"Onları həm də vətənə sonsuz məhəbbət və xalqa xidmət kimi saf amallar birləşdirir"
Cəmiyyət
Oxunub: 3076
24 Aug 2021 | 11:52
30 illik həsrətdən sonra Qarabağımıza, dədə-baba torpaqlarımıza qovuşduq. Bu illər ərzində bizləri yandırıb-yaxan təkcə torpaq nisgili deyildi. Yağı düşmən milli qürurumuzu hədəf seçmişdi. Son 30 ildə onu da gördük ki, məsələnin qansız-qadasız, danışıqlar masasında həll ediləcəyinə bizləri inandıranlardan bir çoxu, əslində, səmimi deyilmişlər. Biri türkofobiya, digəri islamofobiya kimi xəstəliyə yoluxması səbəbindən xalqımızın tarixi haqqını bərpa etməsinə ya açıq-aşkar mane olurdu, ya bunu gizli edirdi, ya da məsələyə biganə qalmışdı. Əlbəttə, səbəb bu uydurma fobiyalar deyildi, böyük güclərin coğrafi baxımdan kiçik dövlətlər hesabına öz siyasi maraqlarını  təmin etmək istəyi idi. Bəziləri buna görə beynəlxalq hüququ da tapdalayır, hətta  imzaladıqları qətnamələri belə unudurdular.
 
Prezident İlham Əliyev BMT-nin və digər mötəbər beynəlxalq təşkilatların tribunasından dünya birliyinə səslənərək deyirdi ki, necə ola bilər, başqa dövlətlərə aid olan eyni mahiyyətli qətnamələr cəmi bir-neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə, onlara əməl olunmur?! Hətta müharibədən sonra şahidi olduqlarımız da sübut edir ki, qələbəmizi istəməyənlər az olmayıb, bəziləri bu gün də onu həzm edə bilmir, hər vəchlə ona kölgə salmağa çalışırlar. Böyük güclərin siyasi maraqları, təhdid və təzyiqləri qarşısında duruş gətirmək, həmin güclər arasındakı ziddiyyətlərdən ümummilli maraqlarımız naminə ustalıqla istifadə etmək,  qardaş və dost ölkələr timsalında strateji müttəfiqlər qazanmaq, tarixi haqqımızı və beynəlxalq hüququ bərpa etmək üçün ən uyğun məqamı seçə bilmək və beynəlxalq aktorları fakt qarşısında qoymaq bacarıqla yanaşı, siyasi iradə, qətiyyət və çeviklik tələb edirdi. Qəhrəman əsgərimizin ürəyində Vətən sevgisi və əlində ən müasir silahı olmasaydı,  Prezidentimizin dediyi kimi, döyüşə həvəslə və ürəklə getməsəydi,  torpaq və milli qürurumuz uğrunda şəhid olmağı, sağlamlığını itirməyi Allahın ən böyük lütfü hesab etməsəydi, xalqımızın birliyini görməsəydi və önündə dayanan Ali Baş Komandanının qətiyyətinə sonsuza qədər inanmasaydı,  Zəfər Gününü hələ çox onilliklər gözləməli olacaqdıq. Düşündüyümüzdən də dəfələrlə artıq olan xarici siyasi müqavimətlərin qırılması hesabına qazanılan bu Zəfəri haqlı olaraq "Tarixi Qələbə" adlandırırıq. Müharibə günlərində unutmadığımız səhnələrdən biri də o idi ki, Müzəffər Ali Baş Komandanımız hər müraciətində düşməndən torpaqları qan tökülmədən təhvil verməsini tələb edirdi. Şəhidlik nə qədər uca və qazi adı nə qədər şərəfli olsa da, Ali Baş Komandanımızın  amalı o idi ki, torpaqlarımızın azad olunmasında itkilərimizin sayı mümkün qədər az olsun. 
 
Müharibə günlərində televiziya ekranlarından  izlədiyimiz tarixi anlardan - unudulmaz epizodlardan birini yada salmaq istəyirəm. Ali Baş Komandan və Birinci xanım Mehriban Əliyeva hərbi hospitalda müalicə alan yaralı əsgər və zabitlərimizə baş çəkmişdilər. Görüşdən sonra Mehriban xanım çox çalışdı ki, onun göz yaşlarını görən olmasın. Bu səhnə azərbaycanlı anasının müharibənin amansız qanunlarına içdən gələn etirazı idi. Birinci xanım həm də göz yaşlarını eynəyi altında gizlətməyə çalışırdı ki, düşmən görüb sevinməsin. Həmin günlərdə başqa bir səhnənin də şahidi olduq. Qarşı tərəfin birinci xanımı əlindəki avtomatı Azərbaycan əsgərinə tuşlayıb  statusu və analıq fitrəti ilə uyuşmayan  fotoşəkillər paylaşırdı. Bu iki səhnəni xatırlatmaqda məqsədim əsla şəxsiyyət müqayisəsi aparmaq deyil. Çünki əlində avtomat tutub başqa bir ananın balasını öldürməyi təşviq edənlə Vətən övladının həyatını, sağlamlığını itirdiyinə görə qəlbi göynəyən, göz yaşı tökən Xanımın dəyərləri o qədər fərqlidir ki, bu dəyərlərin daşıyıcıları müqayisə edilə bilməz. Məqsədim dəyərlər fərqini göstərməkdir... 
 
Əldə etdiyimiz Qələbə həm də bu cür milli dəyərlərimizdən yoğruldu. O dəyərlərdən ki, hər zaman haqqa və ədalətə, saflığa və dürüstlüyə xidmət edib və bu gün də etməkdədir. Ona görə də Uca Tanrı ana və bacılarımızın, onların hər birinin ürək ağrısını qəlbində daşıyan Birinci xanımın dualarını eşitdi.  
 
Sivil ölkələrdə Birinci xanım statusu həm ictimai persona, həm də cəmiyyətlə dövlət başçısı arasında birbaşa ünsiyyət yarada bilən ən etibarlı şəxs deməkdir. Sözsüz ki, bu missiyanın uğurlu icrası Birinci xanımların şəxsi xarakterindən, ictimai öhdəliyin yerinə yetirilməsinə  yanaşmadakı həssaslıq və səmimilik amilindən  xeyli dərəcədə asılıdır. Mehriban xanımın adı gəldikdə gözlərimiz önündə ilk canlanan obraz milli dəyərlərimizə, tarixi, mədəni və dini irsimizə bağlılıqla əlaqədar olur. Birinci xanımın bu sahədə fəaliyyəti o qədər çoxşaxəlidir ki, kiçik bir yazıda onların hamısını əhatə etmək mümkün deyil. Lakin bir məsələni xüsusi qeyd etmək istəyirəm. Son 30 ildə Qarabağ dedikdə hər dəfə bu qədim diyarımızın təbii gözəlliyi ilə yanaşı, muğam incilərimiz də yadımıza düşürdü. Qarabağın işğalından sonra, sanki, muğam sənəti də Qarabağsız yaşamaq istəmirdi. Mehriban xanımın rəhbərliyi ilə  Beynəlxalq Muğam Festivalları təşkil olundu. Birinci xanım bu təşəbbüsü ilə hər birimizə deyirdi ki, muğamı mütləq yaşatmalıyıq, vaxt gələcək, onu yenidən Qarabağda, Şuşada dinləyəcəyik. Belə də oldu, Birinci xanımın təşəbbüsü ilə möhtəşəm Xarıbülbül festivalı məhz Şuşada keçirildi və Qarabağ Şikəstəsini Şuşadan eşitdik. 
 
Mədəniyyəti, incəsənəti qorunan xalq və millət heç vaxt çətinliklərə təslim olmur, keçmişini yaşada bildiyinə görə ruhu sağlam qalır və heç şübhəsiz ki, bu da qələbəyə inamı artırır. Millətin və xalqın dünya tərəfindən tanınması, ilk növbədə, onun tarixi və mədəni irsinin layiqli təqdimatından keçir. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü sayəsində Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı, Qobustan Dövlət Tarix və Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına salındı. Yenə də Birinci xanımın təşəbbüsü ilə Novruz bayramı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, kəlağayı və Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi dinlər və mədəniyyətlərarası dialoq mühitinin yaradılmasındakı xidmətlərinə görə bu mötəbər təşkilatların ən ali mükafatlarına layiq görülüb. 
 
Birinci xanımın dini dəyərlərimizə sidq ürəkdən bağlılığı cəmiyyətimizdə heç kim üçün sirr deyil. Mehriban xanımın işğaldan azad olunmuş Qarabağa hər səfərində düşmənin uçurub-dağıtdığı məscidlərimizi ziyarət səhnələrini hər birimiz izləmişik. Onun da şahidiyik ki, Şuşada, Ağdamda və azad edilən digər rayon və şəhərlərimizdə məscidlərimizin bərpasını Birinci xanımın təşəbbüsü ilə rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürüb. Necə ki, bu illər ərzində Mərdəkandakı “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovnadakı “Cümə” və bir çox digər məscidlərdə əsaslı təmir və bərpa işlərini Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu həyata keçirib. 
 
Mehriban xanımın adı gələn yerdə gözlərimiz önündə həssas və mərhəmətli Azərbaycan xanımının obrazı canlanır. Televiziya ekranlarında dəfələrlə şahidi olmuşuq ki, sağlamlığında ciddi problem olan körpələr ona necə sarılır və ümid dolu gözlərlə ona necə baxırlar. Körpələr və uşaqlar isə hisslərində yanılmırlar. Allahın rizası, Mehriban xanımın köməklyi ilə neçə-neçə körpə bu illər ərzində sağlamlığına qovuşub. Tarixi Qələbəmizin təməlində həm də bu körpələrimizin duaları dayanır. 
 
İstənilən millətin, istənilən xalqın inamlı sabahı yetişməkdə olan gənc nəslin təhsil səviyyəsi və elmi hazırlığı ilə birbaşa bağlıdır. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxşaxəli layihələr sırasında təhsillə bağlı olan təşəbbüslər hər zaman prioritet təşkil edib. “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” proqramları bu sahədəki fəaliyyətin kiçik bir hissəsidir. Həmin proqramlar çərçivəsində üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilib. Pandemiya dövründə, 2020-2021-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilib. Müharibədə əsas yükü məhz milli ruhda və vətənpərvərlik ovqatında yetişdirilmiş gənclərimiz çəkdilər. O gənclərimiz ki, Vətən sevgisi və milli qürurun qorunması artıq amallarına çevrilib. 
 
Mehriban xanım Əliyeva Birinci xanım statusuna görə ictimai şəxs olmaqla yanaşı, həm də dövlət adamı və siyasi xadimdir. Bu da təsadüfi deyil. Çünki Prezident İlham Əliyev kimi  Mehriban xanım da Ümummilli Lider Heydər Əliyev məktəbinin ən layiqli məzunu və  ləyaqətli davamçısıdır. Elə Birinci   vitse-prezident statusu da Mehriban xanımın uğurlu fəaliyyətinin nəticəsidir. Prezident və Xanımı həyatda olduğu kimi, siyasətdə və dövlət idarəçiliyində də ən yaxın silahdaş və həmfikirdirlər. Məhz bu səbəbdən eyni səngərdə çiyin-çiyinə qətiyyətlə dayanıblar. Buna görə Uca Tanrının kölgəsi altında bütün çətinlikləri birlikdə inamla dəf edə bilirlər. Onları həm də Vətənə sonsuz məhəbbət və xalqımıza xidmət kimi müqəddəs, saf amallar birləşdirir. Əslində, tandemin uğur sirri də göz önündədir: elin gücünə, dəstəyinə söykənənlər, haqqa xidmət edənlər heç vaxt məğlub olmurlar, qalibiyyət onların alın yazısıdır! 
 
Ülvi Quliyev                                                                 
Milli Məclisin deputatı
Oxşar xəbərlər
07:34, Bu gün
"Putinin hay-küylü hədələrinin arxasında onun qorxusunu gizlənir..." -  Müdafiə nazirləri...
01:59, Bu gün
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
26 Sep 2024 | 23:06
Avropa Liqası: "Fənərbağça" turnirə qələbə ilə başladı
26 Sep 2024 | 23:01
"HƏMAS lideri sağdırmı?": İsrail müdafiə naziri aydınlıq gətirib
26 Sep 2024 | 22:37
"Putin Ukraynaya nüvə zərbəsi endirəcəkmi?" - ISW
26 Sep 2024 | 22:33
Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşır
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:28
"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlanıb
26 Sep 2024 | 22:27
Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşüb
26 Sep 2024 | 22:26
Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil
26 Sep 2024 | 22:21
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
26 Sep 2024 | 21:59
ABŞ İsrailə 8,7 milyard dollarlıq yardım paketi ayırıb
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
26 Sep 2024 | 21:10
"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb
26 Sep 2024 | 21:07
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
26 Sep 2024 | 21:02
ABŞ və Avropa İttifaqı Putinin nüvə təhdidlərinə cavab verib
26 Sep 2024 | 20:52
Qarabağ Universitetində daha bir İLK- Xanəndələr QAYITDI- VİDEO
26 Sep 2024 | 20:43
Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
26 Sep 2024 | 20:35
"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib
26 Sep 2024 | 20:25
Nyu-York meri korrupsiyada ittiham olunur
26 Sep 2024 | 20:22
Ən faydalı bitkilərin ADLARI AÇIQLANDI
26 Sep 2024 | 20:17
İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib
26 Sep 2024 | 20:08
SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
26 Sep 2024 | 19:50
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 19:42
Azərbaycanda vəzifəli şəxslər cəzalandırıldılar
26 Sep 2024 | 19:31
"Lənkəran" ABŞ-li basketbolçunun keçidini rəsmiləşdirib
26 Sep 2024 | 19:27
“Mədəniyyətimizin incisi – Şuşa” layihəsi uğurla davam edir
26 Sep 2024 | 19:23
"Hamster Kombat" tokeni birjaya çıxdı
26 Sep 2024 | 19:22
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 19:14
Zelenskidən sensasion anons - müharibə bitir, yoxsa...
26 Sep 2024 | 19:13
Diyetoloqlar su içməyin yeganə düzgün yolu haqqında mifi dağıtdı
26 Sep 2024 | 19:10
Nənə nəvəsini orqanlarına görə SATDI -ŞOK TƏFƏRRÜATLAR
26 Sep 2024 | 19:05
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26 Sep 2024 | 18:55
Elza Seyidcahan səhnədə YIXILDI: qabırğası qırılıb
26 Sep 2024 | 18:47
Uğur 6 BÜRCDƏN üz döndərəcək: Çətinliklərlə üzləşəcəklər
26 Sep 2024 | 18:43
“Emin Əmrullayev dostumdur, qardaşımdır, amma təhsilimzidə çat var” - Prezident təqaüdçüsü
26 Sep 2024 | 18:37
Niyə innovasiya mərkəzləri iqtisadi inkişaf baxımından vacibdir?
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 18:29
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
26 Sep 2024 | 18:20
Azərbaycan bədii gimnastları Monteneqrodakı turnirdə 2 medal qazanıblar
26 Sep 2024 | 18:12
Aytən Muradova: Azərbaycanda Aliment Fondunun yaradılması təklifi aktualdır
26 Sep 2024 | 18:10
“Bu gün özünü cəmiyyətə ədəbiyyat kimi sırımağa çalışan anti-ədəbiyyat mövcuddur”
26 Sep 2024 | 18:04
Luka Skieppati: “Bu gün 43 şirkət TAP-ın tutumunu bron etmək hüququna malikdir”
26 Sep 2024 | 17:59
Kamran Əliyev şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirdi - FOTOLAR
26 Sep 2024 | 17:55
Paşinyan Ərdoğanın kitabını niyə sinəsinə sıxdı?..
26 Sep 2024 | 17:54
Türkiyə Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı BƏYANAT
26 Sep 2024 | 17:49
Taksi sürücüləri üçün imtahanın vaxtı AÇIQLANDI
26 Sep 2024 | 17:44
Paytaxtı hara KÖÇÜRƏK? – Bakıdakı xaosa ÇARƏ + FOTO
26 Sep 2024 | 17:38
"Livanla İsrail arasında vəziyyət dözülməz həddə çatıb" - Baydenlə Makrondan birgə bəyanat
26 Sep 2024 | 17:32
Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO
26 Sep 2024 | 17:27
DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alındı - FOTO
26 Sep 2024 | 17:21
Bu küçəyə avtomobillə giriş-çıxış tam məhdudlaşdırılacaq
26 Sep 2024 | 17:15
Qalmaqal yenidən BAŞLADI: Afət Fərmanqızı Flora Kərimovaya 100 min təzminat verəcək?
26 Sep 2024 | 17:10
Taksi duracaqları yaradılır - Bakıda nə dəyişəcək? - ŞƏRH
26 Sep 2024 | 17:05
Ərdoğan Paşinyanla nələri MÜZAKİRƏ ETDİ? – Nyu-York görüşünün TƏFƏRRÜATI
26 Sep 2024 | 16:59
8 Noyabr prospektindəki məhdudiyyət tam aradan qaldırıldı - FOTO
26 Sep 2024 | 16:54
Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib - FOTOLAR
26 Sep 2024 | 16:49
Bakıda taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni layihənin icrasına başlanılır
26 Sep 2024 | 16:44
DİQQƏT! Bakıda xüsusi zolaqalara yalnız bu avtomobillər daxil ola bilər
26 Sep 2024 | 16:38
Ceyhun Bayramov Angel Moratinosla görüşdü - FOTO
26 Sep 2024 | 16:33
"ABŞ Ukraynaya 8 milyard dollarlıq hərbi yardım edəcək" - "Reuters"
26 Sep 2024 | 16:27
Bu, Azərbaycan üçün legitim müharibə səbəbidir - Situasiya dəyişir
26 Sep 2024 | 16:21
Azərbaycanın müdafiə sənayesində YENİ MƏRHƏLƏ: Türkiyəli general DETALLARI AÇIQLADI – FOTO
26 Sep 2024 | 16:16
Bu yağlar xəstəlik yaradır - Alimlərdən XƏBƏRDARLIQ
26 Sep 2024 | 16:12
"Ukrayna gerçəkdən mövcud deyil və onu bərpa etmək mümkünsüzdür" - Tramp
26 Sep 2024 | 16:08
Prezidentdən maaşla bağlı müjdə
26 Sep 2024 | 16:03
Hökumət 2025-ci ilin dövlət büdcəsinin layihəsini Prezidentə TƏQDİM ETDİ
26 Sep 2024 | 15:58
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sentyabrın 28-i gündüzədək...
26 Sep 2024 | 15:53
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” - İlham Əliyev
26 Sep 2024 | 15:48
Müdafiə Nazirliyi ilə “Azərsilah” saziş imzaladı
26 Sep 2024 | 15:42
Zaur Kamalın oğlu: "Universitetdə gəzə bilmirəm, deyirlər ki..." - VİDEO
26 Sep 2024 | 15:36
İlham Əliyev: "İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir"
26 Sep 2024 | 15:30
İqtisadi məsələlərə həsr olunmuş mühüm müşavirə: Prezident çıxış etdi - YENİLƏNİB + FOTO
26 Sep 2024 | 15:26
Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanıldı
26 Sep 2024 | 15:21
“Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?..”
26 Sep 2024 | 15:18
Minimum əməkhaqqı 400, pensiya 330 manat olacaq - Qazilərin müavinəti 2 dəfə artır
26 Sep 2024 | 15:12
Türkiyəli iş adamının oğlu azərbaycanlı xanımla nişanlandı - FOTOLAR
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 14:55
Akademik Milli Dram Teatrında "Sehrbazlar dərəsi" tamaşasının məşqlərinə başlanılıb - FOTO
26 Sep 2024 | 14:49
Müharibə iştirakçılarının 60 min manatını ələ keçirən şəxs həbs edildi - VİDEO
GÜNLÜK
26 Sep 2024 | 09:04
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”- Erməni politoloq
26 Sep 2024 | 08:24
Əhali arasında sürətlə yayılan xəstəlik - Həkimdən HƏYƏCAN TƏBİLİ
26 Sep 2024 | 08:45
“Bu roman Türkiyədəki təhsil sistemini birbaşa tənqid edirdi”- “Hababam sinifi”-nin Boncuğu-FOTO+ÖZƏL
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 07:56
ABŞ-da "yadplanetli" sahilə çıxdı
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 08:31
Azərbaycanda 4 ildə orta aylıq əməkhaqqı nə qədər artıb? - STATİSTİKA
26 Sep 2024 | 12:25
Sentyabrın 26-nın ən xoşbəxt BÜRCÜ: Çox əlverişli gün olacaq
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 09:04
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”- Erməni politoloq
26 Sep 2024 | 08:24
Əhali arasında sürətlə yayılan xəstəlik - Həkimdən HƏYƏCAN TƏBİLİ
26 Sep 2024 | 08:45
“Bu roman Türkiyədəki təhsil sistemini birbaşa tənqid edirdi”- “Hababam sinifi”-nin Boncuğu-FOTO+ÖZƏL
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 07:56
ABŞ-da "yadplanetli" sahilə çıxdı
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 08:31
Azərbaycanda 4 ildə orta aylıq əməkhaqqı nə qədər artıb? - STATİSTİKA
26 Sep 2024 | 12:25
Sentyabrın 26-nın ən xoşbəxt BÜRCÜ: Çox əlverişli gün olacaq