“Ağdaban faciəsi haqqında çox yazılır, amma təəssüf ki, insanlarımız bundan az məlumatlıdır”
Cəmiyyət
5013
08 Apr 2021 | 11:48

“Ağdaban faciəsi haqqında çox yazılır, amma təəssüf ki, insanlarımız bundan az məlumatlıdır”

“O vaxt Xankəndi və Şuşa ətrafında bir sıra yaşayış məntəqələri yandırıldı,  əhaliyə divan tutuldu. Meşəli, Cəmilli, onun ardınca Xocalı faciəsi və onunla eyni vaxtda baş verən Ağdaban faciəsi, yəni bu da də bizim iyirminci əsr tariximizin faciəli bir səhifəsidir”
 
Bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib. Professor Ağdaban faciəsini təbliği ilə bağlı daha geniş işlərin görülməsinin vacibliyini vurğulayıb:
“1990-ci illərin əvvəllərində xüsusən də 91-92-ci illərdəki erməni qəsbkarlığının çox şiddətli dövrü idi. O vaxt Xankəndi və Şuşa ətrafında bir sıra yaşayış məntəqələri yandırıldı,  əhaliyə divan tutuldu. Meşəli, Cəmilli, onun ardınca Xocalı faciəsi və onunla eyni vaxtda baş verən Ağdaban faciəsi, yəni bu da də bizim iyirminci əsr tariximizin faciəli bir səhifəsidir. Ağdaban faciəsi haqqında çox yazılır, amma çox təəssüf ki, bizdə insanlarımız bundan az məlumatlıdır. Bütöv bir kəndi yerlə-yeksan etmək, dağıtmaq, yandırmaq, insanları qətlə yetirmək böyük bir vəhşilikdi. Hesab edirəm ki, bu barədə hələ çox yazılmalıdır. Bu faciə Xocalı, Meşəli, Cəmilli faciəsi ilə bir sıraya qoyulmalıdır və iyirminci əsrin sonu ümumi Azərbaycan faciəsinin bir səhifəsi kimi daim xatırlanmalıdır. İndi şükür Allaha ki, Kəlbəcər işğaldan azad olunub, orda müəyyən işlər aparılır. Azərbaycan milli ordusu orda yerləşib və tədricən Kəlbəcər özünə qayıdıb, bir az sonra quruculuq işlərinə başlanılacaq. Amma hesab edirəm ki, Ağdaban, Kəlbəcər faciəsi və digər bizim milli tarimizdə əks olunmuş erməni-azərbaycanlı qarşıdurmasında qətlə yetirilmiş yüzlərlə insanın xatirəsi həmişə yaşayacaq. Yəni biz öz tariximizi bundan sonra daha yaxşı öyrənməliyik və öyrənməklə yanaşı, ondan ibrət dəsri çıxarmalıyıq”.
 
Qeyd edək ki, bu gün Ağdaban faciəsindən 29 il ötür. 
 
Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər