Cümşüd Nuriyev: “Elə məmurlar var ki, onlar üçün rüşvət almaq az qala şərəf sayılır”
Ölkəmizdə uzun illərdir ki, rüşvət və korrupsiyaya qarşı mütəmadi mübarizə davam edir. Son bir ildə bir neçə icra başçısının həbsi bu mübarizənin gərginliyindən, bu yöndə atılan adımların ciddiliyindən xəbər verir. Bəs ümumilikdə ölkmizdə rüşvət və korupsiyaya qarşı aparılan mübarizənin nəticəsini qənaətbəxş hesab etmək mümkündürmü?
Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev hazırkı vəziyyətin ürəkaçan omadığını qeyd edib:
“Təəssüflər olsun ki, ölkəmizdə rüşvət və korrupsiyaya qarşı aparıln mübarizənin nəticəsini qənaətbəxş hesab etmək olmaz. Bu sahədə ardıcıl olaraq sanki “bomba partlayır”. 6 icra başçısı, nazir, nazir müavini tutuub, nə qədər adam həbs edilib, amma yenə də bunun tempi azalmır, əksinə artır. Hesablama Palatasının sonuncu arayışına baxanda adam dəhşətə gəlir. Bizdə dövlət məmurların bir çoxu rüşvət almayanda “darıxırlar”. Onlar bunu özləri üçün şərəf sayırlar. Özü də alınan pul böyük miqdarda olmalıdır. Aşağı miqdarda olanda özlərini alçalmış hesab edirlər. Mövcud durum belə olduğu təqdirdə rüşvət və korupsiyaya qarşı uğurlu mübarizədən danışmaq çətindir”.