Cəmiyyət
4979
23 Nov 2020 | 15:31

"30 ildən sonra Füzulidə musiqi ilə dünyaya sülh mesajı ötürdük..." - FOTOLAR

Dünən ölkəmizdəki diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər. Səfər zamanı Füzuli şəhərinin Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət Mərkəzinin binası qarşısında musiqi səslənib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində  musiqinin köməyi ilə dünyaya sülh və dözümlülük müraciəti edildiyini və  kabus şəhəri Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacağını qeyd edib.
Musiqisi ilə dünyaya sülh mesajı ötürən “sülh carçısı” hesab olunan Seyidova Ceyla Moderator.az - a danışdı. Qeyd edək ki, Prezident təqaüdçüsü və mükafatçısı olan müsahibimiz Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Simli kvartetinin solistidir. 

- İllər sonra Füzulidə hansı musiqilər səsləndi?

- Uzun müddətdən sonra Füzulidə 3 musiqi ifa etdim. Birinci Schindler List, ikinci Fikrət Əmirovun “Bulaq başında”, üçüncü isə Vivaldi konsertinin III hissəsini təqdim etdim. Çox möhtəşəm hisslər keçirdim. 30 ildən sonra  Füzulidə musiqi ilə dünyaya sülh mesaj ötürdük.   

- Təəssürtalarınızı eşitmək istərdik. 
- 30 illik fasilədən sonra Füzulidə ilk musiqi ifaçısı olmağın sevincini yaşayıram. Həm kədər, həm də sevinc içərisindəyəm. Füzuliyə daxil olduqda yol boyu orada heç bir yaşayış evinin qalmadığının şahidi oldum. Bu məni çox kədərləndirdi. Buradakı bütün yaşayış kompleksləri, mədəniyyət abidələri vəhşi düşmən tərəfindən məhv edilib. Gördüklərim məni məyus etdi. Füzuli şəhərinin Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət Mərkəzinin binası qarşısında musiqi ifa etməyim isə heç də təadüfi deyildi. Biz düşmənin mədəniyyətə, tarixə hörməti olmadığını, necə vandal olduqlarını göstərməyə çalışdıq. Elə qarşısına dayandığım binanın özü hər şeyi izah edirdi. Oradan həmin dəhşəti görmək mümkün idi. Dünən məhz o məkandan musiqi səsdasını dünyaya ötürdük. 

- 28 il heç də az deyil. Sizin bu qayıdışa ümidiniz var idimi?

- Bizim yenidən bu torpaqlara qayıdacağımıza inamım vardı. Ümidimi heç zaman üzmürdüm. Xalqımız da bu günü çox gözləyirdi. Biz qələbə xəbərini alanda həyəcanlı idik.  Gec ya da tez qalib gələcəyimizi bilirdim və mən bunu hiss edirdim. Bizim olan  gec və ya tez geri qayıdacaqdı.

- Zəfər günü hansı hissləri keçirdiniz? 
- Qalib olduğumuz gün səhər tezdən  bayrağımızı götürüb şəhərə çıxdım. Şəhərə çıxıb xalqımızın bayram sevincinə şərik oldum. O qədər sevincli hisslər yaşadım ki... Onu başa salamaq və sözlə izah etmək qeyri mümkündür.  Mən çox xoşbəxt idim. 

- Füzulidə belə bir təşəbbüslə çıxış edəcəyinizi gözləyirdinizmi? 

- Düşünməzdim ki,  əlimə belə bir fürsət düşər. Füzulidə musiqi evinin yanından iştirak edərəm. Burada ilk musiqi ifaçısı mən olaram. 
  
- İfanızla dünyaya sülh mesajı ötürərkən bunun necə böyük bir məsuliyyətini olduğunu dərk edirdinizmi? 

- Mən öz ifamda yaşadığım o ağrını, kədəri insanlara göstərmək istəyirdim. Düşmənlər şəhərlərimizi dağıdıblar. Bunu görmək, şahidlik etmək təsirlidir. Biz dözümlü, iradəli xalqıq və inanıram ki, burda abadlıq işləri aparıb, çox gözəl şəhər yaradıcağıq. Bu torpaqlarda yenidən dirçəliş olacaq. Burada həyat yenə qaynayacaq, yeni həyat başlayacaq. Saytınız vasitəsi ilə torpaqlarımızın işağldan azad olunmasında şücaət göstərmiş Azərbaycan əsgərlərinə, ordumuza və ali baş kamandanımıza təşəkkür edirəm. Məhz onların sayəsində torpaqlarımıza böyük qayıdış başlayıb. Ən böyük istəyim isə bu torpaqlarda  böyük bir konsert  proqramı ilə çıxış etməkdir. Mən buna çox inanıram.  
 
Xəyalə Rəis
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər