Qənirə Paşayeva “Xalçaçı günü”nə həsr olunmuş “Ənənələrimizi yaşadanlar” adlı tədbirdə çıxış edib - FOTO
Cəmiyyət
1183
06 May 2021 | 15:42

Qənirə Paşayeva “Xalçaçı günü”nə həsr olunmuş “Ənənələrimizi yaşadanlar” adlı tədbirdə çıxış edib - FOTO

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva “Xalçaçı günü”nə həsr olunmuş “Ənənələrimizi yaşadanlar” adlı tədbirdə çıxış edərək hər birimiz mədəniyyətimizin qorunması və inkişafında fəal olmalıyıq deyib.
 
Mayın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü”nə həsr olunmuş “Ənənələrimizi yaşadanlar” adlı tədbir keçirilib.
 
Tədbiri Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq bu günün əhəmiyyətindən danışaraq rəhbərlik etdiyi muzeyin tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, kolleksiyaları haqqında məlumat verib. O, muzeyin həyata keçirdiyi uğurlu layihələr, yerli və beynəlxalq əməkdaşlıq və gələcək planlarla bağlı fikirlərini bölüşüb.
 
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tədbirdə çıxış edərək ölkəmizdə xalçaçılıq sənətinə göstərilən dövlət qayğısından, o cümlədən Heydər Əliyev Fondunun bu planda həyata keçirdiyi mühüm layihələrdən danışıb.
 
Azərbaycan xalçaçılığının haqq dünyasında olan nümayəndələrini rəhmətlə anan Q.Paşayeva, yaşayan xalçaçıları 5 may – Xalçaçı Günü münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.
 
Azərbaycan xalçaçılıq sənətinin öz çiçəklənmə dövrünü yaşadığını vurğulayan Komitə sədri, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır qədim Azərbaycan xalçaları kimi çağdaş dövr xalçaçı-rəssamlarımızın toxuduğu xalçaların da sənət incisi olduğunu bildirib.
 
Azərbaycan xalçalarının, milli xalçaçılığın beynəlxalq miqyasda təbliğində Birinci vitse-prezident, UNESCO və İSESCO-nun Xoşməramlı  səfiri Mehriban xanım Əliyevanın çox önəmli  xidmətlərini xatırladan Q.Paşayeva məhz onun təşəbbüsü və titanik səyləri ilə 11 il öncə Azərbaycan xalçaçılıq sənətinin UNESCO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı”sına daxil edildiyini bildirib.
 
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər