"O binanın bircə fasadı bütün ermənilərdən dəyərlidi" - Seyran Səxavət
Cəmiyyət
Oxunub: 1382
17 Apr 2021 | 16:42
YAZIÇI ONUN ÜÇÜN ÇOX ƏZİZ MƏKAN OLAN, ERMƏNİ VANDALİZMİNİN VİRAN QOYDUĞU "ARAZ" QƏZETİNİN REDAKSİYASI BARƏDƏ XATİRƏLƏRİNİ BÖLÜŞÜB
 
Ötən günlərin birində sosial şəbəkədə Füzuli şəhərindəki "Araz" qəzeti redaksiyasının şəkilləri paylaşıldı. Bina erməni vandalizmi nəticəsində dağılıb, tamam yararsız hala düşüb, təkcə fasadın bir hissəsi yerindədir. Mədəniyyət naziri Anar Kərimov özünün sosial şəbəkə hesabında qeyd edib ki, həmin bina yenidən bərpa olunacaq.
 
"Araz" qəzeti 1931-ci ildən fəaliyyətə başlayıb. Bir çox yazıçı və publisistin imzası məhz bu mətbu orqanda tanınıb. Həmin yaradıcı şəxsiyyətlərdən biri də görkəmli nasir, şair və tərcüməçi Seyran Səxavətdir. Seyran müəllimlə "Araz" qəzeti haqqında danışdıq, o illərin xatirələri ilə bağlı həmsöhbət olduq.
 
Yaddaşını vərəqləyən yazıçı, "Araz" redaksiyasına gəlişini xatırladı, həmin illərin şirin xatirələrini dilə gətirdi: "Mən, hardasa 13 yaşımdan, 7-ci sinifdə oxuyandan o redaksiyaya ayaq döymüşəm. Kəndimizdən ora 7 kilometr məsafə vardı. Bəzən elə olurdu ki, uzunqulağa minib gəlirdim. Öz yaşıdım olan qızlar məni uzunqulağın üstündə görəndə utanırdım. "Araz" qəzetinin redaksiyasına gəlib-gedəndən bir neçə il sonra  ilk şeirim o qəzetdə çap olundu. Balaca bir şeir idi. "Seyran Xanlarov, Yağlıvənd kənd orta məktəbinin 8-ci sinif şagirdi" -  şeirin altına belə bir imza da qoymuşdular. Uşaqlıqda ən çox getdiyim yer "Araz" qəzetinin redaksiyası olub. Sonra böyüdüm, yekə kişi oldum, xaricdə işlədim, şahın vaxtında İranda, SSRİ Müdafiə Nazirliyi üçün tərcüməçi işlədim, yazıçı oldum, kitablarım nəşr olundu, tanındım, amma ta son günlərə qədər həmişə birinci ora gedərdim, sonra da qəbiristanlığa. İkisi də təxminən bir yolun üstündəydi. Mən ora təzə ayaq açanda oranın redaktoru Fehruz Atakişiyev idi. Çox məzəli, yumorla, istehza ilə danışan bir adam idi. Bizim məktəbdə bir rus qızı vardı, azərbaycanca oxuyurdu, anası da bizdə rus dili müəllimi işləyirdi. Qəşəng qız idi, saçını sığallayırdı, lent vururdu, qəşəng görünürdü, fərqlənirdi. O yaşda olanda bizim qızların ağlına gəlmirdi ki, sən də bir saçını sığalla, bir lent vur. Bizim yaşda olan oğlanların əksəriyyətinin ondan xoşu gəlirdi, o cümlədən, mənim. Bir dəfə o qızın qarşısını kəsdim. Məhəbbətin əsl təmiz çağı, ifadəsinin şablon vaxtı idi. Dedim ki, bəs mən səni sevirəm, mənə bir cavab ver. Dedi ki, "Net!" Ondan sonra mən bir şeir yazdım:
 
Sizdən bir cavab istədim,
Rusca mənə "net" dediniz.
Saf eşqimi lağa qoyub
Hərdən "privet" dediniz.
Amma düşünmədin, gözəl,
Gördüyün iş necə işdi.
Mən biləni anan sənə
Rusca lay-lay deməmişdi.
 
Bu şeiri redaksiyaya apardım. Fehruz Atakişiyev daha mənə demədi ki, bu, rus xalqına qarşıdır. Dedi ki, sən hələlik belə şeylər yazma. Mən də kənd uşağının səmimiyyəti və codluğu ilə sual verdim ki, bəs nədən yazım? Dedi ki, Şamama Həsənovadan yaz, iki dəfə Sosialist Əməyi Qəhrəmanı olub. Vətəndən, Moskvadan, Qızıl meydandan yaz. Dedim ki, axı mən onu görməmişəm. Dedi, nə olsun görməmisən, elə oğul odu ki, görməyə-görməyə yaza da. Amma bir neçə ildən sonra dediyim kimi, ilk şeirim orada çap olundu. Sonra redaksiyada baş redaktor Məcnun Namazəliyev var idi. Çox gözəl jurnalist idi. "Araz"da yaxşı, işıqlı oğlanlar işləyirdi. Orada dərnək də var idi, məsələn, şair Mətləb Misir o dərnəkdə yetişmişdi. "Araz" qəzetində bir Nemət Hüseynov da vardı, əslən naxçıvanlı idi, Füzulidən evlənmişdi. Şeirlərə o baxırdı, özü də qəzəl yazırdı. Ciddi adam idi. Məsələn, bir şeirdə "şair" sözü işlətmişdim, özü də çox vacib idi ki, o söz orada işlənsin, sevdiyim qız görsün, mən şairəm. Nemət Hüseynov "şair" sözünü pozub "oğlan" elədi. Mənə qəddar insan təəssüratı bağışladı. Yaxşı kişi idi, savadlıydı. Sonra mən onu daha yaxşı tanıdım".
 
Seyran Səxavət həmin illərdə böyük sənətkar, görkəmli aktyor Rza Əfqanlı ilə tanış olmağını belə xatırladı: "Araz"ın binasının arxasında raykomun qonaq evi var idi. Mən orada Xalq artisti Rza Əfqanlı ilə tanış olmuşam. Uşaq idim, 12-13 yaşım olardı, eşitdim ki, belə bir aktyor gəlib. Kənddən gəldim, qapısını döydüm, açdı. Dedim ki, bəs mən gəlmişəm sizlə tanış olmağa. Onun da çox xoşuna gəldi ki, bir uşaq kənddən gəlib mənlə tanış olmağa. Xeyli söhbətləşdik. Mənə dedi ki, neçə gündü burdayam, gilənar ağacı mən gələndə tumurcuqlayırdı. Sonra gözümün qabağında çiçək açdı. Amma o çiçəyin meyvəyə çeviriləcəyini yəqin ki, görə bilməyəcəyəm, Bakıya qayıdıram... Allah ona rəhmət eləsin".
 
Yazıçı deyir ki, yaddaşında "Araz" qəzetinin binası ilə bağlı bir-birindən gözəl çoxlu xatirələri var: "O redaksiyaya kənddən-kəsəkdən çoxlu şeirlər gəlirdi. O şeirləri mənə verirdilər ki, xülasə yazım, halbuki o binaya vaxtilə əsə-əsə daxil olurdum. Elə bil ki, Füzuli mənim böyük Vətənimdi, Azərbaycan daha böyük Vətənimdi, o redaksiya da mənim üçün mini vətən idi. Bəlkə də, o iki Vətənin nüvəsi "Araz" qəzeti idi. Özü də o zaman adı "Qızıl Araz" idi. Mən ora ayaq açanda iki səhifə çap olunurdu. Rayon partiya komitəsinin orqanı idi".
 
Seyran Səxavət erməni faşizmi, işğalçı düşmənin vəhşiliyi barədə fikirlərini bildirərək qeyd etdi ki, onların bu əməllərinə qarşı heç bir humanist addımdan söhbət gedə bilməz: "Araz"ın binası o qədər gözəl idi ki... İndi oraları dağıdıblar. Bir az fasadı qalıb, yəqin ki, görmüsünüz. Məsələn, mənim aləmimdə "Araz" qəzetinin binasının fasadı bütün ermənilərdən dəyərlidi. Mən müsahibələrin birində dedim ki, zoologiya dərsində "ziyanvericilər" fəsli var idi. Bax ermənilər də onlardandı. Sübuta heç bir ehtiyac yoxdu. Bax indi o minaların xəritəsini vermirlər. Yersiz  humanizm, özünü doğrultmayan, bəraəti olmayan hunanizm elə bizə qalıb?! İşğaldan azad olunandan sonra Füzuliyə getdim. Bilirsən, hərdən mənə elə gəlir ki, ora getməmişəm. Amma getmişəm axı, yanımda şahidim də var idi. Mənə sərf eləyir ki, Füzuliyə getməmiş olum. Hələ istəmirəm inanım ki, kəndimiz o vəziyyətdədi. Kəndimizdə böyük Köndələn gölü var. Mən oraları həmin göldən tanıdım. Sonra dostuma yalvardım ki, məni tez buradan çıxart. O hissi Allah heç kimə yaşatmasın!"(525.az)
Oxşar xəbərlər
11:24, Bu gün
Putinin nüvə təhdidlərinə AB-dən cavab
11:19, Bu gün
AzTV-nin əməkdaşının azyaşlı qızının bağçada ölməsi ilə bağlı araşdırma aparılır
11:11, Bu gün
Dünyadakı bütün qurular okeanlar və bütün okeanlar quru olsaydı NƏ BAŞ VERƏRDİ?
11:00, Bu gün
İnfarktın 10 gizli əlaməti- EKSPERT AÇIQLADI
10:52, Bu gün
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
10:39, Bu gün
Oqtay Əsədovun xanımının yerinə TƏYİNAT
10:31, Bu gün
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
10:21, Bu gün
Ermənistanda dəhşət: morqlarda qalan 88 hərbçi kimdir? - 4 il sonra sirlər açılır
10:13, Bu gün
İlham Əliyev Zəfər parkında oldu
10:11, Bu gün
Vətən uğrunda canlarını qurban verənlərlə qürur duyuruq - ŞƏRH
10:00, Bu gün
Azərbaycanda bir günü 1000 manata evlər təklif edilir - VİDEO
09:52, Bu gün
Göyçayda qadın toy mərasimində ölüb
09:33, Bu gün
İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur
09:30, Bu gün
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
09:26, Bu gün
"Aqrora"nı cərimə gözləyir
09:23, Bu gün
Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? - VİDEO
09:16, Bu gün
Pik saatlarda metroda eskalatorlar niyə işə salınmır? - VİDEO
08:59, Bu gün
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
08:41, Bu gün
Zülfiyyə İbrahimova vəfat etdi - FOTO
08:31, Bu gün
"FSB" Ukrayna ordusunun Kursk vilayətində irəliləməsini dayandıra bilmir..."- ISW
08:23, Bu gün
Gözəllik ondur, biri də... plastik əməliyyat - “başqa adama” çevrilənlərə DİN nə deyir?
08:00, Bu gün
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
07:34, Bu gün
"Putinin hay-küylü hədələrinin arxasında onun qorxusu gizlənir..." -  Müdafiə nazirləri...
06:26, Bu gün
27 sentyabr böyük zəfərin təməlinin qoyulduğu şərəfli tarixdir
01:59, Bu gün
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
26 Sep 2024 | 23:06
Avropa Liqası: "Fənərbağça" turnirə qələbə ilə başladı
26 Sep 2024 | 23:01
"HƏMAS lideri sağdırmı?": İsrail müdafiə naziri aydınlıq gətirib
26 Sep 2024 | 22:37
"Putin Ukraynaya nüvə zərbəsi endirəcəkmi?" - ISW
26 Sep 2024 | 22:33
Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşır
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:28
"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlanıb
26 Sep 2024 | 22:27
Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşüb
26 Sep 2024 | 22:26
Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil
26 Sep 2024 | 22:21
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
26 Sep 2024 | 21:59
ABŞ İsrailə 8,7 milyard dollarlıq yardım paketi ayırıb
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
26 Sep 2024 | 21:10
"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb
26 Sep 2024 | 21:07
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
26 Sep 2024 | 21:02
ABŞ və Avropa İttifaqı Putinin nüvə təhdidlərinə cavab verib
26 Sep 2024 | 20:52
Qarabağ Universitetində daha bir İLK- Xanəndələr QAYITDI- VİDEO
26 Sep 2024 | 20:43
Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
26 Sep 2024 | 20:35
"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib
26 Sep 2024 | 20:25
Nyu-York meri korrupsiyada ittiham olunur
26 Sep 2024 | 20:22
Ən faydalı bitkilərin ADLARI AÇIQLANDI
26 Sep 2024 | 20:17
İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib
26 Sep 2024 | 20:08
SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
26 Sep 2024 | 19:50
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 19:42
Azərbaycanda vəzifəli şəxslər cəzalandırıldılar
26 Sep 2024 | 19:31
"Lənkəran" ABŞ-li basketbolçunun keçidini rəsmiləşdirib
26 Sep 2024 | 19:27
“Mədəniyyətimizin incisi – Şuşa” layihəsi uğurla davam edir
26 Sep 2024 | 19:23
"Hamster Kombat" tokeni birjaya çıxdı
26 Sep 2024 | 19:22
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 19:14
Zelenskidən sensasion anons - müharibə bitir, yoxsa...
26 Sep 2024 | 19:13
Diyetoloqlar su içməyin yeganə düzgün yolu haqqında mifi dağıtdı
26 Sep 2024 | 19:10
Nənə nəvəsini orqanlarına görə SATDI -ŞOK TƏFƏRRÜATLAR
26 Sep 2024 | 19:05
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26 Sep 2024 | 18:55
Elza Seyidcahan səhnədə YIXILDI: qabırğası qırılıb
26 Sep 2024 | 18:47
Uğur 6 BÜRCDƏN üz döndərəcək: Çətinliklərlə üzləşəcəklər
26 Sep 2024 | 18:43
“Emin Əmrullayev dostumdur, qardaşımdır, amma təhsilimzidə çat var” - Prezident təqaüdçüsü
26 Sep 2024 | 18:37
Niyə innovasiya mərkəzləri iqtisadi inkişaf baxımından vacibdir?
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 18:29
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
26 Sep 2024 | 18:20
Azərbaycan bədii gimnastları Monteneqrodakı turnirdə 2 medal qazanıblar
26 Sep 2024 | 18:12
Aytən Muradova: Azərbaycanda Aliment Fondunun yaradılması təklifi aktualdır
26 Sep 2024 | 18:10
“Bu gün özünü cəmiyyətə ədəbiyyat kimi sırımağa çalışan anti-ədəbiyyat mövcuddur”
26 Sep 2024 | 18:04
Luka Skieppati: “Bu gün 43 şirkət TAP-ın tutumunu bron etmək hüququna malikdir”
26 Sep 2024 | 17:59
Kamran Əliyev şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirdi - FOTOLAR
26 Sep 2024 | 17:55
Paşinyan Ərdoğanın kitabını niyə sinəsinə sıxdı?..
26 Sep 2024 | 17:54
Türkiyə Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı BƏYANAT
26 Sep 2024 | 17:49
Taksi sürücüləri üçün imtahanın vaxtı AÇIQLANDI
26 Sep 2024 | 17:44
Paytaxtı hara KÖÇÜRƏK? – Bakıdakı xaosa ÇARƏ + FOTO
26 Sep 2024 | 17:38
"Livanla İsrail arasında vəziyyət dözülməz həddə çatıb" - Baydenlə Makrondan birgə bəyanat
26 Sep 2024 | 17:32
Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO
26 Sep 2024 | 17:27
DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alındı - FOTO
26 Sep 2024 | 17:21
Bu küçəyə avtomobillə giriş-çıxış tam məhdudlaşdırılacaq
26 Sep 2024 | 17:15
Qalmaqal yenidən BAŞLADI: Afət Fərmanqızı Flora Kərimovaya 100 min təzminat verəcək?
26 Sep 2024 | 17:10
Taksi duracaqları yaradılır - Bakıda nə dəyişəcək? - ŞƏRH
26 Sep 2024 | 17:05
Ərdoğan Paşinyanla nələri MÜZAKİRƏ ETDİ? – Nyu-York görüşünün TƏFƏRRÜATI
26 Sep 2024 | 16:59
8 Noyabr prospektindəki məhdudiyyət tam aradan qaldırıldı - FOTO
26 Sep 2024 | 16:54
Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib - FOTOLAR
26 Sep 2024 | 16:49
Bakıda taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni layihənin icrasına başlanılır
GÜNLÜK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 12:25
Sentyabrın 26-nın ən xoşbəxt BÜRCÜ: Çox əlverişli gün olacaq
26 Sep 2024 | 12:10
Rəqsanənin evindən oğurluq edən tanınmış şəxs imiş
26 Sep 2024 | 15:18
Minimum əməkhaqqı 400, pensiya 330 manat olacaq - Qazilərin müavinəti 2 dəfə artır
26 Sep 2024 | 14:08
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 15:21
“Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?..”
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 12:25
Sentyabrın 26-nın ən xoşbəxt BÜRCÜ: Çox əlverişli gün olacaq
26 Sep 2024 | 12:10
Rəqsanənin evindən oğurluq edən tanınmış şəxs imiş
26 Sep 2024 | 15:18
Minimum əməkhaqqı 400, pensiya 330 manat olacaq - Qazilərin müavinəti 2 dəfə artır
26 Sep 2024 | 14:08
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 15:21
“Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?..”