Cəmiyyət
4340
05 May 2021 | 23:35

"Etiraf edim ki, elə sehr nömrəsi də var ki, onunxa0 sirrini heç kimə demərəm...”

“Dünyada elə sehr nömrələri var ki, onların müəllif hüquqları qorunur. Bu cür nömrələrin sirrini isə sehrbazlar pul ödəyərək öyrənə bilirlər. Müəllif nömrələrim çoxdur, amma 6 sehr nömrəmi patentləşdirmişəm. Hətta birini xarici ölkədəki sehrbazlardan birinə satmışdım. Patenti yox, nömrənin sehrini. Sehr nömrəsinin sirrini bilməkdən daha çox bunu təqdim edə bilmək önəmlidir. Çünki təqdimat mükəmməl olanda izləyicilər sirri tapmaq əvəzinə şoudan zövq almağa çalışırlar. Təbii ki, tamaşaçının beynində illuziya ilə bağlı sual yaranırsa demək ki, sehrbaz sehri uğurlu yerinə yetirib. Bizim sənət tamaşaçını həm əyləndirir, həm də düşündürür. Əgər tamaşaçını düşündürürsə, tamaşaçı zaldan çıxarkən “görəsən bunu necə etdi?” deyirsə demək ki, sehr marağlı alınıb. Yox əgər tamaşaçı “əşşi burada nə var ki?bunu  mən də edərəm” deyirsə demək ki, sehr marağsız olub. Tamaşaçı üçün sehrin sirri hər zaman marağlı olub, amma onlar unutmasınlar ki, sehrin gözəlliyi elə onun sirrindədir”
 
Bunu Moderator.az-a açıqlamasında illüzionist, Bakı Uşaq və Gənclər Teatrının aktyoru Tofiq İskəndərli deyib. Balacaların sevimli Tofiq əmisi deyir ki, hər yaş həddinə uyğun sehrlər mövcuddur. Buna görə də valideynlər fokus seçərkən diqqətli olmalıdırlar.
 
“3 yaşından 6 yaşına qədər olan uşağlar üçün fokus repertuarları tamam başqadır, 6 yaşdan yuxarı olan uşağlar üçün isə tam fərqli olmalıdır. Bizim kiçik tamaşaçılarımız üçün elə fokuslar seçmək lazımdır ki, həmin uşağlar foksun effektini rahat qəbul edib, qavraya bilsinlər. Məsələn, bir əşya var ya da yoxdur. Burada konkretlik lazımdır, uzunçuluğa ehtiyac yoxdur. Əlim boşdur, bir jest etdim nəsə peyda oldu və s. Uşağlar ən çox rəngli güllər, əlvan əşyalarla, top və yaylığlarla olan fokusları sevirlər. Heyvanlarla olan fokuslar isə xüsusi ilə onların xoşuna gəlir. Bu da uşağların heyvanlara olan sevgisindən, məhəbbətindən irəli gəlir. Amma elə fokuslar da var ki, uşağların psixologiyasına pis təsir edə bilər, yaddaşında həmişəlik həkk oluna bilər. Sehr xəyal ilə xülyanın təxəyyülüdür. Valideynlər mütləq şəkildə sehrdən sonra uşağları ilə söhbət edib, bunun sadəcə bir sehr olduğunu, reallıqdan uzaq olduğunu onlara bildirməlidirlər” deyə Tofiq İskəndərli bildirib.
Tofiq İskəndərli həmçinin ölkəmizdəki sehrbazlıq sənətinə olan marağdan da danışıb.
“Çox təəssüf ki, Azərbaycanda illüziyanın konkret məktəbi yoxdur. Özəl yerlər, kurslar ola bilər. Amma dövlət səviyyəsində universitetlər yoxdur. O vaxt Moskvada bir neçə şəhərdə sirklərin tərkibində kiçik şöbələr var idi. Həmin yerlərdə illüzionistlər bildiklərini öyrədir və bilmədiklərini öyrənirdilər. Çox təəssüf ki, bu sənət bizdə kütləvilik qazanmayıb. Dəfələrlə kurs aşmışam və bir çox gənclərə bu sənətlə bağlı tövsiyyələr, məsləhətlər vermişəm. Bu gün də kimlərsə öyrənmək istəsə köməklik edərəm. Amma etiraf edim ki, elə sehr nömrəsi də var ki, onun  sirrini heç kimə demərəm” deyə Tofiq İskəndərli bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər