3582
25 Aug 2021 | 12:27

"Atam dəfələrlə Basarkeçərin “Vardenis” adlandırılması cəhdlərinin qarşısını alıb…”

“Onun “Ermənilər və faciələrimiz” kitabında XX əsrin əvvəllərindən bəri Qərbi Azərbaycanda, o cümlədən Basarkeçərdə, Göyçədə, Zəngəzurda baş vermiş hadisələr barədə çox maraqlı faktlar var…”
 
“Prezident İlham Əliyevin  Qərbi Azərbaycandakı yer adlarının ermənilərin qoyduğu qondarma adlarla yox, tarixi Azərbaycan adlarıyla adlandırılması haqda çıxışı çox böyük əhəmiyyətə malikdir.  O cümlədən “Vardenis” əvəzinə  “Basarkeçər” adının işlənməsi də çox vacibdir.  Ermənilər  1920-1930-cu illərdən bəri daim Azərbaycan adlarının dəyişdirilməsinə çalışıblar”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Qərbi Azərbaycanda doğulub boya-başa çatmış tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayev söyləyib.
 
“Mərhum atam Talıb Musayev 1946-1953-cü illərdə Basarkeçər rayonunun 1-ci katibi işlədiyi, eləcə də sonra Ermənistan Ali Soveti sədrinin müavini işlədiyi dövrlərdə Ermənistan rəhbərliyi  dəfələrlə rayonun adını dəyişib “Vardenis” qoymağa cəhd göstərib. Lakin atam buna inadla mane olub. Dövlət başçısının qeyd etdiyi kimi, ermənilər buna yalnız 1969-cu ildə nail olublar… 
 
Atamın “Ermənilər və faciələrimiz” kitabında XX əsrin əvvəllərindən bəri Qərbi Azərbaycanda, o cümlədən Basarkeçərdə, Göyçədə, Zəngəzurda baş vermiş hadisələr barədə çox maraqlı faktlar var. Növbəti söhbətlərimizdə bu haqda danışarıq” –deyə Maksim Musayev bildirib.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər