Həyat Müəllimi...
Oxunub: 1561
20 Apr 2021 | 15:17
Həyat Müəllimi...
Öyrətmən sadəcə elm öyrədən deyil, hərarətiylə isidən, mərhəmətiylə sığal çəkən, şəfqətiylə sahiblənən mənəvi valideyndir həm də...
 
Öyrətmən Aydındır! Günəş kimi yetirmələrinin yolunu və düşüncələrini aydınladandır.
 
Yəmənlə bağlı bir şəkil görmüşdüm illər öncə... Bəlkə də Yəməni əks etdirən yeganə işıqlı foto o idi... Şəkildə təsvir olunur ki, məlum bombardman nəticəsində sinif otağının arxa divarında böyük bir dəlik yaranıb. Gənc bir müəllim sarı-qızılı rəngli qələmlə o bomba dəliyinin ətrafını Günəş şüaları kimi xətləyib. Öyrəncilər hər dönüb geriyə baxdığında bombalanmış divarı yox, o bombalanmış yerdən içəri boylanan Günəşi görürlər. Bəli, Öyrətmən dediyin bomba dəliyini Günəş yapan Bilgə insandır....
 
Bu yazımda mən insanlığın “bombalanmış”, işıqsızlığa qərq edilmiş güvəninin, inamının çevrəsini “Soyuq röya”sının ən isti hərfləri ilə əhatələyib nəhəng bir boşluğu uca bir Günəş yapan Aydın düşüncəli Müəllim, Bilgə yazar İmdat Avşardan və onun “Soyuq röya” hekayəsindən danışacağam...
 
 
“Soyuq röya” elə adının soyuqluğu qədər də soyuq bir təsvirlə başlayır: “Qaranlıq idi...” Fəqət İmdatın insan kimi, yazıçı kimi ən böyük uğuru – Yolu Qaranlıqdan başlayan adamları işığa çıxarmaq missiyasıdır, nəfəsiylə soyuq röyalara hərarət qatmaq cəhdidir... Əsərlərinin bir çoxunda olduğu kimi, bu hekayədə də oxucu İmdatın əlindən yapışıb uşaqlıq dünyasına - yazarın ana vətəninə, sərhəd tanımayan, süsənləri heç solmayan bozqırın ənginliklərinə səyahət edir.
 
Uşaqlığının keçdiyi ev ədibin həm mənəvi güc aldığı , həm də xatirələrini qoruduğu gizli xəzinədir sanki. Körpə İmdatın o evdə yaşadığı ilk qorxu - itirmək qorxusudur... Qaranlıq gecələrdə güvənlə sığındığı, səsiylə qorxularından xilas olduğu böyük qardaşının bir gün oxumaq üçün qürbətə getməsi müəllifin həyatında dərin bir boşluq yaradır. Elə oxucunu İmdatın qələminə bağlayan bir incə məqam da yazarın içindəki məhz bu mənəvi axtarış ehtiyacıdır.
 
məsələn: yatılı məktəbə gedən böyük qardaşını arayış, onun evdə yoxluğu, hətta yatağının sağ yanında axtarması bu duyğunun izahıdır...
 
“Soyuq röya”da anasını gəzən uşaq sanki Tanrıyı axtaran Ruhdur... Azadlığını arayıb bütövləşmək ehtiyacında olan bir aşiqdir! Hekayədə uşaqların analarını axtarma ehtiyacı geniş anlamda Ruhun Tanrı arayışı kimi də qavranıla bilər... Və İmdatın fərqi, bənzərsizliyi üz tutduğu ünvanı bir ilahi eşqlə axtarmasındadır.
 
Müsahibələrinin birində deyir ki: “dolayısıyla... kənara çəkilib anlatmaq sanki duyğuların hərarətini azaldacaqmış kimi daha donuq, daha soyuq bir mətn olacaqmış kimi içimdə bir hiss yaratdığından hadisələrin birbaşa gedişatına daxil olur, olayı yaşayaraq içindən anladıram”. Həqiqətdir ki, incə müşahidələri olan həssas bir Öyrətməni Bilgə yazar edən sirrin özəyi məhz bundadır.
 
İmdat Avşarın “Soyuq röya”sının hərarəti elə müəllifin nəfəsinin istiliyindəndir. Ədibin yazıya sirayət edən ilıq nəfəsidir. Yazıçı təkcə əsərə daxil olaraq hadisələrin cərəyan edən axarına təsir etməklə kifayətlənmir, yaratdığı obrazları xoşbəxt etmək üçün hətta gözlərini qapayıb onların yuxularına da girir və adı kimi əmin olur ki, indi onların yuxularında çiçəklər uçuşur: “Bu uşaq indi yamyaşıl, bənövşəyi çiçəkli bir yaylaqda uçur. Hər yanı çayır, çəmən, çiçəkdi... Yanağında məsum bir təbəssüm var. Hərdənbir arxasına baxaraq qaçır. Onu qovan digər uşaqlar ona yetişə bilmirlər... Birdən üzü gərilir, arxasınca gələn uşaqlar onu tutacaq. O, indi dərə ilə şırıl-şırıl axan çayın qarşıdakı sahilinə keçəcək. Gülür, daha sürətli qaçmağa başlayır, yataqda vurnuxur, indi atlanacaq... Gözlərimi yumub bu uşağın xülyalarına qapılıram. Qaçaraq dərə yatağına yaxınlaşıb onun əvəzinə qarşı sahilə atlanıram. Bədənim bir quş kimi yüngüldü, uçuram, ayaqlarım boşluqdadı. Yüksəklikdə başım fırlanır, yerə enmək istəyir, enə bilmirəm. Böyür-başımda çayır quşları, qaranquşlar, kəpənəklər...”
 
Bədii əsərin dili yazarın həyatı duymaq qabiliyyətidir, onun istedadıdır. İmdat Avşarın əsərləri məna tutumu, məzmun dərinliyi ilə bərabər, həm də dilinin
 
ahəngdarlığı, gözəlliyi, canlılığı, şirinliyi ilə seçilir. İmdatın bədii dilinin mükəmməlliyi Tanrının yaratdığı təbiətin mükəmməlliyi kimidir, qüsursuzdur, bənzərsizdir. Dilin və duyğuların bu cür harmoniyası sənətkarın həyatı düzgün dərk etməsindən qaynaqlanır. Dilin gözəlliyi duyğuların gözəlliyi, həyatın poeziyası deməkdir.
 
Professor Nurulla Çətin “Soyuq röya” kitabına yazdığı ön sözdə də məhz bu qənaətə gəlmişdir ki: “...Ədəbiyyat piyasasını... müsəlman türk millətinin ruh kökünə yabançı söz yığınları istila etmiş vəziyyətdədir. Yabançı ruhların Türk bədəninində dolaşdığı bu ortamda İmdat Avşar hekayəsi, bir iç aydınlığıdır... Çağdaş Türk hekayəsində gerçək Anadolu yaşantısınını İmdat qədər canlı bir şəkildə çizən başqa bir hekayəçi yoxdur...”
 
İmdatın qələminin ustalığı ondadır ki, o, həm də Anadolu yaşantısını Anadolu və Azərbaycan şivələrinin qovuşuğunda qələmə alır. Kilometrlərlə uzağında olan bir hadisə öz həmkəndlin Mirseyidin taleyi kimi doğma gəlir adama. Bu mənada sanki müəllifin obraza verdiyi ad da təsadüfi deyil. Mirseyidin adının və yaşantılarının doğmalığı bədii əsərdəki zaman məhdudiyyətini və məkan sərhədini aradan qaldırır. Bu məqamda təkcə əsərdəki zaman və məkan qavramı yox, həm də oxucu ilə yazıçı arasındakı sərhəd də itir, oxucu mətnin içində, hadisələrin axarında tapır özünü, yazıçıyla vahid bir düşüncədə qovuşaraq olayların tərkib hissəsinə çevrilir.
 
“Alışacaqsan, Mir Seyid! Əvvəl soyuq yataqlara girəcək, anasız yuxulara dalacaq və qorxulu yuxular görəcəksən. Bəzən altını isladacaqsan, paltarını bədəninin istiliyi ilə qurudacaqsan. Dərsdə turşumuş iy verəcəksən. Nazan müəllim səni sinifdən çıxaracaq, kameraya göndərəcək. Paltarlarını özün yuyacaqsan, yəni soyuq suya salıb çıxaracaq, sıxıb çarpayının dəmirlərinə, ya da qızdırıcının üstünə sərəcəksən. Bəzən sevdiyin bir yeməyin dadı qalacaq damağında, doymayacaqsan. Bir az da yemək istəyəcəksən, yemək qurtarmış olacaq, verməyəcəklər. Bəzən loxmalar boğazında qalacaq, uda bilməyəcəksən. Bir parça quru çörəyi gəvələyərək yeməkxanadan çıxacaqsan. Xəstələnəcəksən. Qapısında tibb
 
məntəqəsi yazılan həkimsiz, tibb bacısız otaqda yatacaqsan. Hansı dərmanı nə vaxt içməyi bilmədən udacaqsan həbləri. Öskürəcəksən, ciyərlərin söküləcək. Zəng səsləri ilə yuxuların qaçacaq, alaqaranlıqda səksənərək oyanacaqsan. Təlaşlı, narahat halda qaçacaqsan. Yolları qar örtəcək, həftə sonu anan görüşünə gələ bilməyəcək, divarların dibində boynu bükük qalacaqsan. Atan sağ olsa, gələrdi. Atan daha heç vaxt gəlməyəcək, Mir Seyid. Yetimliyə alışacaqsan. Mir Seyid, unudacaqsan!”
 
Bədii əsərin ümumi ruhuna uyğun təhkiyə tonunun tapılması yazıçının ən uğurlu işidir. Bu baxımdan İmdat Avşarın dili güclü psixoloji səciyyə daşıyır. İmdatın dilində emosional və idraki effektlər vəhdət təşkil edir. Ritm, ton, ahəng təkcə şeir dili üçün yox, nəsr dili üçün də əsasdır. Bunu tapmaq uğurun başlanğıcıdır. Bəlkə ona görə də ritmik nəsr istilahını qəbul edənlər və ədəbi-tənqidi yaradıcılıqda işlədənlər var. Bu mənada, İmdat Avşar nəsri məhz ritmik nəsrdir, şeirlə hekayənin, poeziya ilə prozanın bir-biri ilə qaynayıb-qarışdığı, bir-birinin içində əriyib qovuşduğu nəsrdir. Bu, “Süleymanın quş dili”nə bənzəyir, oxucu bu sirli dilin sehrinə düşməyə bilmir.
 
“Zəng səsi… Qırx dəqiqəlik bir hücrə həbsi: üçbucaq, kvadrat, düzbucaqlı, sahə, perimetr, hündürlük... Kədəri böl, hüznü vur, həsrəti topla, qürbəti çıx... Zəng səsi... Beş dəqiqəlik azadlıq...”
 
İmdadın təsvir etdiyi hadisələr sanki düz xətt boyunca deyil, çevrə - dairə qavramındadır. Yazarın dairəni çizərkən pərgarı döndürdüyü zaman sənətkar arayışları gerçəklə illuziyanın, həqiqi olanla mücərrədin, xəyalla yuxunun, qeyri-adi olaylarla həyat reallıqlarının iç-içə girməsində tamamlanır...
 
“Gözlərim Mir Seyidi axtarır. Ordadı, ziyarətçisinin gəlməyəcəyini bilir. Divarın dibinə çökmüş, əlini yanağına söykəmiş, gözünü qırpmadan velosipedi izləyir. Pansionatdakı uşaqlardan bir hissəsinə icazə verirəm, azadlığa buraxılan məhkum sevinci ilə anaları, atalarıyla bərabər uzaqlaşırlar. Qalan uşaqlar bağçada gəzişirlər. Tunç velosipedini atıb uşaqlarla oynamağa başlayır. Mir Seyid oturduğu
 
yerdən qalxıb velosipedə doğru gəlir, yanında çömbəlib oturur. Velosipedə toxunur, sükanından yapışır, əliylə pərini çevirir, pedalını hərlədir, əzizləyir, oxşayır velosipedi...”
 
İmdat Avşarın nasir qələminin bir uğurlu cəhəti də, detallarla görümlülük yarada bilməsidir. Hərdən adamda belə bir təəssürat yaranır ki, film izləyirsən, çünki hadisələr kino lenti kimi gözlərin önündə canlanır.
 
İmdatın bədii dili diqqətlə düşünülmüş dildir, amma bu diqqətlə düşünülmüşlük o qədər ölçüsündə, qədərində təqdim olunur ki, hadisələrin tam təbiiliyinə qətiyyən əks təsir etmir. Bu dil özünəməxsus loqarifması, ahəngi və koloriti ilə oxucu yaddaşında dərin iz açmış olur.
 
Akademik Ziya Avşar yazır ki: İmdat Avşarın ən önəmli özəlliyi, İlahidən fitri istedadı, Allah vergisi bir nüfuz qabiliyyətidir. O, hekayələrində yer alan canlı-cansız hər şeyin daxilinə nüfuz edərək, həmin obrazın diliylə danışır. Bu, çox təəccübləndirici qabiliyyətdir və bir də ən önəmli məqam odur ki, bütün hekayələrdə ən əsas obraz, əsl qəhrəman İmdatın özüdür.
 
“Mir Seyid bir qarşısındakı dağa, bir də dönüb arxasına baxır. Nə şəhər, nə məktəb, nə kameralar var… Əllərini ağzına aparıb nəfəsiylə isitməyə çalışır, amma Mir Seyidin nəfəsi də donur. Qar dənələri dayanmadan üzünə çırpılır, yanaqları ağrıyır. Qız Qayası qarşıda, bir neçə yüz metrlikdədi. Qara batıb çıxa-çıxa gedir, amma bu zaman dizlərinin taqəti kəsilir. Sanki ayaqlarından tonlarla yük asılır...”
 
Həmin səhnəni təsvir edə-edə İmdat Avşar, əslində, dünyanın əzablarının Mirseyidin körpə çiyinlərinə, balaca ayaqlarına necə ağır yük olduğunu böyük ürək ağrısı ilə, nəhayətsiz bir yanğı ilə qələmə alır. Əsərdəki anlatıcı obraz (hadisələri nəql edən) Ziya bəyin də vurğuladığı kimi, müəllif özüdür. Bütün hekayə boyu qanadlarını açıb Mirseyidi (Mirseyidləri) qoruyur İmdat Avşar. Gahdan onun əlindən yapışıb xəyal aləminə varır, gahdan özü atı mahmızlayır, Mirseyidi isə velosipedə mindirərək yarışa çıxır, gahdan dərdləşir, göz yaşına təsəlli olur, gahdan da susqunluğundan anlayır Mirseyidi... Yaratdığı obrazı beləcə
 
sevir və himayə edir İmdat Avşar... Terrorun qurbanı olan müəlliminin acısını anlatır Ona Mirseyid... və həyatın ironiyasına baxın ki, özü də elə “Nazan müəllimlərin” mənəvi terrorunun qurbanına çevrilir. “Soyuq röya” əslində, insan dənizinin içində tənhalaşan insan ruhunun faciəsidir. Və bu “İnsan dənizi”ndə Nazan müəllim kimi yaşayan “ölü canlar”la Mirseyidin bir namərd gülləyə qurban gedən müəllimi kimi “haqqa qovuşmuş əbədiyaşar insanlar” daimi mübarizədədir. Bu haqq mübarizəsidir və bu mübarizədə Mirseyidlərə göğüs gərən, imdadına yetişən (bütün xarakteriylə adının haqqını verən) İmdatlar da vardır ki, onların varlığı dünyanın ədalət tərəzisini əyilməyə qoymur... Elə dünyanın oksigen balansı da məhz İmdatların nizamlayıcı ruhu sayəsində tənzimlənir...
 
İmdat Avşar təkcə Tanrıya və insanlığa ilahi sevgiylə bağlanan yazıçı deyil, həm də içi-dışı sevgiylə süslənmiş bir “hal əhli”dir. O, “Soyuq röya”da hadisələrin axarınca izlədiyimiz, öyrəncilərinə mənəvi valideyn şəfqətiylə qucaq açan mərhəmətli müəllim, eyni zamanda yaratdığı obrazların hər birini bir ayrı məhəbbətlə ərsəyə gətirən, mayəsi sevgidən yoğrulmuş hekayəçi, nasirdir..
 
Filosof-şair Hüseyn Cavid də böyük müəllim idi, uzun zaman pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə millətin əhvali-ruhiyyəsinin inikası kimi baxırdı... “Həsb – hal” məqaləsində yazırdı ki, “bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır”. Bu günün məktəbi mütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə öz təsirini göstərəcəkdir.
 
Bəli, insanlığın yetişdiyi cığır sözün bütün mənalarında məktəbdən keçir. Məktəb müəllimindən tutmuş kitabınacan ona aid olan bütün nəsnələriylə müqəddəs bir ocaqdır. Əslində, bütün milli düşüncəli aydınlarımız - Mehmet Akif Ersoy, Namiq Kamal , Əbdülhaq Hamid, Kamal Tahir, Ömər Seyfəddin, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə və adını çəkə bilmədiyim maarifçi ziyalılarımızın hamısı məhz bu amal üçün çarpışırdılar ki, bu gün məktəblərimizi Mirseyidlərin gülüş səsləri bəzəsin, körpə fidanlar boy verib çiçəkləsin, məktəbin divarlarından bahar ətri gəlsin.
 
Bizim böyük ziyalılarımız həm də işıqlı müəllimlər olublar və Müəllim adı, peşə vicdanı onlardan ötrü həmişə bütün adlardan, mərtəbələrdən uca olub. O
 
müəllimlərin Mirseyidlərindən ötrü etdikləri isə həm də millətin sabahı üçün özlərini fəda etməyə bərabər olub...
 
Bəli, bu gün əhatəmizdə körpə fidanların hər hansısa şıltaqığına təhəmmül edə bilməyib üsyan edən “Nazanlar” və o nazanların qaranlığa qərq etdiyi dünyanı nura boyamaq üçün özünü kibrit əvəzi yandıran, ömrünü şam kimi əridən İmdatlarımız var... Və bu məmləkətin dəyərləri kimi, mənəvi sütunu hələ də dağılmayıbsa, bu, əlbət ki, bütün varlığıyla Mirseyidləri qorumaq üçün çabalayan, peşə vicdanını hər şeydən uca qılan, çiyinlərini – ruhunu cəmiyyət üçün sütun edən İmdat kimi müəllimlərin – aydınların, ziyalıların sayəsindədir...
 
Xəyalə ZƏRRABQIZI
Filologiya üzrə fəlsəfə doktoru
Oxşar xəbərlər
21:10, Bu gün
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
21:02, Bu gün
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
20:57, Bu gün
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
20:49, Bu gün
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
20:41, Bu gün
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
20:32, Bu gün
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
20:25, Bu gün
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
20:17, Bu gün
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
20:07, Bu gün
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
19:59, Bu gün
Bu BÜRCLƏR heç vaxt sirrinizi saxlamayacaq: SƏBƏBİ
19:49, Bu gün
Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vəndaşlığına keçirlər
19:41, Bu gün
BDU-nun tələbəsi avtoqəzada həyatını itirib
19:36, Bu gün
Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
19:33, Bu gün
"Fələstin bizim vətənimiz, dədə-baba torpağımızdır və bizim olaraq qalacaqdır" - Mahmud Abbas
19:32, Bu gün
Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
19:24, Bu gün
Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçildi - FOTO
19:14, Bu gün
Gültəkin Əsgərovanın qızı və bacıları 30 ildən sonra onun şəhid olduğu yeri ziyarət ediblər
19:06, Bu gün
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
19:02, Bu gün
ADNSU-nun kollektivi Zəfər parkını ziyarət ediblər - FOTO
18:57, Bu gün
Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır
18:49, Bu gün
Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir
18:40, Bu gün
Netanyahu BMT Baş Assambleyasında çıxış edəndə ərəb nümayəndə heyəti zalı tərk edib
18:35, Bu gün
İlham Əliyev fenomeni: Quduz işğalçı itaətkar qonşuya necə çevrildi?
18:32, Bu gün
Əsrin ən yaxşı aktrisalarından sayılan əfsanəvi Meqqi Smit vəfat etdi
18:25, Bu gün
Dünya çempionatı zamanı yıxılan velosipedçi ölüb
18:16, Bu gün
"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər
18:13, Bu gün
MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirildi - FOTOLAR
18:10, Bu gün
ADNSU-da 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
18:08, Bu gün
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
18:04, Bu gün
BDU kollektivi Zəfər parkında - FOTO
17:59, Bu gün
Husilər ABŞ-yə məxsus gəmilərə 23 ballistik raketlə zərbə endirib
17:58, Bu gün
"Dəmir yumruq": Dövlət, ordu və xalq birliyinin təntənəsi - VİDEO
17:53, Bu gün
Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim" - MÜSAHİBƏ + FOTO
17:48, Bu gün
Sərhəddə gərginlik üçün İNFORMATİV ZƏMİN – Fransa, Kanada və digərləri çalışır ki…
17:44, Bu gün
Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq
17:40, Bu gün
Dövlət Komitəsinin kollektivi Zəfər parkında - FOTOLAR
17:36, Bu gün
Polkovnik Seymur Qurbanov saxlanıldı
17:32, Bu gün
Prokurorluq orqanlarına qəbulla bağlı imtahan bu tarixdə keçiriləcək
17:30, Bu gün
“Cəbrayılda ata ocağımda daxmada da yaşayaram, o gecə sevincimdən yatmadım...” - FOTO
17:28, Bu gün
“Bir gözümüz güldü, bir gözümüz ağladı, hamımızın onlara borcu var”- Afaq Bəşirqızı
17:21, Bu gün
Dövlət Xidmətində Anım Günü tədbirləri keçirilib - FOTOLAR
17:17, Bu gün
Laçın şəhərində də 27 sentyabr Anım Günü qeyd edildi...-FOTOLAR
17:11, Bu gün
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
17:05, Bu gün
Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu CƏDVƏLİ
16:58, Bu gün
İranda əqli viran olanların erməni “eşqi”: hədəfdə Bakıdır
16:52, Bu gün
Xəstə uşaqların qanpulunu "yeyən"lər arasında dava düşdü - MƏHKƏMƏ İŞİ
16:46, Bu gün
Bərdədə Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
16:40, Bu gün
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşdü - FOTO
16:38, Bu gün
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
16:32, Bu gün
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
16:27, Bu gün
2025-ci ildə bu 4 bürc evlənəcək
16:21, Bu gün
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
16:16, Bu gün
Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
16:10, Bu gün
Azad Vətən Partiyasının bir qrup üzvü  Anım abidəsini ziyarət edib - FOTO
16:05, Bu gün
Xətaidə yanğına görə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
16:05, Bu gün
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib
16:00, Bu gün
Elektrik və hibrid avtomobillər - Güzəştlər, üstünlüklər və QİYMƏTLƏR
15:55, Bu gün
"Ukraynanın qələbəsi üçün Qərb öz yolunu təcili dəyişməlidir" - "The Economist"
15:50, Bu gün
İran, Fransa və Hindistandan Ermənistana hərbi yüklərin göndərilməsi gərginliyə səbəb olub - FOTO
15:44, Bu gün
"Neftçi" klubunda yeni təyinat - FOTO
15:38, Bu gün
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
15:32, Bu gün
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
15:27, Bu gün
ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır
15:21, Bu gün
"Xəzər TV"nin işçiləri yanğına görə təxliyə olunub
15:15, Bu gün
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO
15:06, Bu gün
Baş Prokurorluğun rəhbərliyi Zəfər Parkında - FOTOLAR
15:00, Bu gün
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLAR
14:55, Bu gün
"Ukraynada baş verənlər rüsvayçılıqdır" - Tramp Zelenski ilə görüşəcək
14:54, Bu gün
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
14:50, Bu gün
Abşeronda avtomobillərdən 11500 manat oğurlandı - 4 nəfər tutuldu
14:44, Bu gün
"Gəldi, amma dostlarının çiynində"
14:38, Bu gün
Kadırov hücum etdi və məğlub oldu
14:32, Bu gün
Layiqli Əmək üzrə növbəti Ölkə Proqramının layihəsi hazırlanır - FOTO
14:26, Bu gün
Bərdədə Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub - FOTOLAR
14:20, Bu gün
Yaşlı müəllimin tələbəsiylə şok sevgi macərası: "Yataqda olanda..." – TƏFƏRRÜAT
14:14, Bu gün
Millimiz Ermənistanı məğlub etdi
14:08, Bu gün
Penitensiar Xidmətdə şəhidlərimizin xatirəsi yad edildi - FOTOLAR
14:02, Bu gün
DİM gələn ilin buraxılış imtahanlarının proqramını AÇIQLADI
13:57, Bu gün
Britaniya səfirindən Anım Günü ilə bağlı paylaşım - FOTO
13:51, Bu gün
Vilayət Eyvazov Zəfər parkında olub - VİDEO
13:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfiri Anım Günü ilə bağlı paylaşım etdi - FOTO
13:41, Bu gün
Bu giləmeyvənin suyu orqanizmi 17 növ xərçəngdən qoruyur
13:36, Bu gün
Qələbəyə aparan yeganə yol – 27 sentyabr 
13:30, Bu gün
"Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə veriləcək" - Devid Lemmi
13:25, Bu gün
21 yaşlı qız faciəli şəkildə öldü: Toyu olacaqdı
13:20, Bu gün
“Qara pul” olan 254 milyonunu ölkədən qaçıran 6 nəfərlik dəstə hakim qarşısında 
13:14, Bu gün
“Qarabağ” - “Malmö” matçının biletləri satışa çıxarıldı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
13:03, Bu gün
Hikmət Hacıyev Anım Günü ilə bağlı paylaşım etdi - VİDEO
12:58, Bu gün
"ABŞ özünün çoxdankı qlobal lider rolunu davam etməlidir..."
12:52, Bu gün
"Xarıbülbül şəhid əsgərlərin xatirə rəmzidir"
12:47, Bu gün
Təkbaşına 22 düşmən əsgərini məhv edən qəhrəman zabit
12:41, Bu gün
Sabaha olan hava proqnozu AÇIQLANDI
12:36, Bu gün
Aparıcının qızının bağçada ölümü ilə bağlı YENİ DETALLAR - Görüntülərdən məlum oldu ki... - FOTO
12:30, Bu gün
İçərişəhərə maşınlar buraxılmayacaq? - VİDEO
12:25, Bu gün
Sevgi ötəri, izi daimi: Aldatma bu xəstəliklərə səbəb olur
12:20, Bu gün
Həyatda həlledici məqamla üz-üzə olan 4 BÜRC: astroloqlardan XƏBƏRDARLIQ
12:15, Bu gün
Bu da Azərbaycanın ilk lazer silahı - VİDEO
12:10, Bu gün
İlham Əliyev Zəfər parkında oldu - YENİLƏNİB + FOTO
12:05, Bu gün
Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi açıqlandı
GÜNLÜK
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib