Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məlumatı dinlənilib
Cəmiyyət
Oxunub: 982
23 Apr 2021 | 18:24
Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məlumatı dinlənilib
Aprelin 23-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. 
 
İclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb. Milli Məclisin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, deputatlardan Fazil Mustafa, Nurlan Həsənov, Hikmət Məmmədov, Cavid Osmanov, Əli Məsimli, Bəhruz Məhərrəmov, Jalə Əliyeva və Elman Nəsirov seçiciləri narahat edən məsələlərlə bağlı qeyd və təkliflərini səsləndiriblər.  
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bu gün iclasda 18 məsələ müzakirə olunacaq. Gündəliyin birinci məsələsi  İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatıdır. Məlumat deputatlara paylanılıb. Məsələ Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilib.
 
Sonra daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını təqdim edib. Nazir müavini insan alveri ilə mübarizə sahəsində qanunvericilik tədbirləri, profilaktika və maarifləndirmə işləri, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş barədə ətraflı məlumat verib , insan alveri ilə mübarizənin nəticələrinə dair statistik göstəriciləri diqqətə çatdırıb. 
 
İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə işlərindən danışan Seyfulla Əzimov diqqətə çatdırıb ki, pandemiya ilə əlaqədar ölkəmizdə sosial izolyasiya tədbirlərinin tətbiqinə başlanıldığı 2020-ci il 14 mart tarixinədək olan müddətdə daxili işlər orqanları tərəfindən insan alveri ilə bağlı orta-ixtisas və ali təhsil müəssisələrində 350-dən çox görüş, yığıncaq və konfrans keçirilib. Pandemiya dövründə isə maarifləndirmə işi onlayn formatda həyata keçirilib. Bütün bunlar ölkəmizdə insan alverinə qarşı mübarizədə sistemli iş aparıldığının göstəricisidir.
Qeyd olunub ki, 2020-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 cinayət işi üzrə 155 insan alveri faktı, 2 cinayət işi üzrə 5 məcburi əmək və 40 insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair cinayət faktları müəyyən edilib. Ümumilikdə, insan alveri üzrə cinayətlərin açılması 98 faiz, məcburi əmək cinayətlərinin açılması isə 100 fazi təşkil edib. İnsan alveri cinayətləri törətdiklərinə görə 20 şəxs məhkəmə məsuliyyətinə verilib.  Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, 2 nəfər şərti məhkum edilib, 1 nəfərin cəzası isə usağı 14 yaşına çatanadək təxirə salınıb. 
 
Ümumilikdə,  2020-ci ildə müəyyən olunmuş 94 insan alveri qurbanından 93-ü Azərbaycan vətəndaşı, 1-i isə əcnəbi olub. Zərərçəkənlərə müvafiq köməkliklər göstərilib, hər birinə 700 manat birdəfəlik vəsait ödənilib. Qurbanların uşaqları da diqqət mərkəzində saxlanılıb, onların cəmiyyətə inteqrasiyası təmin olunub.   
 
Nazir müavini qeyd edib ki, BMT-nin sonuncu hesabatına görə, dünya üzrə əhalinin hər 100 min nəfərinə 13 qurban düşdüyü halda, respublikamızda bu göstərici 1 nəfər təşkil edir. Təbii ki, bu və digər uğurlar dövlətimizin əhalinin sosial rifah halının davamlı olaraq yüksəlməsi üçün həyata keçirdiyi uğurlu tədbirlərin nəticəsidir.
 
Seyfulla Əzimov çıxışının sonunda qanunvericilik sahəsində səmərəli əməkdaşlığa görə Milli Məclisin üzvlərinə təşəkkürünü bildirib. 
 
Sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatına münasibət bildirib.
 
Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanda insan alverinə qarşı mübarizə 2003-cü ildə ölkəmizin BMT-nin müvafiq “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyası”nı və onu tamamlayan aktları ratifikasiyasından sonra daha sistemli xarakter alıb. Bundan sonra Azərbaycanda insan alverinə qarşı mübarizə üçün müvafiq qanunvericilik bazası formalaşdırılıb, Daxili İşlər Nazirliyində Baş İdarə yaradılıb, daxili işlər nazirinin birinci müavini səviyyəsində Milli Koordinator müəyyənləşdirilib, Milli Fəaliyyət Planları həyata keçirilib və bu gün də bu iş davam etdirilir. 
 
Komitə sədri builki məlumatda tətbiq edilmiş yenilikləri diqqətə çatdırıb, bu sahədə dünya təcrübəsi barədə fikirlərini bölüşüb.
 
Müzakirələr zamanı Milli Məclisin komitə sədrləri Musa Quliyev, Hicran Hüseynova, Siyavuş Novruzov, Tahir Rzayev, deputatlardan Aqiyə Naxçıvanlı, Fazil Mustafa, Elman Nəsirov, Etibar Əliyev, Azər Badamov, Qüdrət Həsənquliyev, Sahib Alıyev, Sabir Rüstəmxanlı, Arzu Nağıyev və Nizami Səfərov ölkəmizdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məlumatına münasibət bildiriblər, qeyd və təkliflərini veriblər. 
 
Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov iclasda səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı səsə qoyularaq nəzərə alınıb.
 
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin təqdimatı dinlənilib və gündəliyin ikinci məsələsi - “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq olunub. Layihədə kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə nəzərdə tutulur.
 
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti iki məsələ – “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Veteranlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri  parlamentə bir məktubla daxil olub və mahiyyətcə bir-birinə yaxındır. 
 
Həmin qanun layihələrini Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı təqdim edib. Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra parlamentin Sədri bildirib ki, gündəliyin növbəti iki məsələsi – “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri Milli Məclisə eyni zərfdə daxil olub və mahiyyətcə bir-birinə yaxın layihələrdir.
 
Bu layihələr barədə də parlamentin komitə sədrinin müavini Məlahət İbrahimqızı məlumat verib. Bildirilib ki, hər iki qanun layihəsinə təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
 
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, gündəliyin növbəti iki məsələsində nəzərdə tutulan dəyişikliklər dəqiqləşdirmə xarakteri daşıyır və “Nortmativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq bir oxunuşda qəbul ediləcəklər. 
 
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "İcra məmurları haqqında" Qanunda dəyişiklik edilməsi barədə  qanun layihəsini təqdim edib və layihə səsə qoyularaq qəbul edilib.
 
 "Elm haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib. Bildirib ki, dəyişiklik elm və innovasiyaların inkişafına xidmət edir.
 
Deputatlardan Qüdrət Həsənquliyevin, Razi Nurullayevin və Etibar Əliyevin fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq qəbul edilib.   
 
Sonra Milli Məclisin Sədri bildirib ki, gündəliyin növbəti 6 məsələsi mahiyyətcə bir-birinə yaxındır və ölkədə tibbi xidmətlərin təşkili ilə əlaqədar olaraq 50 qanun layihəsinə dəyişiklikləri nəzərdə tutur. Bunlardan 4 məsələ uyğunlaşdırma xarakteri daşıyır və bir oxunuşda qəbul ediləcək, digər 2 məsələ isə birinci oxunuşda müzakirəyə çıxarılır. Səsvermə isə ayrı-ayrılıqda keçiriləcək. 
Qanun layihələri barədə məlumat verən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov  diqqətə çatdırıb ki, ümumilikdə gündəlikdəki növbəti 6 məsələ 50 qanuna dəyişiklik edilməsini özündə birləşdirir.
 
Bu qanun layihələrində nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 20 dekabr 2018-ci il tarixli Prezident Fərmanından irəli gələn məsələlərlə əlaqədardır.
 
Sözügedən Fərmana uyğun olaraq TƏBİB-in səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün müvafiq qanun layihələrinin qəbul edilməsi təklif olunur. Ümumilikdə 131 maddə üzrə nəzərdə tutulan dəyişiklərin böyük əksəriyyəti mərkəzi icra hakimiyyəti orqanı ilə müvafiq publik hüquqi şəxsin mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, səhiyyə və tibb müəssisələrinə münasibətdə səlahiyyət bölgüsünün hüdudlarının dəqiq müəyyənləşdirilməsini ehtiva edir. Yəni ismin müvafiq hallarında terminoloji baxımdan “orqan” və ya “Səhiyyə orqanları”  sözləri “müvafiq icra halimiyyətinin müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilir, eləcə də bütün layihə boyu “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilir.
 
Sonra Azərbaycan Respublikasının Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi, "Hərbi qulluqçuların statusu haqqında", "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" və "Xidməti və mülki silah haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, "Yol hərəkəti haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Turizm haqqında", "Milli arxiv fondu haqqında", "Bələdiyyələrin statusu haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Gənclər siyasəti haqqında" və "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi"ndə, 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də, 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə"də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də və 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsi, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Qanin, qan komponentlərinin donorluğu və qan xidməti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında", "Arıçılıq haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Təhsil haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)  və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Psixoloji yardım haqqında" və "Ümumi təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.  
 
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, gündəliyin növbəti 2 məsələsi də parlamentə bir zərfdə daxil olub və birinci oxunuşda müzakirəyə təqdim edilir. 
 
Sonra Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli iclasın gündəliyindəki “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklər barədə (birinci oxunuş) ətraflı məlumat verib. Qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul edilib. Ötən müddətdə qanunvericiliyə olunan dəyişikliklər, müasir dövrün çağırışları dini sahədə yeni normativlərin təsbitini də zəruri edib. Müzakirəyə təqdim edilmiş dəyişikliklərdən məqsəd dini etiqad azadlığı sahəsində faktiki mövcud olan və yeni yaranan münasibətləri milli qanunvericilik sisteminə uyğun daha səmərəli şəkildə tənzimləmək, eləcə də dövlətin, vətəndaşların, dini qurumların bu sahədə hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirmək, həmçinin dini etiqad azadlığının həyata keçirilməsi üçün daha münbit şərait yaratmaqdır.
 
Vitse-spiker vurğulayıb ki, bu qanun layihəsi Azərbaycanda əsrlərdən bəri formalaşmış dini tolerantlıq mühitinin qorunmasına, dini-əxlaqi dəyərlərin kənar müdaxilələrdən və təsirlərdən mühafizəsinə xidmət edəcək.
 
Qanun layihələrinə münasibət bildirən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Altıncı çağırış Milli Məclis formalaşandan sonra cənab Prezident İlham Əliyevin parlamentə verdiyi tövsiyələri xatırladaraq milli-mənəvi dəyərlərimizin qorunmasında, dini radikalizmə qarşı mübarizədə parlamentin rolunu vurğulayıb. Qeyd edib ki, ötən dövr ərzində İnzibati Xətalar və Cinayət məcəllələrinə dini radikalizmlə mübarizə ilə bağlı ciddi düzəlişlər edilib. Məhz bunun nəticəsidir ki, Yaxın Şərqdə baş verən hadisələr Azərbaycana hər hansı ciddi təsir göstərməyib və ölkəmiz bu illər ərzində dünyəvi dövlət kimi inkişaf edib.  
 
Əli Hüseynli diqqətə çatdırıb ki, gündəlikdəki İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlıdır və uyğunlaşdırma xarakteri daşıyır.
 
Qanun layihələri ilə bağlı komitə sədri Siyavuş Novruzovun, deputatlardan Razi Nurullayevin, Etibar Əliyevin, Ceyhun Məmmədovun, Fazil Mustafanın, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun və Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənovun fikirləri dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
 
Daha sonra iclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini ikinci oxunuşda təqdim edib.
 
Bildirilib ki, "Prokurorluq haqqında" qanunda dəyişikliklər prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirməsi və prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsini nəzərdə tutulan normaların daha çevik və dəqiq tətbiqini təmin etmək məqsədi daşıyır.
 
Milli Məclisin komitə sədrləri Tahir Mirkişilinin,  Tahir Rzayevin və deputat Fazil Mustafanın fikirləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
 
Daha sonra deputat Əminə Ağazadə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş ) qanun layihəsi haqqında məlumat verib. Bildirilib ki, təklif olunan dəyişikliklər prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.
 
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. 
 
Bununla da Milli Məclisin iclası başa çatıb.
 
Oxşar xəbərlər
12:57, Bu gün
Miri Yusif doğum gününü şəhid ailələri ilə keçirdi - VİDEO
12:52, Bu gün
Lalə Məmmədova əməliyyatlardan əvvəl - İnanılmaz dəyişim + FOTO
12:46, Bu gün
Bina sakinlərinin DİQQƏTİNƏ – Belə aldadılırsınız
12:40, Bu gün
5:2 pəhrizi nədir? - İstədiyini ye və arıqla
12:35, Bu gün
Bakıda ödənişsiz parklanma yerləri təşkil edildi - İLK DƏFƏ
12:29, Bu gün
“Bağırov” körpüsündə subasma təhlükəsi aradan qaldırılıb - RƏSMİ
12:24, Bu gün
Sabunçu tunelinə giriş-çıxış bağlandı
12:20, Bu gün
Bakıda güllə atıcılığı üzrə Federasiya Kubokunun mükafatçıları bəlli oldu - FOTO
12:18, Bu gün
“Aygün Kazımova mənə gizlin və aşkarda o qədər jestlər edib ki...”-FOTOSESSİYA
12:15, Bu gün
Azərbaycanda vəzifəli şəxslər ifşa edildi – RƏSMİ
12:10, Bu gün
Bu gün Superliqada İstanbul derbisi olacaq
12:09, Bu gün
Ucalığın mübarək, Atam Balası!
12:08, Bu gün
"Kartdan karta" görə xəbərdarlıq - 6000 manat cərimə
12:04, Bu gün
ADSEA Qarabağda: Bu şəhərlərdə su təsərrüfatı belə qurulur - FOTO/VİDEO
12:00, Bu gün
Kərə yağının qiyməti artır, bəs keyfiyyəti?
11:55, Bu gün
Uçan maşınlar dövrü başlayır - İlk addım atıldı
11:52, Bu gün
İlqar Muradov: “Qarabağ yenidən parlamağa başlayır” - VİDEO
11:49, Bu gün
"Kanallar reytinq xatirinə tərbiyəsizliyi nümayiş etdirir" - VİDEO
11:46, Bu gün
Bu yolda sürət həddi endirildi
11:42, Bu gün
İş adamı Abdolbari Gozala fəxri doktor adı verildi - FOTOLAR
11:36, Bu gün
Yağış nə vaxt kəsəcək?
11:33, Bu gün
İlham Əliyev çexiyalı həmkarını təbrik etdi
11:26, Bu gün
Qripin dərmanı olan bitkilər -SİYAHI
11:19, Bu gün
Bulvardakı gəzinti gəmiləri fəaliyyətə BAŞLAYIR
11:14, Bu gün
İrəvana da müharibəyə başlamaq təklif edilib
11:09, Bu gün
“Azəriqaz” “AAAF Holdinq”in şirkətinə qarşı iddia qaldırıb
10:58, Bu gün
İvanişvilinin üzrü işə yaramadı: Kreml dəyişməyəcək!
10:57, Bu gün
“Gürcü xalqı ağlını başına yığmış xalqdır, ermənilər kimi ağlını itirmiş satqın xalq deyil...”    
10:50, Bu gün
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan EDİR
10:42, Bu gün
Noyabr "tətil" ayı oldu - Qeyri-iş günləri açıqlandı
10:35, Bu gün
Tbilisi Moskva ilə diplomatik münasibətləri bərpa edir? - Kobaxidze açıqladı
10:29, Bu gün
Bəlli oldu, "Qızıl top"u o qazanacaq: İncə mesaj - VİDEO
10:19, Bu gün
Trampın seçicilərlə görüşü zamanı Melania amerikalıları şoka saldı: Qəfildən...
10:11, Bu gün
İlham Əliyev Sahir Şamşad Mirzanı qəbul etdi
10:10, Bu gün
“Zibili qutuya atmamağa görə cərimələnirik.. –Bəs seçki qutusuna topa-topa bülleten atmağın cəzası nədir, hə?..” 
09:56, Bu gün
Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi həbs
09:48, Bu gün
Azərbaycana ət idxalı kəskin artıb: Qiymət niyə enmir? - VİDEO
09:40, Bu gün
Yeni doğulmuş körpələrin yeməyinə spirt qoydular: Bir körpə öldü, altı körpə..
09:32, Bu gün
Qəbirdən çıxarılan meyit hamını DƏHŞƏTƏ SALDI - Bakıda FİLM KİMİ CİNAYƏT- CİNAYƏTİN FOTOLARI 
09:24, Bu gün
Mərkəzi Bankdan dollarla bağlı MÜHÜM AÇIQLAMA
09:16, Bu gün
Kirayə yolu ilə mənzil almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
09:08, Bu gün
Toyda bəy gəlini "İSTƏMİRƏM" dedi: Sevdiyi qızı göstərib, qarşısına getdi - DAVA DÜŞDÜ + VİDEO
09:00, Bu gün
7 addımda başqalarından öndə olmaq üçün karyera İPUCLARI - Özünüzü tanıyın
08:56, Bu gün
Bakı metrosunda problem yarandı - FOTOlar
08:39, Bu gün
Xocalıya getmək istəyənlərin NƏZƏRİNƏ
08:25, Bu gün
İran Prezidenti: Biz müharibə istəmirik
08:16, Bu gün
Nostradamus və Vanqadan qorxunc proqnoz: "Avropa viran olacaq"
08:09, Bu gün
Bu peşələrə böyük tələb yaranacaq - SİYAHI
08:00, Bu gün
Passiv gəlir yaratmağın 5 YOLU 
07:55, Bu gün
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb
07:39, Bu gün
Xoşbəxt cütlüklər yatmazdan əvvəl nə edirlər?
07:04, Bu gün
Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?..-Daha biri vuruldu!..
00:50, Bu gün
"Ölümsüzlük bitkisi": Əzvay təbii sağlamlıq eliksiridir...
27 Oct 2024 | 23:10
Hacıqabul sakinini ilan sancıb
27 Oct 2024 | 22:52
Rusiyada AN-2 təyyarəsi qəza enişi edib, xəsarət alanlar var
27 Oct 2024 | 22:13
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir”-Aşıq Ələsgərin nəticəsindən ETİRAZ-FOTO+ÖZƏL
27 Oct 2024 | 22:13
Saakaşvili müxalifəti etirazlara çağırıb
27 Oct 2024 | 22:12
Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib
27 Oct 2024 | 22:04
İsrailin Baş Qərargahı: İrandakı sistemlərə imkanlarımızın bir hissəsindən istifadə edərək zərbələr endirmişik
27 Oct 2024 | 21:50
Su kanalından çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır
27 Oct 2024 | 21:48
Türkiyədə zəlzələ oldu
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
27 Oct 2024 | 21:42
"Netanyahu hərbi cinayətkar və sionizmin övladıdır" -"Compact"
27 Oct 2024 | 20:29
Kiyev və müttəfiqləri hiddət içindədir: "Quterriş Putinin əlini sıxıb, Lukaşenkonu bağrına basıb" - "Bloomberg"
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 20:12
Nigeriyada bina çökdü: 40-a yaxın adam dağıntılar altında qaldı
27 Oct 2024 | 19:46
"Neftçi" "Sabah"la heç-heçə edib
27 Oct 2024 | 18:58
"İsrailin zərbəsi İranın ballistik raketlər istehsal etmək imkanını sarsıdıb" - "Axios"
27 Oct 2024 | 18:53
Bir vaxtlar qadağan edilən və hər gün etdiyimiz 10 şey
27 Oct 2024 | 18:44
Gürcüstan MSK: Parlament seçkilərində səssayma başa çatlb, “Gürcü Arzusu” qalibdir
27 Oct 2024 | 18:34
Özbəkistanda seçkilərdə seçici fəallığı 63 faizə çatıb
27 Oct 2024 | 18:25
Öləndən sonra bizi nə gözləyir? – Çox maraqlı CAVAB
27 Oct 2024 | 18:16
Kainat 6 BÜRCƏ xüsusi bir insan göndərəcək: həyatları əvvəlki kimi olmayacaq
27 Oct 2024 | 18:07
Dörd BÜRCÜN oktyabrın sonunda elə xoşbəxt günləribaşlayacaq ki...
27 Oct 2024 | 17:57
Hindistanda yol qəzasında iki nəfər həlak olub, 14 nəfər xəsarət alıb
27 Oct 2024 | 17:44
Xoruza görə qonşularını məhkəməyə verdi
27 Oct 2024 | 17:38
Xameneidən AÇIQLAMA: "İsrailin hücumuna cavabı müəyyənləşdirəcəyik"
27 Oct 2024 | 17:28
Abbasdan qalmaqal yaşadığı Ramalla bağlı gözlənilməz açıqlama
27 Oct 2024 | 17:19
Əlillər üçün ayrılan yerlərdə digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimənin məbləği açıqlanıb
27 Oct 2024 | 17:15
“Gürcüstanda nə baş verdiyi aydındır... İvanişvili "KQB"-nın xüsusi əməliyyatını keçirdi..."
27 Oct 2024 | 17:10
Gürcüstanın yeni parlamentinin ilk sessiyası noyabrda keçiriləcək
27 Oct 2024 | 16:59
Rusiyada vilayət rəhbərliyi məktəblərdə hicabı qadağan edib
27 Oct 2024 | 16:50
Kobaxidze: Beynəlxalq müşahidəçilərin Gürcüstandakı seçkilərin legitimliyinə dair heç bir sualı yoxdur
27 Oct 2024 | 16:49
"Əsl vətənpərvər odur ki, sən vətənə borclusan, vətən isə sənə borclu deyil" - Nevinomıssk şəhər meri
27 Oct 2024 | 16:42
Azərbaycan Basketbol Liqasında II tur başa çatıb
27 Oct 2024 | 16:30
İsrail Ordusu Livanda 4 hərbçisinin həlak olduğunu açıqlayıb
27 Oct 2024 | 16:21
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
27 Oct 2024 | 16:12
Kanada Ukraynaya zirehli transportyorlar GÖNDƏRDİ
27 Oct 2024 | 16:03
“WhatsApp” “Telegram”ın faydalı xüsusiyyətlərindən birini əldə edəcək
27 Oct 2024 | 15:52
Bu ayda doğulan uşaqlar ən ağıllı olurlar
27 Oct 2024 | 15:44
Balotellinin yeni klubu bilindi - Az maaşa razılaşdı
27 Oct 2024 | 15:35
Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI
27 Oct 2024 | 15:26
15 saniyəyə 3 milyon QAZANIR
27 Oct 2024 | 15:19
"Diktatura rejimlərinə münasibətdə güc nümayişi çox vacibdir" - "The Telegraph"
27 Oct 2024 | 15:17
Oktyabrın 28-i ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
27 Oct 2024 | 15:08
Parlament seçkiləri Gürcüstan-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcıdır - RƏY
27 Oct 2024 | 15:07
Azay Quliyev: "İlk dəfə olaraq özbək xalqı qarışıq sistem əsasında parlament üzvlərini seçəcək" 
27 Oct 2024 | 14:57
Bu ölkədə tikilən “göydələn” metropolislə bağlı DƏHŞƏTLİ İDDİA: minlərlə insan həlak olub
27 Oct 2024 | 14:48
12-ci mərtəbədən yıxılan yeniyetmə evə buraxıldı
27 Oct 2024 | 14:40
Kobaxidze: "Müxalifət hökumətin təsdiqlənməsinə mane ola bilməyəcək"
GÜNLÜK
27 Oct 2024 | 15:35
Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 15:17
Oktyabrın 28-i ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
27 Oct 2024 | 17:28
Abbasdan qalmaqal yaşadığı Ramalla bağlı gözlənilməz açıqlama
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
27 Oct 2024 | 13:37
"Ukrayna Avropada Şimali Koreyaya qarşı vuruşmalı olacaq" - Zelenski
27 Oct 2024 | 14:57
Bu ölkədə tikilən “göydələn” metropolislə bağlı DƏHŞƏTLİ İDDİA: minlərlə insan həlak olub
27 Oct 2024 | 13:38
Bu gündən İçərişəhərə giriş məhdudlaşdırılır
27 Oct 2024 | 13:47
Sabiq nazir: "Gördüm ki, yoldaşım bir qadının qucağında oturub" (VİDEO)
27 Oct 2024 | 17:15
“Gürcüstanda nə baş verdiyi aydındır... İvanişvili "KQB"-nın xüsusi əməliyyatını keçirdi..."
HƏFTƏLİK
22 Oct 2024 | 22:58
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
23 Oct 2024 | 11:38
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq”- Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT-FOTO
23 Oct 2024 | 00:01
İsrail alimləri xərçəngin metastazlarını dayandıran preparat icad edib
23 Oct 2024 | 10:58
Ermənistan parlamenti Azərbaycanla sərhədlərin demarkasiyası komissiyalarının əsasnaməsini ratifikasiya etdi...
23 Oct 2024 | 14:11
"Putin BRICS sammitində Ukraynada hərbi səylərini gücləndirmək üçün mexanizm yaratmaq istəyir" - ISW
21 Oct 2024 | 23:00
Altıncı hissi olan bürclər - Onlardan heç nəyi gizlədə bilməzsiz...
24 Oct 2024 | 17:05
İlham Əliyevlə Paşinyan bu məsələləri müzakirə ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Oct 2024 | 16:27
İlham Əliyev XVI BRİCS Sammitinin ilk plenar iclasında çıxış etdi - YENİLƏNİB + FOTO
23 Oct 2024 | 15:26
"Putinin BRICS sammiti Rusiyanın təcridi ilə bağlı Qərbin yalanını ifşa edib" - "The Telegraph"
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
AYLIQ
27 Oct 2024 | 15:35
Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 15:17
Oktyabrın 28-i ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
27 Oct 2024 | 17:28
Abbasdan qalmaqal yaşadığı Ramalla bağlı gözlənilməz açıqlama
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
27 Oct 2024 | 13:37
"Ukrayna Avropada Şimali Koreyaya qarşı vuruşmalı olacaq" - Zelenski
27 Oct 2024 | 14:57
Bu ölkədə tikilən “göydələn” metropolislə bağlı DƏHŞƏTLİ İDDİA: minlərlə insan həlak olub
27 Oct 2024 | 13:38
Bu gündən İçərişəhərə giriş məhdudlaşdırılır
27 Oct 2024 | 13:47
Sabiq nazir: "Gördüm ki, yoldaşım bir qadının qucağında oturub" (VİDEO)
27 Oct 2024 | 17:15
“Gürcüstanda nə baş verdiyi aydındır... İvanişvili "KQB"-nın xüsusi əməliyyatını keçirdi..."