Yaşını kiçiltdi, sevgilisi onun maşınının şüşələrini qırdı, dostu bəlaya saldı - Onu nə öldürdü?
Cəmiyyət
Oxunub: 4121
24 Aug 2021 | 13:25
Yaşını kiçiltdi, sevgilisi onun maşınının şüşələrini qırdı, dostu bəlaya saldı - Onu nə öldürdü?

Bu gün mərhum meyxanaçı Vüqar Biləcərlinin doğum günüdür.

Moderator.az kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir.

Paşayev Vüqar Zakir oğlu 1988-ci il avqustun 24-də Biləcəri qəsəbəsində doğulub. Atası yük maşını sürücüsü olub. Ailənin böyük övladı olan Vüqarın özündən başqa bir bacısı və qardaşı var. 1993-cü ildə Biləcəri qəsəbəsi, 4 nömrəli – indiki 199 nömrəli məktəbin birinci sinfinə gedib. 12-13 yaşından etibarən Füzulini oxumağa başlayıb. Vüqarı ibadətə gətirən də qəlbindəki sevgi ilə yanaşı, Füzuli yaradıcılığı olub. Hamı məscidə Quranla getdiyi halda, Vüqar Füzulinin qəzəllər toplusu ilə gedirmiş.

***

Vüqarın təvəllüdü və mənsub olduğu rayonla bağlı çoxuna bəlli olmayan faktlar ondan ibarətdir ki, əslində o, 1988-ci ildə deyil, 1987-ci ildə doğulub. Ancaq uşaqlıq və yeniyetməlik illərində məşğul olduğu güləş naminə Vüqar təvəllüdünü 1 yaş kiçildib. Təxəllüsünün Biləcəri olmasına baxmayaraq, əslən Bakının Hökməli kəndindəndir.

Köhnə meyxanaçılardan olan Rauf Binəli deyir ki, Vüqarın böyüdüyü küçədə xalamgilin evi var idi. Bir gün ora gedəndə gördüm ki, uzaqdan bir uşaq gəlir. Köksünə də qalın bir kitabı sıxıb. Soruşdum, ay uşaq, adın nədir, hardan gəlirsən? Dedi, adım Vüqardı, məsciddən gəlirəm. Qucağına sıxdığı kitaba baxanda gördüm ki, Füzulinin kitabıdır. Əylib alnından öpdüm və Vüqarla ilk tanışlığım belə başladı.

***

Vüqar bir müddət güləşlə məşğul olub. O, bu sahəyə beynəlxalq nailiyyətlərə yüksələcək qədər davam etməsə də, əslində yaxşı güləşçi olub. Amma ədəbiyyat Vüqar Biləcərinin idmandan və gözünü oxşayan digər bərbəzəkli sahələrdən çəkib, öz sehrinə salıb.

***

Vüqar məktəbdə bir qıza aşiq olub. Füzulinin məcnun aşiqliq istedadı ilə sevən Vüqarda həmin xanım ciddi iz qoyub. Qovuşa bilmədiyi həmin qız onun həyatda ilk böyük travması olur.

Elə məktəbdə oxuduğu illərdən əruza olan marağı onu meyxanaya çəkib. Ardınca Mədəniyyət və İncəsənət universitetini bitirib. Universitetdə oxuduğu zamanlarda da meyxana onun həyatında əsas rol oynayırdı. Biləcəridə onun və dostlarının meyxana dediyi məşhur bir qaraj var idi. Vüqar Pünhan Əzimli və digər yoldaşları ilə orada uzun müddət meyxana deyib. Vüqarın həmin illərdə universitet, məscid və həmin qarajdan başqa demək olar ki, heç yerə getməyib. Evdə onu dəfələrlə başını Seyid Əzim Şirvaninin, Füzulinin kitablarının üstünə qoyub yatmış halda görüblər.

***

İlk dəfə “De gəlsin” yarışmasına çıxdıqda hələ yarışmada sms mübarizəsi yox idi. Qalibi münsiflər seçirdi. Vüqar 16 yaşında qatıldığı yarışda finala qədər gəlib çıxır. Yarışmanın münsifləri olan Aydın Xırdalanlı, Namiq Qaraçuxurlu, Mehan Əhmədli Vüqar Biləcərilinin istedadının bənzərsiz olduğunu etiraf etsə də, Vüqar texniki səhvdən, təkrardan, həyəcandan adaşı Vüqar Şiriyevə uduzur. Vüqar ikinci dəfə də “De gəlsin” layihəsinə çıxır yenə də, özünəməxsus iz qoyur. Onun ikinci layihədə xüsusən də ev tapşırıqları bu gün də meyxanasevərlərin dilindədir.

Həmin illərdə meyxanada daim sanballı sözlərə, fikirlərə üstünlük verdiyindən Vüqarın dediklərini kütlə həzm edə bilmirdi. Kütləviliyə hesablanmış bayağı meyxana demədiyi üçün onu demək olar ki, ətrafından başqa kimsə tanımırdı. Həmkarları deyirdi, Biləcəri də bir oğlan var, Vüqar, adam dahidi! Meyxanaçılar onun haqqında çox yüksək fikirdə olsalar da, məşhur olmadığından toylara dəvət almır və məsələnin madiyyat tərəfi onu sıxırdı. Başqa işlərdə çalışaraq özünü təmin etmək istəyirdi. Düzdür, həmin ərəfələrdə artıq bütün meyxanaçıların yeni bir rəqibin meydana çıxdığını aydın başa düşürdü.

Bir müddət sonra istədiyi uğuru qazana bilmədiyi üçün artıq bu sahədən uzaqlaşmağa qərar verir. Ətrafındakılara da bu barədə danışır. Ona təklif edirlər ki, son dəfə də dostunun toyunda desin və bundan sonra istəməsə, bu sahədən uzaqlaşsın. Beləliklə, Vüqar 2010-cu ildə dostu, digər məşhur meyxanaçı Rəşad Dağlının toyunda son dəfə meyxana deyib bu sahədən uzaqlaşmağı planlayır. Həmin gecə - 22 yaşında isə onun taleyi dəyişir. Vüqar o gecə məclisdə elə meyxana deyir ki, dinləyicilər ondan əl çəkmir, bir anda məşhurluğu hər yana yayılır. Xüsusən də həmin toyda Elşən Xəzərlə deyişməsi Vüqar Biləcərini bir anda kütlənin pəncəsinə verir...

***

Vüqar ömrünün sonuna qədər spirtli içki qəbul etməyib. 25 yaşına qədər isə ümumiyyətlə siqaret belə çəkməyib. Həmin yaşa qədər o hətta meydanlarda, toylarda meyxanaçı yoldaşları çox siqaret çəkib tüstü yaradanda onlara belə etiraz edirmiş. Təəssüf ki, o bu saflığını davamlı olaraq qoruya bilmir. Sonu gözlənilməz ölümlə yekunlaşan bu onilliyə baxsaq, Vüqarın nakam gedişinin səbəblərini aydın görə bilərik. Azərbaycanda Meyxana meydanında qazanılan məşhurluq həqiqidir. Həqiqi məşhurluqsa, təhlükəli tale vəd edir. Belə məşhurluq adətən çiy olur, insanı plansız halda yaxalayır. Yaş 22, qarşında dəliqanlı kütlə, arxan və ətrafın amansız rəqabət və bu bulanıq aləmdə hər gecə cibinə minlərlə pul girir... Yuxusuz gecələr... Çörək ağacın söz...
20-25 yaşında hər gecə minlərlə manat pul qazanan şəxs bu gəlirin qarşısında nadir hallarda sapmadan dura bilir. Əzəldən dumanlı olan meyxana məclisləri gecənin birində səni də öz pərdəsindən içəri dartır, bir gecə dadına baxdığın keflər bir ömür kabusuna çevrilir. Əvvəl sənə əhval gətirən nəsnələr bir müddət sonra səndən almağa başlayır; əvvəl əhvalını, sonra malını, sonda canını...

Vüqar Biləcəri haqqına hazırlanan materialda bir neçə məqamı da bölüşməyə borcluyuq. Adının açıqlamnmağı etik olmasa da, Vüqarı bəlaya düçar edən elə sənət dostlarından biri olub. Düzdür, əslində, Vüqar uşaq deyil, onu heç kim başdan çıxarmayıb, yaxud da, məcbur etməyib. Amma istənilən halda dilinə siqaret belə vurmayan bir adamı gözlənilmədən bu hala salan həmin tanışlıq olub. Vüqar son vaxtlarda da həmin şəxsə zəng vuraraq onu bu hərəkətinə görə acılayırmış. Həyata bağlılığı həssas olan şəxslərin bu tip aldadıcı, nəşələndirici məqamlara olan meyli və bu meyldən qurtulmaq bacarığının zəif olması da hər kəsə aydındır.

***

Vüqar heç vaxt özündən gənc heç bir meyxanaçının qarşısını kəsməyib, əksinə xeyli gənci yanında otuzdurub, onlara yol açmağa çalışıb. Heyvansevər adam idi. Evində göyərçinlər saxlayırmış. Eyni zamanda müxtəlif sort itləri də var imiş. Boş vaxt tapan kimi vaxtını heyvanlarla keçirirmiş.

Vüqar Biləcərili təkcə ənənəvi meyxana deyib pulunu qazanan bir adam deyildi. O, gecənin bir aləmində “palatka toyu”nda elə misra deyirdi ki, əsl sənətə qiymət verən gənclər əsəbindən onu söyürdülər. Belə bir misranı mağar toyunda xərcləmək israfçılıq deyildimi? Vüqar ömrünü də mağarlarda qiymətli bir misra kimi xərclədi.

***

Vüqarın düşkünləşməsinə səbəb həm də anasının 50 illik yubileyində insult keçirməsi olur. Bu hadisə Vüqarın həyatında ən ciddi sarsıntı olur. Anasına xüsusilə bağlı olan qəzəlxan hətta ölümünə yaxın günlərdə hər gün anasının ayaqlarının yanında durub, onun ayaqlarından öpürmüş.

***

Vüqar evlənməməsini də sənəti ilə bağlayır, gecələr toylarda olduğundan heç kəsi narahat etmək istəmədiyini deyirdi. Anasına söz veribmiş ki, artıq ömrünün geridə qalan hissəsini bütün lazımısz vərdişlərdən, hətta meyxanadan da uzaq, sakit yaşayacaq. Hətta karantin bitən kimi meyxanadan gedəcəyini deyibmiş. Son günlərində ancaq ölümdən danışırmış. Bir də anasının yanından uzaqlaşmaq istəmirmiş. O, öz taleyini, ailə həyatını, evlənməməsini “Dəlli yellər” mahnısında kədərlə qələmə alıb.

Vüqar dünyasını dəyişmədən bir ay əvvəl xəstəxanaya yerləşdirilib. 20 gündən artıq xəstəxanada müalicə alıb. Təəssüf ki, artıq bədəni olduqca zəiflədiyindən müalicənin də ona xüsusi təsiri olmayıb. Ayağında əmələ gələn yara da ona əlavə ağrı verirmiş. Ölümündən bir iki gün əvvəl Biləcəri ruhanilərindən olan Hacı xan Mirzəyə zəng edib bir növ halallıq istəyib. Zəng edəndə ilk sözü bu olub:
“Salam. Mənəm, özünü bədbəxt eləyən şair". Ardınca qeyd edib ki, ruhanilərin qarşısında xəcalətliyəm. Utanıram. Qiyamət günü məni də unutmayın.
Artıq son günlər öləcəyini bilirmiş. Bütün əzizlərinə zəng edib Həzrəti Əlidən şeir deyib hönkürtü il ağlayırmış. Ayağını da son günlərə qədər hamıdan gizləyirmiş. Avqust ayının 28-i gecə saatlarında vəziyyəti ağırlaşır. Onu təcili xəstəxanaya aparırlar.

Vüqar Biləcərlinin uşaqlıq dostu Hacı Rövşən onun ölüm anından dəqiqələr öncə başının üstündə imiş. O deyir ki, artıq danışa bilmədiyini, gözlərin bağlandığını gördükdə əlini sinəsinə qoyub “Ayətül-kürsü” oxuyub. Vüqarın səsi çıxmasa da ağzını açıb bağlayaraq ona təşəkkür edib. Sonra Rövşən onun qismən rahatlaşdığını görüb xəstəxananın həyətinə düşüb. Qayıdanda isə Vüqarın artıq reanimasiyada olmadığını görüb. Həkimlərdən onun hansı palataya köçürüldüyünü soruşanda, tibb bacısı başını yelləyərək deyib ki, ürəyi dayandı.

***

Sonra Vüqarın ölümü ilə bağlı müxtəlif söz-söhbətlər yaranmağa başlayır. Meyxanaçı Orxan Lökbatanlını Vüqarı pis vərdişlərə qurşandırmasında günahlandırırlar. Müsahibələrinin birində Orxan Lökbatanlı bu barədə deyir:
“Biz Vüqarla ailəvi yaxın olmuşuq. Boş söhbətlərdir. Digər tərəfdən, Vüqarın ölümünə səbəb kimi hamı narkotiki göstərir. Amma belə deyil. Vüqar anasına çox bağlı insan idi. O, anası ilə nəfəs alırdı. Beş-altı il əvvəl Vüqarın anası Mətanət xanım 50 illiyində “paralij” oldu. Ondan sonra Vüqarın yaşamağa həvəsi qalmadı. Meyxanaya olan həvəsi də itmişdi. Onun özünəməxsus daxili dünyası alt-üst oldu. Biz nə qədər çalışsaq da, Vüqar ailə qurmadı, onu evləndirə bilmədik. Ona bu barədə deyən kimi deyirdi, mən evə necə gəlin gətirim, anam xəstədir. Bu cür fikirdən, dərddən Vüqarın canı xəstəlik tapdı, axırda da dünyasını dəyişdi. İndi hərə bir şey danışır. Onun ağır xəstəliyi vardı. Vüqar o qədər avam, cahil, dərrakəsiz insan deyildi ki, onu kimsə nəyəsə məcbur edə. Elə şeylər var, insan onların qarşısında acizdir. Heç kim istəməzdi Vüqar ölsün”.

Vüqarın həyatında özündən yaşca böyük Samirə adlı qadın da olub. Samirə Vüqarın ölümündən sonra verdiyi müsahibələrinin birində deyir:
“Əvvəl gündən ona deyirdim ki, bizimki alınmaz, olmaz. Sən subay oğlansan, mən iki uşaqla ayrılmış qadın və aramızda yaş fərqi var. Günün birində ailə qurmalı olacaqsan, mən o qadın deyiləm ki, ikinci olum. İndi fikirləşirəm ki, kaş deməzdim. O, buna görə ailə qurmadı. Bilirdi ki, ailə qursa, ayrılacam. Ayrılanda həmişə saatları sayardıq. Məsələn, deyirdi ki, 32, ya 26 saatdır danışmırıq. Mən onun maşınının şüşələrini belə qırmışam, o mənim maşınımın nömrələrini açıb aparıb, yəni bura qədər dalaşmışıq. Ciddi ayrıldığımız məqamlar olub. Mən hətta onun toyunun siyahısını da tutmuşdum. Hansı rayondan hansı dostları var, toya kimlər gəlsin. Yazıb, evlərinə vermişdim. Deyirdim ki, məcbur deyilsən bu dəqiqə gəlin gətirməyə. Bakılılarda adət var ki, gəlini sonradan da gətirirlər. Hər kəs məni günahkar bilirdi. Halbuki mən günahkar deyildim. İçimdən, qəlbdən deməsəm də, məcbur olub ona “get evlən”, deyirdim. Biz küsəndə anası barışdırırdı. Zəng edib deyərdi ki, ay Samirə, oğlum yenə yemək yemir, danış yesin. Son anında yanında olmadım. O, vəfat edəndə biz küsülü idik. Mənə deyirdi ki, Samirə, heç kimin sözünə inama, bizi ayırmaq istəyirlər, mən öləcəm, sən yanacaqsan. Son görüşdə mənə bunu dedi və dediyi kimi də oldu. Halbuki, xəstə mən idim”.

Oxşar xəbərlər
07:34, Bu gün
"Putinin hay-küylü hədələrinin arxasında onun qorxusunu gizlənir..." -  Müdafiə nazirləri...
01:59, Bu gün
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
26 Sep 2024 | 23:06
Avropa Liqası: "Fənərbağça" turnirə qələbə ilə başladı
26 Sep 2024 | 23:01
"HƏMAS lideri sağdırmı?": İsrail müdafiə naziri aydınlıq gətirib
26 Sep 2024 | 22:37
"Putin Ukraynaya nüvə zərbəsi endirəcəkmi?" - ISW
26 Sep 2024 | 22:33
Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşır
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:28
"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlanıb
26 Sep 2024 | 22:27
Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşüb
26 Sep 2024 | 22:26
Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil
26 Sep 2024 | 22:21
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
26 Sep 2024 | 21:59
ABŞ İsrailə 8,7 milyard dollarlıq yardım paketi ayırıb
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
26 Sep 2024 | 21:10
"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb
26 Sep 2024 | 21:07
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
26 Sep 2024 | 21:02
ABŞ və Avropa İttifaqı Putinin nüvə təhdidlərinə cavab verib
26 Sep 2024 | 20:52
Qarabağ Universitetində daha bir İLK- Xanəndələr QAYITDI- VİDEO
26 Sep 2024 | 20:43
Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
26 Sep 2024 | 20:35
"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib
26 Sep 2024 | 20:25
Nyu-York meri korrupsiyada ittiham olunur
26 Sep 2024 | 20:22
Ən faydalı bitkilərin ADLARI AÇIQLANDI
26 Sep 2024 | 20:17
İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib
26 Sep 2024 | 20:08
SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
26 Sep 2024 | 19:50
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 19:42
Azərbaycanda vəzifəli şəxslər cəzalandırıldılar
26 Sep 2024 | 19:31
"Lənkəran" ABŞ-li basketbolçunun keçidini rəsmiləşdirib
26 Sep 2024 | 19:27
“Mədəniyyətimizin incisi – Şuşa” layihəsi uğurla davam edir
26 Sep 2024 | 19:23
"Hamster Kombat" tokeni birjaya çıxdı
26 Sep 2024 | 19:22
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 19:14
Zelenskidən sensasion anons - müharibə bitir, yoxsa...
26 Sep 2024 | 19:13
Diyetoloqlar su içməyin yeganə düzgün yolu haqqında mifi dağıtdı
26 Sep 2024 | 19:10
Nənə nəvəsini orqanlarına görə SATDI -ŞOK TƏFƏRRÜATLAR
26 Sep 2024 | 19:05
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26 Sep 2024 | 18:55
Elza Seyidcahan səhnədə YIXILDI: qabırğası qırılıb
26 Sep 2024 | 18:47
Uğur 6 BÜRCDƏN üz döndərəcək: Çətinliklərlə üzləşəcəklər
26 Sep 2024 | 18:43
“Emin Əmrullayev dostumdur, qardaşımdır, amma təhsilimzidə çat var” - Prezident təqaüdçüsü
26 Sep 2024 | 18:37
Niyə innovasiya mərkəzləri iqtisadi inkişaf baxımından vacibdir?
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 18:29
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
26 Sep 2024 | 18:20
Azərbaycan bədii gimnastları Monteneqrodakı turnirdə 2 medal qazanıblar
26 Sep 2024 | 18:12
Aytən Muradova: Azərbaycanda Aliment Fondunun yaradılması təklifi aktualdır
26 Sep 2024 | 18:10
“Bu gün özünü cəmiyyətə ədəbiyyat kimi sırımağa çalışan anti-ədəbiyyat mövcuddur”
26 Sep 2024 | 18:04
Luka Skieppati: “Bu gün 43 şirkət TAP-ın tutumunu bron etmək hüququna malikdir”
26 Sep 2024 | 17:59
Kamran Əliyev şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirdi - FOTOLAR
26 Sep 2024 | 17:55
Paşinyan Ərdoğanın kitabını niyə sinəsinə sıxdı?..
26 Sep 2024 | 17:54
Türkiyə Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı BƏYANAT
26 Sep 2024 | 17:49
Taksi sürücüləri üçün imtahanın vaxtı AÇIQLANDI
26 Sep 2024 | 17:44
Paytaxtı hara KÖÇÜRƏK? – Bakıdakı xaosa ÇARƏ + FOTO
26 Sep 2024 | 17:38
"Livanla İsrail arasında vəziyyət dözülməz həddə çatıb" - Baydenlə Makrondan birgə bəyanat
26 Sep 2024 | 17:32
Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO
26 Sep 2024 | 17:27
DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alındı - FOTO
26 Sep 2024 | 17:21
Bu küçəyə avtomobillə giriş-çıxış tam məhdudlaşdırılacaq
26 Sep 2024 | 17:15
Qalmaqal yenidən BAŞLADI: Afət Fərmanqızı Flora Kərimovaya 100 min təzminat verəcək?
26 Sep 2024 | 17:10
Taksi duracaqları yaradılır - Bakıda nə dəyişəcək? - ŞƏRH
26 Sep 2024 | 17:05
Ərdoğan Paşinyanla nələri MÜZAKİRƏ ETDİ? – Nyu-York görüşünün TƏFƏRRÜATI
26 Sep 2024 | 16:59
8 Noyabr prospektindəki məhdudiyyət tam aradan qaldırıldı - FOTO
26 Sep 2024 | 16:54
Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib - FOTOLAR
26 Sep 2024 | 16:49
Bakıda taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni layihənin icrasına başlanılır
26 Sep 2024 | 16:44
DİQQƏT! Bakıda xüsusi zolaqalara yalnız bu avtomobillər daxil ola bilər
26 Sep 2024 | 16:38
Ceyhun Bayramov Angel Moratinosla görüşdü - FOTO
26 Sep 2024 | 16:33
"ABŞ Ukraynaya 8 milyard dollarlıq hərbi yardım edəcək" - "Reuters"
26 Sep 2024 | 16:27
Bu, Azərbaycan üçün legitim müharibə səbəbidir - Situasiya dəyişir
26 Sep 2024 | 16:21
Azərbaycanın müdafiə sənayesində YENİ MƏRHƏLƏ: Türkiyəli general DETALLARI AÇIQLADI – FOTO
26 Sep 2024 | 16:16
Bu yağlar xəstəlik yaradır - Alimlərdən XƏBƏRDARLIQ
26 Sep 2024 | 16:12
"Ukrayna gerçəkdən mövcud deyil və onu bərpa etmək mümkünsüzdür" - Tramp
26 Sep 2024 | 16:08
Prezidentdən maaşla bağlı müjdə
26 Sep 2024 | 16:03
Hökumət 2025-ci ilin dövlət büdcəsinin layihəsini Prezidentə TƏQDİM ETDİ
26 Sep 2024 | 15:58
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sentyabrın 28-i gündüzədək...
26 Sep 2024 | 15:53
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” - İlham Əliyev
26 Sep 2024 | 15:48
Müdafiə Nazirliyi ilə “Azərsilah” saziş imzaladı
26 Sep 2024 | 15:42
Zaur Kamalın oğlu: "Universitetdə gəzə bilmirəm, deyirlər ki..." - VİDEO
26 Sep 2024 | 15:36
İlham Əliyev: "İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir"
26 Sep 2024 | 15:30
İqtisadi məsələlərə həsr olunmuş mühüm müşavirə: Prezident çıxış etdi - YENİLƏNİB + FOTO
26 Sep 2024 | 15:26
Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanıldı
26 Sep 2024 | 15:21
“Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?..”
26 Sep 2024 | 15:18
Minimum əməkhaqqı 400, pensiya 330 manat olacaq - Qazilərin müavinəti 2 dəfə artır
26 Sep 2024 | 15:12
Türkiyəli iş adamının oğlu azərbaycanlı xanımla nişanlandı - FOTOLAR
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 14:55
Akademik Milli Dram Teatrında "Sehrbazlar dərəsi" tamaşasının məşqlərinə başlanılıb - FOTO
26 Sep 2024 | 14:49
Müharibə iştirakçılarının 60 min manatını ələ keçirən şəxs həbs edildi - VİDEO
GÜNLÜK
26 Sep 2024 | 09:04
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”- Erməni politoloq
26 Sep 2024 | 08:24
Əhali arasında sürətlə yayılan xəstəlik - Həkimdən HƏYƏCAN TƏBİLİ
26 Sep 2024 | 08:45
“Bu roman Türkiyədəki təhsil sistemini birbaşa tənqid edirdi”- “Hababam sinifi”-nin Boncuğu-FOTO+ÖZƏL
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 07:56
ABŞ-da "yadplanetli" sahilə çıxdı
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 08:31
Azərbaycanda 4 ildə orta aylıq əməkhaqqı nə qədər artıb? - STATİSTİKA
26 Sep 2024 | 12:25
Sentyabrın 26-nın ən xoşbəxt BÜRCÜ: Çox əlverişli gün olacaq
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 09:04
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”- Erməni politoloq
26 Sep 2024 | 08:24
Əhali arasında sürətlə yayılan xəstəlik - Həkimdən HƏYƏCAN TƏBİLİ
26 Sep 2024 | 08:45
“Bu roman Türkiyədəki təhsil sistemini birbaşa tənqid edirdi”- “Hababam sinifi”-nin Boncuğu-FOTO+ÖZƏL
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 07:56
ABŞ-da "yadplanetli" sahilə çıxdı
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 08:31
Azərbaycanda 4 ildə orta aylıq əməkhaqqı nə qədər artıb? - STATİSTİKA
26 Sep 2024 | 12:25
Sentyabrın 26-nın ən xoşbəxt BÜRCÜ: Çox əlverişli gün olacaq