ABŞ prezidenti Co Baydenin 1915-ci il olayları ilə bağlı “soyqırım” ifadəsini işlətməsi qardaş Türkiyədə olduğu kimi, uzun illərdir ki, erməni terrorundan əziyyət çəkən Azərbaycanda da ciddi narazılıq və narahatlığa səbəb olub. Baydenin məlum açıqlamasından dərhal sonra Azərbaycandan yüzlərlə ictimai-siyasi xadim Türkiyəyə dəstək xarakterli bəyanatlar verib, ABŞ prezidentinin sözügedən açıqlamasını kəskin şəkildə qınayıb.
Moderator.az xəbər verir ki, kütləvi informasiya vasitələri və sosial mediada vətənpərvərliklə bağlı səsləndirdiyi çoxsaylı şeirləri ilə tanınan 3-cü sinif şagirdi, bədii qiraətçi Zəhra İmranlı Türkiyəyə dəstək xarakterli maraqlı şeirlə çıxış edib.
“Ay-ulduzlu bayraqlara” adlı şeirinin birinci bəndində Azərbaycan ordusunun 44 gün davam edən Vətən müharibəsində götərdiyi qəhrəmanlığa toxunan Zəhra İmranlı, Ali Baş Komandana, o cümlədən şəhidlərə və hərbçilərə öz təşəkkürünü bildirib. Şeirin ikinci və üçüncü bəndlərində Türkiyənin Vətən Müharibəsində Azərbaycana verdyi mənəvi və diplomatik dəstəyi xüsusi olaraq qeyd edən 9 yaşlı bədii qiraətçi, Türkiyə prezidenti Ərdoğana, o cümlədən Bayrakdara təşəkkür edib, qardaş dövlətin 100 il bundan öncə Azərbaycana verdiyi dəstəyi də minnətdarlıq hissi ilə yada salıb.
Sonda həm Azərbaycanın, həm də Türkiyənin xalqımız üçün eyni dərəcədə əziz olduğunu vurğulayan Zəhra İmranlı, bu dövlətlərin hər birinin vətəndaşlarımız üçün vazkeçilməz olduğunu qeyd edib.
Zəhra İmranlının müəllifi olduğu şeiri oxuculara təqdim edirik!