Fəzail Ağamalı Salyan rayonunda Şəhid ailələrini ziyarət etdi - FOTOLAR
Cəmiyyət
1803
22 Oct 2021 | 11:12

Fəzail Ağamalı Salyan rayonunda Şəhid ailələrini ziyarət etdi - FOTOLAR

Oktyabrın 20 - də Milli Məclisin deputatı Fəzail Ağamalı II Vətən Savaşı zamanı Qəhrəmancasına Şəhadətə ucalan Salyan rayon Yölüstü kənd sakini Hüseynov Bəhruz Yavər oğlunun ailəsini ziyarət edib, Salyan rayon Qaraçala qəsəbə sakini Kərimov Ayaz Azər oğlunun, Salyan rayon Qaraçala qəsəbə sakini İmanov Bayrı Mirzə oğlunun valideynləri ilə görüşüb.
 Ailələrin problemləri ilə maraqlanan Fəzail Ağamalı onların həlli istiqamətində işlərin aparılması üçün köməkçisi Xidmət Orucova müvafiq tapşırıqlar verib 
Fəzail Ağamalı Şəhid və qazi ailələrinin ölkə başçımız Cənab İlham Əliyevin və  I Vitse Prezidentimiz Mehriban Xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduqlarından, torpaqlarımızın işğaldan azad olunması uğrunda Şəhid olan oğullarımızın əziz xatirəsinin anılacağından, qazilərimizin xidmətlərinin unudulmayacağından danışıb.
Müqəddəs Şəhidlərin məzarı ziyarət edili, ruhlarına dualar oxunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər