Külündən doğulan torpaq – Cəbrayıl və Qubadlıdan QEYDLƏR + FOTO
Cəmiyyət
Oxunub: 2995
14 Apr 2021 | 21:50
Külündən doğulan torpaq – Cəbrayıl və Qubadlıdan QEYDLƏR + FOTO
Cəbrayıl, bura ki, boş çəmənlikdir, hanı o hündür ağaclar?
 
Üzü Qarabağa gedirik. Məqsədimiz işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə  gözlərimizlə şahidlik etməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə gerçəkləşən səfərdə hər birimizin fərqli arzuları və gözləntiləri vardı. 
Arzuların ardınca...
 
Yola çıxarkən qarşıda səni nələrin gözlədiyini, nələrə şahidlik edəcəyin, nələrin bir parçası olacağından adətən xəbərsiz olursan, elə bizim kimi. Pandemiyanın tüğyan etdiyi, nəfəs almağa imkan vermədiyi, maskalardan təngənəfəs  olduğumuz bir zamanda bu səfər bizim üçün bir nəfəslik oldu.  Qarabağa qarabağlılarla və yuxa kimi insanlarla səfər etməyin özəlliyini və gözəlliyini yaşadım. Yol boyu nazir müavini Firdovsi Əliyev bizə nazirliyin son illər gördüyü layihələrindən, Qarabağda gələcək üçün nəzərdə tutulan işlərdən danışdı. Əkilən ağacları göstərib, onların suvarılma sistemindən bəhs edir, həmin ərazinin landşafından nümunələr gətirirdi. İşğaldan azad olunmuş ərazilərdə milli parkın yaradılma ehtimalını deyən nazir müavininə həmin ərazilərdə hansı ağacların yetişdiriləcəyini sual etdikdə isə hər bölgənin torpağına uyğun şəkildə bitkilər və yaşıllaşdırılma işlərinin görüləcəyini dedi. Bizi də öncədən gedəcəyimiz torpaqlarda necə erməni vandalizminin yaşandığına şahidlik edəcəyimizə hazırlayır. “Bu, sizi ruhdan salmasın, əksinə, bir neçə il ərzində biz o torpaqların gözəlliyini yenidən bərpa etməyə çalışacağıq” deyə, təsginlik də verir.
 
Cəbrayılına qovuşan cəbrayıllılar 
 
Cəbrayıla yaxınlaşdıqca isə həmkarımız Seymur Verdizadənin uşaq kimi necə həyəcanlandığının, gözlərinin yaşardığının şahidi olduruq. O, Cəbrayıldan çıxanda 18 yaşının olduğunu deyir. 30 ildən sonra yenidən torpağına, elinə, məmləkətinə qayıdır. Bunun sevincini yaşayır, Cəbrayıldan elə ağız dolusu danışırdı ki, sanki hər şey dünən yaşanıbmış kimi... Elə bil heç də 30 il gəlib keçməyib və bu qədər əzabı, iztirabı yaşayan insan o deyildi. Bizi evinə dəvət edir, təsəvvür edir ki, avtomobilimiz birbaşa onların evinə dönəcək, heç nə baş verməmiş kimi yenidən qaldığı yerdən davam edəcək: “Həyətimizdə böyük bir qoz ağacı var. Kölgəsi hər şeyə dəyər. Sizə o ağacı göstərəcəm. Gilasımız bol olardı bizim, həyətimizdə hər cür meyvənin ağacları var. Gedərik sizə quzu kəsərəm. Meyvələrdən də yeyərsiniz. Görün Cəbrayıl torpağı nələr yetişdirir”.
Digər həmkarımız Cəbrayılda doğulan, burada boya-başa çatan Əfqan Qafarlı isə bir qədər təmkinli idi. Hislərini daha çox içində yaşayır, özünü ələ vermirdi, bacardıqca möhkəm olmağa çalışırdı və bunu bacarırdı da. Cəbrayılda doğulan, eyni taleyi yaşayan iki həmkar yan-yana  oturub,  illər sonra çıxıb gəldiyi Cəbrayıla birlikdə geri dönürdülər. Cəbrayılda qoyub gəldikləri uşaqlıqlarına doğru gedirdilər. Hansı ki, bu uşaqlıq illərində yaşadıqları o faciə bir ömür boyu onları izləyib, unudulmaz bir hadisə kimi ölən günə qədər  onları təqdib edəcək. Mənzərəni kənardan seyr edib, həmkarlarımızın  sevincinə şərik oluruq. Nə də olsa, xatirələrinə, uşaqlıqlarına, yeniyetməliklərinə toxunacaqdılar. Biz bir tarixə şahidlik edirdik, yaradandan bu günü bizə yaşatdığı üçün dualar edir, işğaldan azad olunan torpaqların hər qarışını telefonumuzun yaddaşına köçürməyə çalışırdıq. Yanımda oturan həmkarım Jalə Mütəllimova yollara boylanır, sanki içindəki başqa bir Jalə ilə danışırdı. Hesab verirdi özünə, fiziki olaraq yanımda otursa da xəyalının, ruhunun yanımda olmadığını hiss edirdim. Pəncərəni açıb, havanı ciyərlərinə çəkib, ah çəkirdi içdən içə. Bəlkə də ixtisasca Teatrşünas olmağım burda insanları daha çox analiz etməyimə imkan yaradırdı. Bizim səfər etdiyimiz avtomobil mənə kiçik bir tamaşa ovqatı yaradırdı. 30 illik həsrət bitmişdi və qovuşma anına saniyələr qalmışdı. 
Bir qədər məsafə qət etdikcə Seymur Verdizadə bizə xəbərdarlıq etməyə başladı: “İşğaldan azad olunmuş ərazilərə daxil oluruq”. Hamımız həyəcanlıyıq...
 
 Ölüm gətirən gözəllik
 
Bizi müqəddəs torpaqlarda ilk olaraq ANAMA-nın əməkdaşları qarşıladı. Qoruyucu lentdən kənara çıxmamağa və artıq təhlükəli ərazilərə keçid etdiyimizi bildirirdi.  Cəbrayıl... Harda idi Cəbrayıl? Buralar ki, boş çəmənlikdir. Bəs, hanı Seymur Verdizadənin yol boyu danışdığı o hündür ağaclar, yaşayış evləri?  Axı, burada ana təbiətin yaratdığı dağ və çəmənliklərdən başqa heç nə yoxdur. Sanki bizi avtomobilə qoyub bir neçə əsr bundan öncəki dövrə aparmışdılar. Heç burada doğulanlar belə öz yurd yuvalarını tanıya bilmirdilər. 
Bizim səfərimiz təbiətin elə bir mövsümünə təsadüf etmişdi ki, hər tərəf sarı çiçəklər və lalələrlə bəzənmişdi. Elə bir gözəllik idi ki, baxmaq olar, ancaq toxunmaq olmazdı. Çünki bu gözəllik özündə ölüm gəzdirirdi. ANAMA-nın əməkdaşı yaşıllıqlara toxunmağın mümkünsüzlüyündən danışır, hər tərəfin minalandığını bildirirdi.
 
Bayaqdan Qarabağdan həvəslə danışan həmkarlarımız Aygün Muradxanlı ilə Jalə Mütəllimovanın uzaqlara dalıb xəyallara qapıldığını sezirəm. Nədənsə avtomobildə dil qəfəsə qoymayan həmkarlarım hamısı susmuşdu. Bir-birilərindən kənar gəzirdilər ki, gözlərinin yaşına kimsə şahidlik etməsin. Xarabalığa çevrilmiş, bu 30 illik həsrətin acısını çəkərkən kimsə onlara şahid olmasın. Susurduq... Gördüyümüz mənzərədən kimsənin danışmağa nə sözü, nə də o həvəsi qalmışdı. Bu görüş yaman sərt oldu... 
 
Armudu stəkanda çay paxlava ilə
 
Hərdən deyirik ki, kişinin düşməni kişi olar. Gördüyümüz mənzərə qarşısında isə kişilikdın əsər-əlamət yox idi. İnsan təbiətdən necə qisas ala bilər axı?  Niyə də? Hələ səfər zamanı şahidi olduğumuz Cəbrayılın Əmirvarlı kəndində 800 yaşı olan Şərq çinarının yandırılması özü boyda bir vəhşilikdir. Bu nə əvvəlidir, nə də sonu, nə birincidir, nə də sonuncu. Düşmən bir şeyi unudur ki, bura Qarabağdır və necə ki, bizlər bir ölüb - min dirilirik, küllərimizdən yenidən doğuluruqsa, bu qarşımda dayanan 800 yaşlı Şərq çinarı da küllərindən yenidən doğulub çiçək açmışdı. Bizi yaralarımıza  məlhəm olmağa və ümidimizi yenidən çiçəkləməyə səsləyirdi. Burada təbiət yenidən canlanacaq... 
Elə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu təşəbbüsü də buna bir işarədir. Siz bizim çaylarımızı zibilləyirsiniz? Təmizləyərik. Ağaclarımızı kəsirsiniz? Yenidən əkərik. Torpaqlarımızı yaşıllığa məhrum qoyursunuz? Biz onları yenidən cücərdərik.  Çaylarımızı  zibilləyərək bizləri balıqsız qoyursunuz? O balıqları yenidən bərpa edərik. Yəni, siz bu gücə, dəmir yumruq altında birləşən türk övladlarının iradəsini qıra və mənəvi terrora məruz qoya bilməzsiniz. Çünki bu  torpaq əzilib, işğal olunub, təcavüzə məruz qalıb, amma ümidini, qürurunu itirməyib. 
 
Məhz elə bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Qubadlıda Həkəri və Bərgüşad çaylarının qovuşduğu  ərazidə  adları “Qırmızı kitaba” düşmüş  körpə Farel balıqları çayların qovuşduğu əraziyə buraxıldı. Onlar yenidən bu çayda həyat tapacaq.  Bu ayaq abadığımız torpaqlarda ilkin həyatın bərpa olunmasının göstəricisi idi.
Qubadlıda vandallar ağacları kəsərək, göz dağı kimi bizə onların köklərini saxlayıb. Biz isə məhz o ərazidə  750 -yə yaxın ağac əkdik. Buradan media vasitəsi ilə bizi gizli-gizli güdən ermənilərə bir mesaj ötürmüş olduq.  Siz oturub bizi güdməyinizdə olun, biz də qırdığınız ağacların yerində yenilərini əkib samovar çayı ilə paxlava içərək sizə və dünyaya türkün əzmini göstərməkdə davam edək... Armudu stəkanda çay paxlava ilə -deyilən sağlığa.
 
 Xəyalə Rəis
Bakı-Cəbrayıl-Qubadlı-Bakı
Oxşar xəbərlər
21:18, Bu gün
Niyə burnunuz qaşınır? - Maraqlı İNANCLAR
21:10, Bu gün
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
21:02, Bu gün
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
20:57, Bu gün
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
20:49, Bu gün
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
20:41, Bu gün
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
20:32, Bu gün
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
20:25, Bu gün
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
20:17, Bu gün
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
20:07, Bu gün
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
19:59, Bu gün
Bu BÜRCLƏR heç vaxt sirrinizi saxlamayacaq: SƏBƏBİ
19:49, Bu gün
Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vəndaşlığına keçirlər
19:41, Bu gün
BDU-nun tələbəsi avtoqəzada həyatını itirib
19:36, Bu gün
Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
19:33, Bu gün
"Fələstin bizim vətənimiz, dədə-baba torpağımızdır və bizim olaraq qalacaqdır" - Mahmud Abbas
19:32, Bu gün
Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
19:24, Bu gün
Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçildi - FOTO
19:14, Bu gün
Gültəkin Əsgərovanın qızı və bacıları 30 ildən sonra onun şəhid olduğu yeri ziyarət ediblər
19:06, Bu gün
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
19:02, Bu gün
ADNSU-nun kollektivi Zəfər parkını ziyarət ediblər - FOTO
18:57, Bu gün
Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır
18:49, Bu gün
Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir
18:40, Bu gün
Netanyahu BMT Baş Assambleyasında çıxış edəndə ərəb nümayəndə heyəti zalı tərk edib
18:35, Bu gün
İlham Əliyev fenomeni: Quduz işğalçı itaətkar qonşuya necə çevrildi?
18:32, Bu gün
Əsrin ən yaxşı aktrisalarından sayılan əfsanəvi Meqqi Smit vəfat etdi
18:25, Bu gün
Dünya çempionatı zamanı yıxılan velosipedçi ölüb
18:16, Bu gün
"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər
18:13, Bu gün
MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirildi - FOTOLAR
18:10, Bu gün
ADNSU-da 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
18:08, Bu gün
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
18:04, Bu gün
BDU kollektivi Zəfər parkında - FOTO
17:59, Bu gün
Husilər ABŞ-yə məxsus gəmilərə 23 ballistik raketlə zərbə endirib
17:58, Bu gün
"Dəmir yumruq": Dövlət, ordu və xalq birliyinin təntənəsi - VİDEO
17:53, Bu gün
Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim" - MÜSAHİBƏ + FOTO
17:48, Bu gün
Sərhəddə gərginlik üçün İNFORMATİV ZƏMİN – Fransa, Kanada və digərləri çalışır ki…
17:44, Bu gün
Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq
17:40, Bu gün
Dövlət Komitəsinin kollektivi Zəfər parkında - FOTOLAR
17:36, Bu gün
Polkovnik Seymur Qurbanov saxlanıldı
17:32, Bu gün
Prokurorluq orqanlarına qəbulla bağlı imtahan bu tarixdə keçiriləcək
17:30, Bu gün
“Cəbrayılda ata ocağımda daxmada da yaşayaram, o gecə sevincimdən yatmadım...” - FOTO
17:28, Bu gün
“Bir gözümüz güldü, bir gözümüz ağladı, hamımızın onlara borcu var”- Afaq Bəşirqızı
17:21, Bu gün
Dövlət Xidmətində Anım Günü tədbirləri keçirilib - FOTOLAR
17:17, Bu gün
Laçın şəhərində də 27 sentyabr Anım Günü qeyd edildi...-FOTOLAR
17:11, Bu gün
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
17:05, Bu gün
Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu CƏDVƏLİ
16:58, Bu gün
İranda əqli viran olanların erməni “eşqi”: hədəfdə Bakıdır
16:52, Bu gün
Xəstə uşaqların qanpulunu "yeyən"lər arasında dava düşdü - MƏHKƏMƏ İŞİ
16:46, Bu gün
Bərdədə Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
16:40, Bu gün
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşdü - FOTO
16:38, Bu gün
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
16:32, Bu gün
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
16:27, Bu gün
2025-ci ildə bu 4 bürc evlənəcək
16:21, Bu gün
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
16:16, Bu gün
Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
16:10, Bu gün
Azad Vətən Partiyasının bir qrup üzvü  Anım abidəsini ziyarət edib - FOTO
16:05, Bu gün
Xətaidə yanğına görə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
16:05, Bu gün
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib
16:00, Bu gün
Elektrik və hibrid avtomobillər - Güzəştlər, üstünlüklər və QİYMƏTLƏR
15:55, Bu gün
"Ukraynanın qələbəsi üçün Qərb öz yolunu təcili dəyişməlidir" - "The Economist"
15:50, Bu gün
İran, Fransa və Hindistandan Ermənistana hərbi yüklərin göndərilməsi gərginliyə səbəb olub - FOTO
15:44, Bu gün
"Neftçi" klubunda yeni təyinat - FOTO
15:38, Bu gün
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
15:32, Bu gün
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
15:27, Bu gün
ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır
15:21, Bu gün
"Xəzər TV"nin işçiləri yanğına görə təxliyə olunub
15:15, Bu gün
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO
15:06, Bu gün
Baş Prokurorluğun rəhbərliyi Zəfər Parkında - FOTOLAR
15:00, Bu gün
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLAR
14:55, Bu gün
"Ukraynada baş verənlər rüsvayçılıqdır" - Tramp Zelenski ilə görüşəcək
14:54, Bu gün
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
14:50, Bu gün
Abşeronda avtomobillərdən 11500 manat oğurlandı - 4 nəfər tutuldu
14:44, Bu gün
"Gəldi, amma dostlarının çiynində"
14:38, Bu gün
Kadırov hücum etdi və məğlub oldu
14:32, Bu gün
Layiqli Əmək üzrə növbəti Ölkə Proqramının layihəsi hazırlanır - FOTO
14:26, Bu gün
Bərdədə Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub - FOTOLAR
14:20, Bu gün
Yaşlı müəllimin tələbəsiylə şok sevgi macərası: "Yataqda olanda..." – TƏFƏRRÜAT
14:14, Bu gün
Millimiz Ermənistanı məğlub etdi
14:08, Bu gün
Penitensiar Xidmətdə şəhidlərimizin xatirəsi yad edildi - FOTOLAR
14:02, Bu gün
DİM gələn ilin buraxılış imtahanlarının proqramını AÇIQLADI
13:57, Bu gün
Britaniya səfirindən Anım Günü ilə bağlı paylaşım - FOTO
13:51, Bu gün
Vilayət Eyvazov Zəfər parkında olub - VİDEO
13:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfiri Anım Günü ilə bağlı paylaşım etdi - FOTO
13:41, Bu gün
Bu giləmeyvənin suyu orqanizmi 17 növ xərçəngdən qoruyur
13:36, Bu gün
Qələbəyə aparan yeganə yol – 27 sentyabr 
13:30, Bu gün
"Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə veriləcək" - Devid Lemmi
13:25, Bu gün
21 yaşlı qız faciəli şəkildə öldü: Toyu olacaqdı
13:20, Bu gün
“Qara pul” olan 254 milyonunu ölkədən qaçıran 6 nəfərlik dəstə hakim qarşısında 
13:14, Bu gün
“Qarabağ” - “Malmö” matçının biletləri satışa çıxarıldı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
13:03, Bu gün
Hikmət Hacıyev Anım Günü ilə bağlı paylaşım etdi - VİDEO
12:58, Bu gün
"ABŞ özünün çoxdankı qlobal lider rolunu davam etməlidir..."
12:52, Bu gün
"Xarıbülbül şəhid əsgərlərin xatirə rəmzidir"
12:47, Bu gün
Təkbaşına 22 düşmən əsgərini məhv edən qəhrəman zabit
12:41, Bu gün
Sabaha olan hava proqnozu AÇIQLANDI
12:36, Bu gün
Aparıcının qızının bağçada ölümü ilə bağlı YENİ DETALLAR - Görüntülərdən məlum oldu ki... - FOTO
12:30, Bu gün
İçərişəhərə maşınlar buraxılmayacaq? - VİDEO
12:25, Bu gün
Sevgi ötəri, izi daimi: Aldatma bu xəstəliklərə səbəb olur
12:20, Bu gün
Həyatda həlledici məqamla üz-üzə olan 4 BÜRC: astroloqlardan XƏBƏRDARLIQ
12:15, Bu gün
Bu da Azərbaycanın ilk lazer silahı - VİDEO
12:10, Bu gün
İlham Əliyev Zəfər parkında oldu - YENİLƏNİB + FOTO
GÜNLÜK
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sep 2024 | 22:21
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sep 2024 | 22:21
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb