4070
21 Aug 2021 | 21:15

"Teatr ticarət mərkəzlərindən, diskotekalardan, gecə klublarından çoxmu yayır xəstəliyi?"

"Operativ Qərargah düşünməliydi ki, teatrlar açılandan sonra köhnə tamaşaları yada salmaq üçün ən azından 20 gün, 1 ay vaxt lazımdır. Əgər sentyabrın 1-i teatrlar açılsa, bu o deməkdir ki, biz sentyabrın 20-dən sonra tamaşaları oynamağa başlayacağıq. İkinci mövsüm gəlir ki, biz teatrsızıq. İndi başa düşürəm məzuniyyət vaxtıdır, teatr mövsümü deyil. Amma qətiyyən bu haqda düşünmək istəmirlər deyəsən. Teatı, kinoteatrı, mədəniyyət ocaqlarını ən son ana saxlamaqlarının nə məqsədi, nə də ki, səbəbi mənə aydın deyil. Ticarət mərkəzlərindən, toylardan, diskotekalardan, gecə klublarından çoxmu yayır xəstəliyi teatr? Mənə məntiqsiz gəlir, teatrda ən azından məsafəli şəkildə otuzdurmaq olar tamaşaçıları. Bizim Gənc Tamaşaçılar Teatrının 300-350 tamaşaçı zalı varsa bu 150 tamaşaçı deməkdir. İnşallah ki, inanıram həm Mədəniyyət Nazirliyi, həm də Operativ Qərargah düşünəcəklər ki, teatrlar fəaliyyətə başlasın. Bu çox vacibdir"
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış rejissor Nicat Kazımov deyib. O daha sonra əlavə edib.
 
"Mədəniyyəti ölməyə qoymaq olmaz. İstər aktyorlar, istər rejissorlar, teatrın bütün işçiləri fəaliyyətsiz qalmaqla formadan düşürlər. Bildiklərini belə undurlar. Bilmirəm, bəlkə də bu çoxlarına sərf edir, çünki çox ağzıgöyçəklər deyirdilər ki, Azərbaycanda teatr yoxdur. Amma belə deyil axı. Bilərəkdən teatrı koma vəziyyətinə salırlar. Mən Operativ Qərargahdan, aidiyyatı şəxslərdən çox xahiş edirəm, düşünsünlər, Azərbaycan teatrını məhv etmək olmaz. Qətiyyən olmaz. Tezliklə bu məsələyə baxsınlar, axırıncı sıraya atmasınlar. Hər şey müzakirə olunur, ən sonda fikirləşirlər ki, bəlkə teatr haqda düşünsünlər. Məncə, belə olmaz. Çox xahiş edirəm, tez bir zamanda teatrlar açılsın. Onsuz da tamaşaçı evə gəlməyəcək, onsuz da biz köhnə tamaşaları xatırlamalıyıq, yada salmalıyıq. Amma bilək ki, oktyabr ayından biz tamaşaçılarımızla görüşə biləcəyik. Ümid edirəm ki, bütün teatrların yaradıcı və texniki heyətləri hamısı teatr üçün darıxır. Onsuz da biz bir-birimizlə görüşürük, bir-birimizi görürük. İnsanlara Covid pasportu verirlər, bu pasportu olan insanlar başqa yerlərə getdikləri kimi, teatra da gələ bilərlər. Kimin Covid pasportu yoxdursa binaya buraxılmasın. Əslində toylar vacib idi, çünki bizim xalqımızın gözəl adət ən-ənəsi var. Toylar açıldı, çox gözəl! Amma teatrı ən lazımsız bir sahə kimi kənara atmaq.. Bu çox kədərlidir və çox ürəyi sıxandır. Ümid edirəm ki, tezliklə açılacaq", - deyə əməkdar artist bildirib.
Link kopyalandı!
Son xəbərlər