18:54, Bu gün
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
18:48, Bu gün
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
18:42, Bu gün
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
18:37, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
18:33, Bu gün
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
18:28, Bu gün
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
18:20, Bu gün
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
18:15, Bu gün
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
18:11, Bu gün
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
18:02, Bu gün
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
17:59, Bu gün
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
17:58, Bu gün
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
17:55, Bu gün
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
17:53, Bu gün
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
17:52, Bu gün
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
17:48, Bu gün
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
17:44, Bu gün
BDU-da Karyera Festivalı keçiriləcək
17:40, Bu gün
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
17:36, Bu gün
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
17:33, Bu gün
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
17:30, Bu gün
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
17:27, Bu gün
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
17:24, Bu gün
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
17:19, Bu gün
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
17:18, Bu gün
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
17:16, Bu gün
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
17:12, Bu gün
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
17:10, Bu gün
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
17:08, Bu gün
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
17:04, Bu gün
Büdcəyə yenidən baxılacaq? - FOTO
17:00, Bu gün
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
16:56, Bu gün
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
16:52, Bu gün
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
16:50, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
16:48, Bu gün
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
16:46, Bu gün
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
16:44, Bu gün
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
16:40, Bu gün
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
16:37, Bu gün
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
16:36, Bu gün
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
16:33, Bu gün
Röyanın ona görə adını dəyişən fanatı vəfat etdi - VİDEO
16:29, Bu gün
Londonda qeyri-adi marafon: Şərab içə-içə 13 min qazandı - VİDEO
GÜNLÜK
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
08:30, Bu gün
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
21:11, Bu gün
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
19:16, Bu gün
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
08:34, Bu gün
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
08:22, Bu gün
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
08:22, Bu gün
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
08:45, Bu gün
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
HƏFTƏLİK
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
08:30, Bu gün
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
21:11, Bu gün
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
19:16, Bu gün
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
08:34, Bu gün
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
08:22, Bu gün
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
08:22, Bu gün
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
08:45, Bu gün
Bu yay üçün REKORD İSTİLİK gözlənilir