Prokurorluq Başlıbeldə qətlə yetirilən şəxslərin adlarını açıqlayıb - SİYAHI - FOTO
Oxunub: 5195
26 Apr 2021 | 16:54
Prokurorluq Başlıbeldə qətlə yetirilən şəxslərin adlarını açıqlayıb - SİYAHI - FOTO
Əvvəllər məlumat verildiyi kimi, 1993-cü ilin aprel ayında Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhalinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirdiyi şəxslərin cəsədlərinin basdırıldığı yerlərin müəyyən edilməsi faktları üzrə Baş prokurorluq tərəfindən cinayət işi başlanaraq intensiv istintaq hərəkətləri davam etdirilir.
 
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
 
Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının digər rayonları ilə yanaşı 1993-cü ilin aprel ayının əvvələrində Ermənistan Silahlı Qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən həmin rayonun Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirmişlər.
İstintaq materiallarına əsasən işğaldan əvvəl 259 fərdi yaşayış evi, 1 orta məktəb, 1 uşaq bağçası, 1 xəstəxanası olan Başlıbel kəndi Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olmaqla əhalisinin sayı 1996 nəfər olmuş, 3232 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, dəniz səviyyəsindən 2000 metr hündürlükdə Dəlidağın ətəyində rayon mərkəzindən 64 km məsafədə yerləşmişdir.
 
Müəyyən edilmişdir ki, 3 aprel 1993-cü il tarixdə Ermənistan Silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət etmiş və tamamilə yandırmışlar.Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 km aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınmışdır. 62 nəfərdən 48 nəfər Başlıbel, 1 nəfər Taxtabaşı kənd, 4 nəfər Laçın rayon sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olmuşlar.
 
Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 18 aprel 1993-cü il tarixdə silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkar etmiş, həmin gün saat 15-dən 21 radələrinədək köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlamışlar.Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1 nəfər 12 yaşlı uşaq, 1 nəfər 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın, 6 kişi olmaqla) – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülmüşdür.
 
Hücum nəticəsində 14 nəfər (3 nəfər 2, 13 və 15 yaşlı uşaqlar, o cümlədən 10 qadın, 4 kişi) - 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu girov götürülmüşdür.Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9 nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat etmişlər.
 
İstintaq materialları ilə həmçinin müəyyən edilmişdir ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişmişlər.
 
Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənmiş, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşmışlar.
 
19 aprel 1993-cü ildən sonrakı tarixlərdə isə sağ qalmış 29 nəfər şəxs- 21 yaşlı Əhmədova Sevil Binnət qızı, 55 yaşlı Əhmədov Hümmət Əbdüləli oğlu, 45 yaşlı Ələsgərov Ələkbər Ələsgər oğlu, 36 yaşlı Ələsgərova Sərmayə Sadıq qızı, 16 yaşlı Ələsgərov Habil Ələkbər oğlu, 14 yaşlı Ələsgərov Rüstəm Ələkbər oğlu, 12 yaşlı Ələsgərova Samirə Ələkbər qızı, 9 yaşlı Ələsgərova Tacirə Ələkbər qızı, 33 yaşlı Əmralıyev Xasay Məhəmməd oğlu, 31 yaşlı Əmralıyeva Nərgiz Mənsim qızı, 6 yaşlı Əmralıyev Elmdar Xasay oğlu, 4 yaşlı Əmralıyev Şəhriyar Xasay oğlu, 27 yaşlı Əzizov Elşad Həsən oğlu, 25 yaşlı Əzizov İsmət Hüseyn oğlu, 23 yaşlı Cəfərov Mahir Məhyəddin oğlu, 58 yaşlı Qədimov Qədim Muxtar oğlu, 32 yaşlı Həsənov Qəzənfər Mahmud oğlu, 38 yaşlı Həsənov Yahya Mahmud oğlu, 25 yaşlı Əsgərova Həcər Əhliman qızı, 23 yaşlı Əsgərova Laləzər Əhliman qızı, 15 yaşlı Əsgərov Vəkil Əhliman oğlu, 23 yaşlı Abbasov Cəllət Ağaverdi oğlu, 19 yaşlı Mehdiyev Səlim Yusifəli oğlu, 22 yaşlı Abbasquluyev Məzahir Talıb oğlu, 23 yaşlı Abbasov Ədalət Ərzuman oğlu, 25 yaşlı Abdullayev Müzahim Məhərrəm oğlu, 23 yaşlı Əhmədov Xəlil Süleyman oğlu, 22 yaşlı Əsgərov Müşfiq Gülbaba oğlu və 23 yaşlı Muradov Füzuli Əkrəm oğlu 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək 1993-cü ilin iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə bilmişlər.
 
Baş Prokurorluğunun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən 24 aprel 2021-ci il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilmişdir.
Bundan başqa istintaq hərəkəti zamanı cinayət hadisəsinin baş verdiyi yerdə mülki şəxslərin gizləndiyi mağaralarda aşkar edilmiş müxtəlif məişət əşyaları, mülki şəxslərin qəsdən öldürülməsini sübut edən giliz və güllələr cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən qablaşdırlaraq rəsmiləşdirilmişdir. Başlıbel kəndinə dron vasitəsilə keçirilmiş baxış zamanı həmçinin kənd ərazisində işğaldan əvvəl mövcud olmuş bütün yaşayış evlərinin, inzibati binaların, infrastrukturun tamamilə bünövrəsinə kimi dağıdıldığı aşkar edilmişdir.
 
Zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən DNT-nin(dezoksiribonuklerin turşusu) təyini məqsədilə nümunlər götürülərək molekulyar-genetik və digər xüsusatların araşdırlması üçün tibbi-kriminalistik ekspertizalar təyin edilmişdir.Hazırda hadisənin sağ qalmış şahidlərinin müəyyən edilməsi, onların dindirilməsi və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi istiqamətində digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən Ermənistanın keçən əsrin 90-ci illərindən başlayaraq Azərbaycan vətəndaşlarına qarşı sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərin araşdırlması və təqsirkar şəxslərin müəyyən edilərək milli və beynəlxalq məhkəmə məsuliyyətə cəlb edilməsi istiqamətində fəaliyyət davam etdiriləcəkdir.
 
 
 
 
 
 
 
 
 
Oxşar xəbərlər
31 Oct 2024 | 23:35
“Valideynlik hüququndan məhrum edilə bilər”- əlilliyi olan şəxs aliment ödəməlidir?-AÇIQLAMA
31 Oct 2024 | 23:30
“Həmin sürücülük vəsiqəsini 1 ay istifadə edə bilərlər”-ARAŞDIRMA+FOTO
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 22:55
Vatsapdan daha bir yenilik
31 Oct 2024 | 22:50
""Halloween" xristian bayramı deyil, mənası təhrif olunmuş dünyavi əyləncədir"
31 Oct 2024 | 22:45
Bu şəxslər Rusiyanı tərk etməlidirlər - Medvedevdən XƏBƏRDARLIQ
31 Oct 2024 | 22:40
İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 Oct 2024 | 22:30
Noyabrın ən təhlükəli tarixləri - özünüzü qoruyun
31 Oct 2024 | 22:24
İki nəfər dəm qazından boğularaq öldü
31 Oct 2024 | 22:16
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var
31 Oct 2024 | 22:08
Güləşçilərimiz DÇ-ni medalsız başa vurdular
31 Oct 2024 | 22:00
Hər kəsin ala biləcəyi MÖCÜZƏ: xərçəngə səbəb olan zəhərləri MƏHV EDİR - FOTO
31 Oct 2024 | 21:57
"Naxışlı müğənniyəm, indiki ağlım olsaydı o qədər pul alardım ki..."-FOTO+ÖZƏL
31 Oct 2024 | 21:50
Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
31 Oct 2024 | 21:43
Bu ərazilərdə qaz kəsiləcək
31 Oct 2024 | 21:35
Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
31 Oct 2024 | 21:30
COP29 vaxtı bu şəxslərə yemək pulsuz olacaq
31 Oct 2024 | 21:29
"Lukaşenko iki ağadan asılı olan nökərdir" - Leonid Kuçma
31 Oct 2024 | 21:28
BMT Təhlükəsizlik Şurası KXDR-in Ukrayna müharibəsinə cəlb edilməsini müzakirə edib
31 Oct 2024 | 21:22
"Kübar təbəqə bu müğənniləri məclisinə dəvət etmir"
31 Oct 2024 | 21:16
“Bizdə bir dəfə çap edilən klassik 10 il yada düşmür, Rusiyada isə...”
31 Oct 2024 | 20:50
Tramp, yoxsa Harris: Azərbaycanın maraqlarına hansı sərfəlidir?
31 Oct 2024 | 20:40
Broyler yumurtaları ZƏRƏRLİDİR? - XƏBƏRDARLIQ
31 Oct 2024 | 20:30
İspaniyada daşqın nəticəsində ölənlərin sayı 150-ni ötdü: Onlarla yol hələ də bağlıdır
31 Oct 2024 | 20:25
Gürcüstandan Ermənistana tərs şillə
31 Oct 2024 | 20:18
Mehriban Əliyeva Alim Məmmədov adına uşaq bağçası-körpələr evinin açılışında iştirak edib
31 Oct 2024 | 20:10
XİN-dən Fransanın Ermənistandakı səfirinə cavab
31 Oct 2024 | 20:00
Bakıda bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq məntəqələri dəyişdirilir
31 Oct 2024 | 19:56
“Heç bir dövlət Ukraynaya ordu göndərməyəcək, çünki...”
31 Oct 2024 | 19:45
Bu prospekt və küçələrdə diqqətli olun! - Siyahı
31 Oct 2024 | 19:40
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin səkkizinci iclası keçirilib
31 Oct 2024 | 19:30
5 qanuna dəyişiklik edilir: yeni qaydalar belə olacaq - FOTO
31 Oct 2024 | 19:23
Azərbaycan boksçusu dünya birinciliyində finala yüksəlib
31 Oct 2024 | 19:15
Südü sağılan kimi içmək lazımdır, oksigenlə təmas etsə...
31 Oct 2024 | 19:08
İlham Əliyev İspaniya Hökumətinin Sədrinə başsağlığı verib
31 Oct 2024 | 19:00
Ermənistan İrana yeni səfir təyin edib
31 Oct 2024 | 18:52
Bulvarda gəmi gəzintisinin bərpa ediləcəyi tarix açıqlandı
31 Oct 2024 | 18:46
Bir neçə dövlətdə tətbiq olunan qorxunc plan: Növbəti hədəf hansı ölkə ola bilər?
31 Oct 2024 | 18:40
Norveç Ukrayna üçün 1,3 milyard əlavə vəsait ayırır
31 Oct 2024 | 18:35
Millimiz Monteneqronu məğlub etdi
31 Oct 2024 | 18:30
Ruslara xəbərdarlıq edildi: Defolt dalğasına hazırlaşın
31 Oct 2024 | 18:20
İrana daha bir ŞOK: bu ölkədəki bütün konsulluqları bağlanır
31 Oct 2024 | 18:15
Ölkə kubokunda “Qarabağ”ın rəqibi bəlli oldu
31 Oct 2024 | 18:10
Son sorğu: Tramp Harrisdən öndədir
31 Oct 2024 | 18:09
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
31 Oct 2024 | 18:05
Mürəbbədən kif çıxarılsa yemək olarmı?
31 Oct 2024 | 18:03
COP29-da iştirak edəcək ingilisdilli jurnalistlər üçün təlimlər keçirilir - FOTOLAR
31 Oct 2024 | 17:59
Qadın idmançımıza yüksək vəzifə verildi
31 Oct 2024 | 17:56
"Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" - Naim Qasım
31 Oct 2024 | 17:52
“Bakmil”ə gedən qatarların hərəkət cədvəli dəyişdirilir - CƏDVƏL
31 Oct 2024 | 17:48
Qazaxda yol qəzası: Xəsarət alanlar var
31 Oct 2024 | 17:44
Bakıda milyonlarla ölçülən toy korteji kimindir? - VİDEO
31 Oct 2024 | 17:40
"Uğurlu iş adamının şıltaqlıqlarından daha yaxşıdır" - FOTO
31 Oct 2024 | 17:37
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
31 Oct 2024 | 17:33
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO
31 Oct 2024 | 17:29
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vuruldu
31 Oct 2024 | 17:24
Miqrasiya haqqında qanuna dəyişiklik edilir
31 Oct 2024 | 17:19
Ankarada keçirilən ikitərəfli görüşlərdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb - FOTO
31 Oct 2024 | 17:14
20 saylı Mediasiya Təşkilatı məhkəməyə üz tutmağa səbəb saxlamır - FOTO
31 Oct 2024 | 17:09
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTO
31 Oct 2024 | 17:04
Qardaşı arvadını və oğlunu qətlə yetirən şəxsə ÖMÜRLÜK CƏZA
31 Oct 2024 | 17:00
BDU-da Vətən müharibəsi qaziləri ilə görüş - FOTO
31 Oct 2024 | 16:57
Aytən Səfərova: "Əgər qız qayınanaya baxmağa gedirsə..." - VİDEO
31 Oct 2024 | 16:53
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə HÖKM OXUNDU
31 Oct 2024 | 16:48
"Bunu yük kimi görmürəm" - Milyarder olmaq necə hissdir?
31 Oct 2024 | 16:45
COP29 Yaşıl Zona üzrə biletlərin verilmə tarixi açıqlandı
31 Oct 2024 | 16:41
Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin açılışında iştirak etdi - FOTO
31 Oct 2024 | 16:38
AFFA-nın vəzifəli qəxsi tənbeh olundu - Niyə millidə "məşqçi karuseli" yaratmısan?
31 Oct 2024 | 16:35
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirildi - FOTO
31 Oct 2024 | 16:32
Dəhşətli günlər yaxınlaşır, noyabrda... - EHTİYATLI OLUN
31 Oct 2024 | 16:28
Tanınmış türk futbolçu azərbaycanlı qızla EVLƏNDİ - FOTO
31 Oct 2024 | 16:24
Ceyhun Bayramov britaniyalı naziri sülh prosesi barədə məlumatlandırdı
31 Oct 2024 | 16:20
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
31 Oct 2024 | 16:16
"Belaruslar bizdən daha fəal mübarizə aparıb" - Saakaşvili
31 Oct 2024 | 16:10
TDT-yə üzv ölkələrin əmək və sosial müdafiə üzrə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub - FOTO
31 Oct 2024 | 16:05
"Kartdan karta" üsulu ilə işləyən daha 70 sahibkar cərimələndi - FOTOLAR
31 Oct 2024 | 15:58
“Nar” mobil rabitə təlimlərinə davam edir! - FOTO
31 Oct 2024 | 15:54
8 Noyabr prospektində təmir işləri nə yerdədir? - VİDEO
31 Oct 2024 | 15:49
İlham Əliyev Ruandanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 15:46
İqlim dəyişikliyinin insan sağlamlığına təsiri AÇIQLANDI
31 Oct 2024 | 15:42
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
31 Oct 2024 | 15:38
Banqladeş Prezidenti COP29-da iştirak edəcək
31 Oct 2024 | 15:35
Nişanı olacaq olan gənci musiqi sədaları ilə dəfn etdilər - VİDEO
31 Oct 2024 | 15:30
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 15:28
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
31 Oct 2024 | 15:25
Azərbaycan millisi dünya birincliyində ilkə imza atıb
31 Oct 2024 | 15:20
Dünyanın ən qorxulu ölkələri - Cinayət, müharibə, narkotik... - ARAŞDIRMA + FOTO
31 Oct 2024 | 15:16
Bakıda qız dərsdən qaçdı - Başına iş gəldi
31 Oct 2024 | 15:13
Yeni bir nagehan plan – Ermənilər Türkiyəyə yenidən qarmaq atır
31 Oct 2024 | 15:09
"Putin hətta Şimali Koreyanın köməyi ilə də müharibədə qalib gələ bilməyəcək" - Pentaqon rəhbəri
31 Oct 2024 | 15:06
Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 Oct 2024 | 15:03
Niyaməddin Musayev bahalı avtomobilində görüntüləndi - VİDEO
31 Oct 2024 | 14:58
Noyabr ayına olan hava proqnozu AÇIQLANDI
31 Oct 2024 | 14:54
Ali Məhkəmə DİN-in şöbə rəisi olmuş Kamil Sədrəddinovla bağlı qərar verdi
31 Oct 2024 | 14:51
Albaniyanın Baş naziri COP29-da iştirak edəcək
31 Oct 2024 | 14:48
Konqo Prezidenti Azərbaycana gələcək
31 Oct 2024 | 14:45
Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 Oct 2024 | 14:40
Bakıda 20-dən çox maşından oğurluq edən şəxslər saxlanıldı - FOTO/VİDEO
31 Oct 2024 | 14:34
Qanunsuz miqrantlarla bağlı bu qaydalar müəyyənləşir
31 Oct 2024 | 14:28
Hakan Fidanın London səfəri: Türkiyə və Britaniyanın strateji tərəfdaşlığının inkişafı - TƏHLİL
GÜNLÜK
31 Oct 2024 | 09:24
Axşamlar toya gedib, səhərlər qatıq satan məşhur müğənni GÖRÜN KİMDİR - FOTO
31 Oct 2024 | 12:16
Prezident yeni nəsil metro qatarları ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 08:19
Qadın müdirini pusquya saldı, başına çəkic vurdu - İlginc OLAY
31 Oct 2024 | 08:10
Ərdoğan Azərbaycanı bu SİYAHIDAN ÇIXARDI
31 Oct 2024 | 08:28
Bakıda iki nəfərin faciəvi ölümü: qatarın işığı yanmayıb? - VİDEO
31 Oct 2024 | 07:50
Şimali Qəzza xəstəxanasının direktoru oğlunun da qətlinə rəğmən işini tərk etmədi...-VİDEO
31 Oct 2024 | 08:49
Şöhrət Məmmədovun toyundan görüntülər - VİDEO
31 Oct 2024 | 07:04
İsrail və Haiti jurnalist qətllərinin cəzasız qaldığı dövlətlər siyahısında birincidir...-"CPJ"
31 Oct 2024 | 13:42
İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 08:56
Keşiş Baqrat xaricə getdi: Müalicə, yoxsa daha güclü və əyani təlimat üçün?..
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
26 Oct 2024 | 14:41
"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya olundu
AYLIQ
31 Oct 2024 | 09:24
Axşamlar toya gedib, səhərlər qatıq satan məşhur müğənni GÖRÜN KİMDİR - FOTO
31 Oct 2024 | 12:16
Prezident yeni nəsil metro qatarları ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 08:19
Qadın müdirini pusquya saldı, başına çəkic vurdu - İlginc OLAY
31 Oct 2024 | 08:10
Ərdoğan Azərbaycanı bu SİYAHIDAN ÇIXARDI
31 Oct 2024 | 08:28
Bakıda iki nəfərin faciəvi ölümü: qatarın işığı yanmayıb? - VİDEO
31 Oct 2024 | 07:50
Şimali Qəzza xəstəxanasının direktoru oğlunun da qətlinə rəğmən işini tərk etmədi...-VİDEO
31 Oct 2024 | 08:49
Şöhrət Məmmədovun toyundan görüntülər - VİDEO
31 Oct 2024 | 07:04
İsrail və Haiti jurnalist qətllərinin cəzasız qaldığı dövlətlər siyahısında birincidir...-"CPJ"
31 Oct 2024 | 13:42
İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 08:56
Keşiş Baqrat xaricə getdi: Müalicə, yoxsa daha güclü və əyani təlimat üçün?..