Bizi sosial şəbəkələrdən izləyin:
Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçilərinin qalmaqallı videogörüntüləri yayılıb.
Videogörüntülərdə iki nəfər DSX hərbçisi digərlərinin kürəyinə “Şəmkir” yazaraq, əslən Şəmkirdən olanlara salam göndərdiklərini qeyd edirlər.
Yayılan videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
DSX-nin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, sözügedən videogörüntülərin ötən il işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrin birində baş verdiyi müəyyən olunub:
“Bütün hallarda məsələ ilə bağlı DSX rəisinin göstərişi əsasında araşdırma aparılır”.