Nazir Ceyhun Bayramov Azərbaycanın hazırda tarixi mərhələni yaşadığını qeyd edərək, Serbiya səfirinə 44 günlük müharibədən sonra bölgədə mövcud olan cari vəziyyətlə bağlı məlumat təqdim edib.
Səfir Draqan Vladisavlieviç qəbula görə nazir Ceyhun Bayramova təşəkkür edib. O, Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin səmimi salamlarını nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.
Serbiya ilə Azərbaycanın oxşar problemlərlə üzləşdiyini qeyd edən səfir dövlət suverenliyinin qorunub saxlanılmasına dəstəyin önəmli olduğunu bildirib və Serbiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstək verdiyini vurğulayıb.
Görüşdə tərəflər, dövlətlərimiz arasında strateji münasibətlərin daha da inkişaf etdirilməsi üzrə müvafiq addımların atılması, o cümlədən qarşılıqlı səfər mübadiləsinin həyata keçirilməsi, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, ticarət mübadiləsinin artırılması, habelə digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov, öz növbəsində serbiyalı həmkarına səmimi salamlarını çatdırdı və səfir Draqan Vladisavlieviçə fəaliyyətində uğurlar arzu etdi.