Ziyalılar Prezident Administrasiyasına yenidən müraciət edib: Bakı əcnəbi dillər tərəfindən “işğal olunub”
Cəmiyyət
Oxunub: 1168
14 Apr 2021 | 13:14
Ziyalılar Prezident Administrasiyasına yenidən müraciət edib: Bakı əcnəbi dillər tərəfindən “işğal olunub”
Bu ilin fevral ayında 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciət edərək Bakının əcnəbi dillərin “işğalından” azad edilməsinə yardım etməsini xahiş etmişdi. Həmin müraciət Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Amma Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin əməkdaşlarından ibarət komissiya problemin həlli istiqamətində heç bir addım atmadığı üçün müraciəti imzalayan ziyalıların nümayəndələri Prezident Administrasiyasına yenidən müraciət edərək humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva ilə  görüşmək istədiklərini bildiriblər.
 
Müraciətdə deyilir:
 
“Hörmətli Fərəh xanım!
 
İctimaiyyətimizi, ziyalılarımızı narahat edən bir məsələ ilə əlaqədar Sizə təkrar müraciət edirik. Bu il fevral ayının 21-də 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Sizə yazılı müraciət etmişdi. Müraciətdə Bakının əcnəbi dillərin “işğalından” azad edilməsinə yardım etməyiniz xahiş edilirdi.  
 
Ötən il Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri  Qənirə Paşayevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, yüzdən artıq millət vəkilinə eyni məzmunlu müraciətlər edilmişdir.
 
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciətimiz 2020-ci ilin iyununda BŞİH-in kollegiya iclasında müzakirə edildi və iyul ayının 3-də Bakı Şəhər İcra Hakimiyyətində məsələ ilə bağlı tanınmış ziyalılarla görüş keçirildi. Görüşün sonunda qərara alındı ki, növbəti müzakirədə Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyinin əlaqədar şəxsləri də iştirak etsin, praktik fəaliyyət üçün addımlar atılsın. Aradan 10 aya yaxın vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmayıb.
 
Hörmətli Fərəh xanım!
 
Elə buna görə məcbur olub bu il fevral ayının 21-də Sizə müraciət etdik. Sizə ünvanlanan məktub Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Bu il mart ayının 17-də BŞİH və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin  (ADRA) nümayəndələri bizimlə paytaxtın Rəsulzadə küçəsində monitorinq keçirdilər. Qeyd edək ki, Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 40-da (!) Azərbaycan dilindən istifadə edilməyib. ADRA nümayəndələri sahibkarlıq subyektlərindən problemi aradan qaldırmaq, “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əməl edilməsini tələb etmək əvəzinə, bütün bu pozuntuların qanuni olduğunu izah etməyə çalışdılar. Məlum oldu ki, bu strukturun əməkdaşları bəlli qanun pozuntularını aradan qaldırmaq üçün heç bir tədbir görmək niyyətində deyillər.
 
Belə ki:
1. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununa görə (maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi, 7.1.),  Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”. Qanunun bu tələbinə əməl edilmir. Rəsulzadə və Əziz Əliyev küçələrində dövlət dilinə etina edilməyən obyektlər 90-95%, şəxsən monitorinq keçirdiyimiz Nizami, Şərifzadə, Füzuli, Şıxəli Qurbanov, Haqverdiyev. B.Vahabzadə küçələrində, Azərbaycan və Cavid prospektlərində 70-80 faizdir.
 
2. ADRA nümayəndələri ticarət və digər xidmət müəssisələrinin lövhələrindəki yazıların əcnəbi dillərdə olmasını Paris Konvensiyası ilə əsaslandırmağa çalşırlar. Bu isə yanlış yanaşmadır. 2005-ci il oktyabrın 20-də Paris şəhərində qəbul edilmiş “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiya, adından da göründüyü kimi, mədəni müxtəlifliyin qorunması üçün qəbul edilib və sənədin preambulasında “dil müxtəlifliyinin mədəni müxtəlifliyin fundamental elementi olduğu” xüsusi vurğulanır. Həmin sənədin “Məqsədlər və rəhbər prinsiplər” adlı fəslində (maddə 1 (h))  “dövlətlərin öz ərazilərində mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üçün uyğun hesab etdikləri siyasət və tədbirləri dəstəkləmək, qəbul etmək və həyata keçirmək kimi suveren hüquqlara malik olduqları” təsdiq edilir. Aydındır ki, heç bir konvensiya bu və ya digər dövlətə öz rəsmi dövlət dilində reklam və digər lövhələrin yazılmasını qadağan edə bilməz və etməyib.
 
3. Həmin Konvensiyaya qoşulan və bizə yaxın olan postsovet ölkələrində nüfuzli beynəlxalq əmtəə nişanları qorunsa da, əvvəlcə dövlət dilində və ya transliterasiya edilərək yazılır (bu barədə fotomateriallar ADRA-ya iki dəfə təqdim edilib). Amma qarşı tərəf bunu həmin ölkələrdə (Rusiya və Gürcüstan) fərqli əlifbalardan istifadə edilməsi, azərbaycanlıların isə latın qrafikası ilə olan lövhələri oxuya bilməsi ilə (!) izah etməyə çalışdılar.
 
4. Azərbaycanın dövlət dilinə etina edilməyən ticarət və xidmət obyektlərinin çoxunda təkcə brend və firma adları yox, xidmət növü və s. ilə bağlı digər yazıların da əcnəbi dillərdə yazılması geniş hal alıb və bu, “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanunun icra edilməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mənsublarını bu pozuntuları aradan qaldırmaq üçün də tədbirlər görmür.
 
Hörmətli Fərəh xanım!
 
“Dövlət dili haqqında” qanuna etina edilməməsi, Bakının, eləcə də artıq digər şəhərlərimizin millilik elementlərinin get-gedə yoxa çıxması, ayrı-ayrı şirkətlərin öz biznes maraqlarını önə çəkib Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, bəlkə də, birincisi olan dilimizi sıxışdırması heç cür qəbul edilə bilməz. Yuxarıda sadalananlar təkcə ədəbi dilə qarşı hörmətsizlik deyil, həm də dövlətimizin rəsmi azərbaycançılıq ideologiyası ilə daban-dabana ziddir. Sanki bu təhdid nəzərə alınaraq hələ 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edilirdi: “Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”.
 
Dil dövlətçiliyin mühüm atributlarından biri, mədəniyyətin mövcudluğunun şərti, onun yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur. Bakının küçələrində müşahidə edilən dil mənzərəsi qeyd-şərtsiz mədəni-linqvistik ekspansiyadır və əsas məqsəd xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməkdir. Dövlətinə, xalqına, onun dəyərlərinə bağlı bir şəxs kimi səlahiyyətlərinizdən istifadə edərək müvafiq tədbirlər görməyinizi, eləcə də dövlət dili haqqında qanunun tələblərinə əməl edilməməsi barədə əlavə məqamlara aydınlıq gətirmək üçün müraciəti imzalayanlardan bir neçə nəfəri şəxsən qəbul etməyinizi xahiş edirik.
 
Hörmətlə,
1.  Aida Qasımova, Bakı Dövlət Universiteti, “Ərəb filologiyası” kafedrası, professor
2. Könül Bünyadzadə, AMEA-nın müxbir üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti
3. Vasif Sadıqlı, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri
Oxşar xəbərlər
16:58, Bu gün
İranda əqli viran olanların erməni “eşqi”: hədəfdə Bakıdır
16:52, Bu gün
Xəstə uşaqların qanpulunu "yeyən"lər arasında dava düşdü - MƏHKƏMƏ İŞİ
16:46, Bu gün
Bərdədə Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
16:40, Bu gün
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşdü - FOTO
16:38, Bu gün
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
16:32, Bu gün
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
16:27, Bu gün
2025-ci ildə bu 4 bürc evlənəcək
16:21, Bu gün
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
16:16, Bu gün
Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
16:10, Bu gün
Azad Vətən Partiyasının bir qrup üzvü  Anım abidəsini ziyarət edib - FOTO
16:05, Bu gün
Xətaidə yanğına görə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
16:05, Bu gün
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib
16:00, Bu gün
Elektrik və hibrid avtomobillər - Güzəştlər, üstünlüklər və QİYMƏTLƏR
15:55, Bu gün
"Ukraynanın qələbəsi üçün Qərb öz yolunu təcili dəyişməlidir" - "The Economist"
15:50, Bu gün
İran, Fransa və Hindistandan Ermənistana hərbi yüklərin göndərilməsi gərginliyə səbəb olub - FOTO
15:44, Bu gün
"Neftçi" klubunda yeni təyinat - FOTO
15:38, Bu gün
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
15:32, Bu gün
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
15:27, Bu gün
ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır
15:21, Bu gün
"Xəzər TV"nin işçiləri yanğına görə təxliyə olunub
15:15, Bu gün
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO
15:06, Bu gün
Baş Prokurorluğun rəhbərliyi Zəfər Parkında - FOTOLAR
15:00, Bu gün
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLAR
14:55, Bu gün
"Ukraynada baş verənlər rüsvayçılıqdır" - Tramp Zelenski ilə görüşəcək
14:54, Bu gün
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
14:50, Bu gün
Abşeronda avtomobillərdən 11500 manat oğurlandı - 4 nəfər tutuldu
14:44, Bu gün
"Gəldi, amma dostlarının çiynində"
14:38, Bu gün
Kadırov hücum etdi və məğlub oldu
14:32, Bu gün
Layiqli Əmək üzrə növbəti Ölkə Proqramının layihəsi hazırlanır - FOTO
14:26, Bu gün
Bərdədə Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub - FOTOLAR
14:20, Bu gün
Yaşlı müəllimin tələbəsiylə şok sevgi macərası: "Yataqda olanda..." – TƏFƏRRÜAT
14:14, Bu gün
Millimiz Ermənistanı məğlub etdi
14:08, Bu gün
Penitensiar Xidmətdə şəhidlərimizin xatirəsi yad edildi - FOTOLAR
14:02, Bu gün
DİM gələn ilin buraxılış imtahanlarının proqramını AÇIQLADI
13:57, Bu gün
Britaniya səfirindən Anım Günü ilə bağlı paylaşım - FOTO
13:51, Bu gün
Vilayət Eyvazov Zəfər parkında olub - VİDEO
13:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfiri Anım Günü ilə bağlı paylaşım etdi - FOTO
13:41, Bu gün
Bu giləmeyvənin suyu orqanizmi 17 növ xərçəngdən qoruyur
13:36, Bu gün
Qələbəyə aparan yeganə yol – 27 sentyabr 
13:30, Bu gün
"Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə veriləcək" - Devid Lemmi
13:25, Bu gün
21 yaşlı qız faciəli şəkildə öldü: Toyu olacaqdı
13:20, Bu gün
“Qara pul” olan 254 milyonunu ölkədən qaçıran 6 nəfərlik dəstə hakim qarşısında 
13:14, Bu gün
“Qarabağ” - “Malmö” matçının biletləri satışa çıxarıldı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
13:03, Bu gün
Hikmət Hacıyev Anım Günü ilə bağlı paylaşım etdi - VİDEO
12:58, Bu gün
"ABŞ özünün çoxdankı qlobal lider rolunu davam etməlidir..."
12:52, Bu gün
"Xarıbülbül şəhid əsgərlərin xatirə rəmzidir"
12:47, Bu gün
Təkbaşına 22 düşmən əsgərini məhv edən qəhrəman zabit
12:41, Bu gün
Sabaha olan hava proqnozu AÇIQLANDI
12:36, Bu gün
Aparıcının qızının bağçada ölümü ilə bağlı YENİ DETALLAR - Görüntülərdən məlum oldu ki... - FOTO
12:30, Bu gün
İçərişəhərə maşınlar buraxılmayacaq? - VİDEO
12:25, Bu gün
Sevgi ötəri, izi daimi: Aldatma bu xəstəliklərə səbəb olur
12:20, Bu gün
Həyatda həlledici məqamla üz-üzə olan 4 BÜRC: astroloqlardan XƏBƏRDARLIQ
12:15, Bu gün
Bu da Azərbaycanın ilk lazer silahı - VİDEO
12:10, Bu gün
İlham Əliyev Zəfər parkında oldu - YENİLƏNİB + FOTO
12:05, Bu gün
Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi açıqlandı
12:01, Bu gün
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
11:58, Bu gün
Kamal Abdullanın “Seçmələrin seçməsi - qranulalar” kitabının təqdimatı keçirilib - FOTOLAR
11:54, Bu gün
“Balaxanı dairəsi”ndə təmir işləri aparılacaq
11:50, Bu gün
Zabrat yoluna avtobus zolağı çəkildi - FOTO
11:46, Bu gün
Səttar Möhbalıyevin xanımı işdən çıxarıldı
11:44, Bu gün
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
11:40, Bu gün
“Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi” - Kamaləddin Qafarov
11:35, Bu gün
27 Sentyabr - Anım Gününə həsr olunan fləşmob keçirilib - VİDEO
11:32, Bu gün
Tramp sosial mediada saat satmağa başladı: Qiyməti heyrətləndirdi - FOTO
11:24, Bu gün
Putinin nüvə təhdidlərinə AB-dən cavab
11:19, Bu gün
AzTV-nin əməkdaşının azyaşlı qızının bağçada ölməsi ilə bağlı araşdırma aparılır
11:11, Bu gün
Dünyadakı bütün qurular okeanlar və bütün okeanlar quru olsaydı NƏ BAŞ VERƏRDİ?
11:00, Bu gün
İnfarktın 10 gizli əlaməti- EKSPERT AÇIQLADI
10:52, Bu gün
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
10:39, Bu gün
Oqtay Əsədovun xanımının yerinə TƏYİNAT
10:31, Bu gün
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
10:21, Bu gün
Ermənistanda dəhşət: morqlarda qalan 88 hərbçi kimdir? - 4 il sonra sirlər açılır
10:11, Bu gün
Vətən uğrunda canlarını qurban verənlərlə qürur duyuruq - ŞƏRH
10:00, Bu gün
Azərbaycanda bir günü 1000 manata evlər təklif edilir - VİDEO
09:52, Bu gün
Göyçayda qadın toy mərasimində ölüb
09:33, Bu gün
İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur
09:30, Bu gün
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
09:26, Bu gün
"Aqrora"nı cərimə gözləyir
09:23, Bu gün
Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? - VİDEO
09:16, Bu gün
Pik saatlarda metroda eskalatorlar niyə işə salınmır? - VİDEO
08:59, Bu gün
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
08:41, Bu gün
Zülfiyyə İbrahimova vəfat etdi - FOTO
08:31, Bu gün
"FSB" Ukrayna ordusunun Kursk vilayətində irəliləməsini dayandıra bilmir..."- ISW
08:23, Bu gün
Gözəllik ondur, biri də... plastik əməliyyat - “başqa adama” çevrilənlərə DİN nə deyir?
08:00, Bu gün
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
07:34, Bu gün
"Putinin hay-küylü hədələrinin arxasında onun qorxusu gizlənir..." -  Müdafiə nazirləri...
06:26, Bu gün
27 sentyabr böyük zəfərin təməlinin qoyulduğu şərəfli tarixdir
01:59, Bu gün
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
26 Sep 2024 | 23:06
Avropa Liqası: "Fənərbağça" turnirə qələbə ilə başladı
GÜNLÜK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
26 Sep 2024 | 18:55
Elza Seyidcahan səhnədə YIXILDI: qabırğası qırılıb
26 Sep 2024 | 17:38
"Livanla İsrail arasında vəziyyət dözülməz həddə çatıb" - Baydenlə Makrondan birgə bəyanat
26 Sep 2024 | 17:55
Paşinyan Ərdoğanın kitabını niyə sinəsinə sıxdı?..
26 Sep 2024 | 17:44
Paytaxtı hara KÖÇÜRƏK? – Bakıdakı xaosa ÇARƏ + FOTO
26 Sep 2024 | 17:32
Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
26 Sep 2024 | 18:55
Elza Seyidcahan səhnədə YIXILDI: qabırğası qırılıb
26 Sep 2024 | 17:38
"Livanla İsrail arasında vəziyyət dözülməz həddə çatıb" - Baydenlə Makrondan birgə bəyanat
26 Sep 2024 | 17:55
Paşinyan Ərdoğanın kitabını niyə sinəsinə sıxdı?..
26 Sep 2024 | 17:44
Paytaxtı hara KÖÇÜRƏK? – Bakıdakı xaosa ÇARƏ + FOTO
26 Sep 2024 | 17:32
Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO