Milli Qəhrəmanın polis rəisi olmuş qardaşı TUTULDU
Cəmiyyət
1653
18 Dec 2021 | 12:04

Milli Qəhrəmanın polis rəisi olmuş qardaşı TUTULDU

Bakıda avtomobilə odlu silahdan atəş açılıb.
 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
 
Xəsarət alan olmayıb.
 
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
 
Araşdırma aparılır.
 
Qeyd edək ki, Rza Hacıyev sabiq polis rəisidir. O, Neftçala və Bakının Sabunçu rayonunda polis rəisi vəzifəsində işləyib. R.Hacıyev həm də Milli Qəhrəman Əlif Hacıyevin qardaşıdır.
 
Rza Hacıyevin adı əvvəllər də bir sıra qalmaqallarda hallanıb.
 
Polis polkovniki olan R.Hacıyev 2014-cü ilin fevralında Neftçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən yaş həddi ilə bağlı azad olunaraq təqaüdə göndərilib.
Link kopyalandı!
Son xəbərlər