Bu gün hərbi ekspert Ədalət Verdiyevin yubileyidir
Cəmiyyət
1623
07 Nov 2019 | 14:44

Bu gün hərbi ekspert Ədalət Verdiyevin yubileyidir

Bu gün əməkdaşımız Ədalət Rafiq oğlu Verdiyevin 50 yaşı tamam olur.. Ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev 7 noyabr 1969-cu ildə Kürdəmir şəhərində anadan olub. 1975-1986-ci illərdə Kürdəmir rayonu 3 saylı tam orta məktəbdə təhsil almışdır. 1986-1990-ci illərdə Alma-ata Ali Ümumqoşun Komandirlər məktəbində ali-hərbi təhsil almışdır.Bundan sonra Rusiya ordusunda 2 il xidmət etmişdir.Bundan sonra 1992-ci ildə Azərbaycan və Ermənistan arasındakı münaqişələr əsnasında Rusiya Federasiyasından Azərbaycana qayıtmış, ölkənin suverenliyini, ərazi bütövlüyünü və dövlətçiliyimizin qorunmasında vətənpərvərlik borcunu layiqincə yerinə yetirmişdir.Dəfələrlə komandanlıq tərəfindən təltif edilib. Müharibə veteranıdır.
Azərbaycan Ordusunda kəşfiyyyat üzrə ən yüksək usta dərəcəsinə layiq görülən ikinci zabitdir. Peşəkar zabit olan Ə.Verdiyevi  ictimaiyyət 1992-ci ilin oktyabrında tabeliyində olan 45 həfərlik şəxsi heyətlə 3 gün Laçın dəhlizini düşməndən azad edərək nəzarətdə saxlalması ilə tanıyır. 
 
Ordumuzun tarixi, texnikivasitələri, döyüş imkanları və kəşfiyyat potensialı kimi əsas hərbi sahələrdə dərin peşakar təcrübəyə sahibdir.
 
Azərbaycan,Türkiyə,ABŞ,RusiyaSSRİ,İsrail,Gürcüstan,Fransa,İtaliya,İngiltərə və s. ölkələrin silahlanmasında mövcud olan bir çox silah sistemlərinə aid araşdırma yazıları müxtəlif resurslarda dərc olunub. 
 
Qarabağ ərazisində aparılan döyüş əməliyyatlarının araşdırılması və yeni döyüş metodlarına dair çox sayda tədqiqatları mövcuddur.Azərbaycan ordusunun yarandığı gündən apardığı bütün əməliyyatlar, keçirdiyi genişmiqyası təlimlər barədə məqalələrlə müxtəlif yerli və xarici KİV-lərdə çıxış edir. Hazırda müstəqil hərbi ekspert kimi fəaliyyətini davam etdirir.Davamlı olaraq həm yerli, həm də xarici televiziya kanallarında hərbi ekspert olaraq beynəlxalq və regional hərbi vəziyyətin dəyərləndirilməsinə aid fərqli yanaşması ilə seçilir. 
 
Kollektivimiz adından Ə.Verdiyevi yubileyi münasibəti ilə təbrik edirik, ona fəaliyyətlərində uğurlar arzu edirik.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər