“Əgər ermənilər bu təzminatı ödəyə bilməsə, Zəngəzuru və digər ərazilərimizi qaytarsın...”
Cəmiyyət
3970
18 Nov 2020 | 12:51

“Əgər ermənilər bu təzminatı ödəyə bilməsə, Zəngəzuru və digər ərazilərimizi qaytarsın...”

“Ermənilərin otuz il ərzində torpaqlarımıza vuran zərər hesablanacaq və bunun cavabını verəcəklər. Rayonlarımız tamamilə dağdılıb və mən təklif edərdim ki, dəymiş zərər indiki qiymətlərlə hesablansın”

Bunu Moderator.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Əli Əlirzayev deyib. O, ermənilərin tamamilə şəhərlərimizi tamamilə taladığını bildirib:

“Ermənilərin otuz il ərzində torpaqlarımıza vuran zərər hesablanacaq və bunun cavabını verəcəklər. Rayonlarımız tamamilə dağdılıb və mən təklif edərdim ki, dəymiş zərər indiki qiymətlərlə hesablansın. Bu külli-miqdarda puldur. Azərbaycanın milli sərvətlərinin 20 faizi həcmində bunu dəyərləndirmək lazımdır. O rayonları yenidən salmaq üçün çox böyük vəsait lazımdır və təbii ki, ölkəmizin buna imkanı var. Ermənilərin bunu hansı şəkildə ödəyə biləcəyini gələcək göstərəcək. Əgər ermənilər bu təzminatı ödəyə bilməsə, təklif edərdim ki, əvəzində Zəngəzuru və digər ərazilərimizi geri qaytarsın. Adətən cavabdeh tərəf təzminatı ödəyə bilməyəndə bu onun əmlakına yönəldilir. Prinsipcə qiymətləndirmə belədir. Ölkə başçısının qeyd etdiyi kimi həmin rayonlarımıza xarici ekspertlər gələcəklər və bütün bunlar hesablanacaq”.

Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər