“Slavyanski bazar” incəsənət festivalının qaliblərindən Tofiq Hacıyev: “Bəzi məqamlar məni çox incitdi”
Cəmiyyət
1648
06 Aug 2021 | 14:51

“Slavyanski bazar” incəsənət festivalının qaliblərindən Tofiq Hacıyev: “Bəzi məqamlar məni çox incitdi”

90-cı illərdən sonra ilk dəfə  Azərbaycanın adı bu festivalın üçlüyünə düşdü
 
Belarusun Vitebsk şəhərində keçirilən “Slavyanski bazar” incəsənət festivalında Azərbaycan iştirakçısı üçüncü yeri tutub. Festivalda ölkəmizi 29 yaşlı müğənni və aktyor Tofiq Hacıyev təmsil edib.
 
Beynəlxalq festivaldan qalibiyyətlə dönən Tofiq Hacıyev Moderator.az-ın suallarını cavablandırdı. 
 
-“Slavyanski bazar” incəsənət festivalının dünya musiqi yarışmasında yeri haradadır və  nə qədər tanınır?
 
-Əslində  uzun müdət  idi ki,  bu festivala qatılmaq və ölkəmizi təmsil etmək istəyirdim.Sözügedən festivalın iştirakçısı olmayana qədər onun belə böyük maştablı müsabiqə olduğunu bilmirdim. Layihənin iştirakçısı olduqca o ajiotajı, dünyanın hər tərəfindən gələn media nümayəndələrini, tamaşaçılarını, insanların marağını, sevgisini, auditoriyanın böyüklüyünü gördüm.  Bu festival heç də “Eurovision” mahnı müsabiqəsindən geri qalmır. “Slavyanski bazar” incəsənət festivalı“Eurovision” mahnı müsabiqəsindən sonra dünyadakı ən böyük musiqi yarışlarından biridir. Hesab edirəm ki, hər bir ifaçı belə festivallarda iştirak etməlidir. 
 
-Bu layihəyə necə seçildiniz?  Festivalda iştirak etmək üçün hansı prosedurlardan keçdiniz?
 
- FestivalaAzərbaycan idarə heyətinin sədri Emin Həsənin təklifi ilə qatıldım. Əslində müsabiqəyə pandemiyadan öncə- 2020-ci ildə qatılmalı idim. Belə ki, müsabiqə üçün namizədliyimi irəli sürdüm və Mədəniyyət Nazirliyi tərəfindən təsdiqləndim. Nəticə etibarı ilə müsabiqədə  heç bir əlavə turda iştirak etmədən birbaşa finalda çıxış edən iştirakçılar arasında idim. Birbaşa olaraq heç bir turda iştirak etmədən Azərbaycanı festivalın finalında təmsil etdim. Birincü gün dünyaca məşhur mahnılara, ikinci gün isə slavyan bəstəkarlarına müraciət etməli idik. Finalın ikinci günü Nikolay Noskovun mahnısı olan “Sneq”-i ifa etdim. Bu mahnının mənim üçün xüsusi önəmi var. Çox arzu edirdim ki, həmin mahnını  böyük səhnədə ifa edim.
 
-90-cı illərdən sonra sözügedən festivalda ilk dəfə Azərbaycan üçlüyə düşdü. Sizcə bu uzun fasilənin səbəbləri nələr idi? 
 
- Əminəm ki, məndən öncə də ölkəmizi təmsil edən iştirakçılarımız yaxşı performans nümayiş etdiriblər. Amma təəssüflər olsun ki, 20 ilə yaxındır ki, finala vəsiqə qazana bilməmişik. İlk dəfədir ki, Azərbaycanbu müsabiqədə əsas 3 yerdən birini tutur. Bugünə qədər təsəlliedici mükafatlara layiq görülsək də  ilk 3-lüyə daxil olmamışdıq. Son 20 ildə ilk dəfə idi ki, Azərbaycan bu festivalın üçlüyünə daxil olmuşdu.
 
- Bəs bundan sonra hədəfləriniz nələrdir? 
 
- Bir neçə il bundan öncə qarşıma böyük bir məqsəd qoymuşdum. Bir il ərzində hər gün özümə deyirdim ki, “Sən müsabiqənin qalibi olacaqsan”.Səhnə geyimindən tutmuş,səhnədə edəcəyim hərəkətlərə, xarici mediaya danışacağım mözulara qədə hər şeyi düşünmüşdüm.Mən həyatımı məqsədlər üzərində qurmuşam. Belə ki, mərhələ-mərhələ qurduğum yaradıcılıq həyatıma nəzarət edə bilirəm. Artıq bumərhələni də adladım. Sizə bir etiraf edim ki, müsabiqədə iştirak etməmişdən öncə onun köhnə qaliblərinin şəkilləri arasında özümü montaj edib yerləşdirmişdim. Əmin idim ki, bir gün mən də o səhnədə və qalibiyyət kürsüsündə olacam. Əlimdə  məhz bu festivalın mükafatını tutub, bayrağımızı qaldıracam. Mən bu arzuma da çatdım. 
 
Buradan sizin vasitənizləməni arzuma çatmağımda vasitəçi olan Emin Həsənə təşəkkür edirəm. O, da uzun illər öncə bu müsabiqədə Azərbaycanıtəmsil edib. Emin mənə bu layihədə hərtərəfli dəstək oldu.
 
-Sizcə bu cür festivallar sizə və ölkəmizə nə qazandırır? 
 
- Festival böyük bir arenadır. Beynəlxalq festivallar məni hədəflərimə bir addım daha da yaxınlaşdırır. Sən orda təkcə musiqini deyil, öz mədəniyyətini, musiqini, ölkəni təmsil edirsən.
Misal üçün festivalda iştirak nömərlərimizi seçəndə hamı öz ölkəsini təmsil edən gül çəkməli idi. Mən orada “Xarı bülbül”-ün şəklini çəkdim və onlara bu gülün tarixindən yalnız Şuşada yetişdiyindən, Şuşanın Azərbayacnın mədəniyyət paytaxtına çevrilməsindən danışdım. Bunun özü bir təbliğat idi. Bu xüsusda belə festivalların əhəmiyyəti böyükdür.
 
- Festivaldakı qalibiyyətiniz ölkədə o qədər də ajiotaj doğurmadı. Eyni zamanda yerli mətbuat da bu barədə kifayət qədər işıqlandırmağa maraqlı olmadı. Siz bunu nə ilə əlaqələndirirsiniz?  
 
-Bu mənim şəxsi klipim, albom təqdimatım deyil ki, bununla bağlı media nümayəndələrinə müraciət edim. Sağ olsunlar, bəzi media nümayəndələri özləri maraqlanıb qalibiyyətimizi işıqlandırdı. Mən buradan onlara təşəkkür edirəm. Ancaq ümumilikdə demək olar ki, media nümayəndələrimiz uğurumuzu gözlədiyim qədər işıqlandırmadı. Bu mənim şəxsi yaradıcılığım deyil ki, öncədən kiməsə müraciət edim. Böyük səhnədə Azərbaycanı təmsil edirdim və mənimlə bərabər ölkəmizin də uğurudur. Məni səhnədə təqdim edəndə demirlər Tofiq Hacıyev deyirlər ki, Azərbaycan təmsilçisi. Buna görə yerli media nümayəndələrimizdən dəstək gözləyirdim. 
 
Əslində bu yarışa hazırlaşanda bir daha əmin oldum ki, hazırda bizdə mədəniyyət sahəsinə dəstək olmaq istəyən maliyyə dəstəkçiləri yoxdur. Mənbacardığımqədərhər kəsəmüraciətetdim. Buasanişdeyil. Böyük bir festivaldatəközümütəmsiletsəm heç kimə müraciət etməzdim. AmmaburadaAzərbaycanıtəmsiledirdim. Maksimumçalışırdım ki, hərşeymükəmməlolsun. Bu məsələdəgüclüolmağaçalışırdım. Şükürlərolsunki,hədəfimitamamladım. Ammabuyoldamüraciətetdiyimbir çoxşirkətlərvarki,onlar etinasız yanaşdılar. Bunun üçün elə bir cüzi xərclər lazım idi ki... Onu təkbaşına həyata keçirmək çətin idi. İstəyirdim səhnə geyimlərində, musiqilərin arenjemanında dəstək olsunlar ki, onun ən yaxşısını təqdim edim. Düzdür, yenə də  bacardığımn ən yaxşsını etdim, amma bəzi məqamlar məni çox incitdi.
 
Xəyalə Rəis
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər