Cəmiyyət
2232
28 Jul 2020 | 18:13

"Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir"

Ötən illər ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yürüdülən sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların inkişafı sürətləndirilmiş, əhalinin rifah halı xeyli yaxşılaşdırılmışdır.  1991-1992-ci illərdə ölkədə yaranmış idarəolunmaz vəziyyət, Azərbaycanın dərin böhrana düçar olması, ölkəni xaos, anarxiya, özbaşınalığın bürüməsi məhz xalq-iqtidar birliyinin təmin olunmamasının nəticəsi idi. Yalnız görkəmli lider Heydər Əliyev xalq-iqtidar birliyini təmin edə bilmişdir. Bundan sonra isə 2003-cü ildə cənab prezident İlham Əliyevin hakimiyyətinə gəlməsindən sonra xalq-iqtidar birliyi kifayət qədər möhkəmlənmişdir. Cənab prezident İlham Əliyevin məqsədyönlü siyasəti, hər bir vətəndaşa tolerant, səmimi, bərabər davranışı xalqda inam yaratmış və cənab prezidentin azərbaycançılıq ideologiyasına sadiqliyindən xəbər vermişdir. Maddi rifah halı daim yüksələn xətt üzrə inkişaf edən Azərbaycan insanı öz hüquqlarını reallaşıdırmaqda, sərbəst seçimini etməkdə, söz və fikir azadlığından faydalanmaqda hər hansı problem yaşamır. Belə vəziyyət isə təbii olaraq hakimiyyət və xalq arasında yaşanan birliyi daha da möhkəmləndirir, onu hər hansı qüvvənin istənilən formada cəhdində belə sarsılmayacaq özüllər üzərində qurur. Çünki xalq öz iradəsi ilə formalaşdırdığı hakimiyyətin yalnız ona xidmət etdiyini, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu hər keçən gün daha da möhkəmləndirdiyini, dünyanın hətta ən aparcı ölkələrinin hesablaşdığı dövlət olduğunu aydın görür. Ötən illərlə müqayisədə ölkəmizdə baş verən dəyişikliklər gözlə görüləcək dərəcədə müsbətə doğru getməkdədir. Hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər qabaqlayıcı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar. Azərbaycan dövləti əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirləri həyata keçirir. Biz gənclər təxirəsalınmayan genişmiqyaslı tədbirləri, ölkə başçısının uzaqgörən fəaliyyətini, respublikamızın hər bir vətəndaşına göstərilən diqqət və qayğını minnətdarlıqla alqışlayırıq. Möhtərəm Prezidentimizin “Biz birlikdə güclüyük!” çağırışı ilə bu təhlükəli infeksiyaya qarşı mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası, milli həmrəyliyə, hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirdi. İndi həmişə olduğundan daha çox həmrəyliyə, təhlükəli xəstəliklə mübarizədə dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var və hamımız Azərbaycan gənci olaraq hər zaman prezidentimizin yanındayıq. Prezidentin bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın bütün guşələrindən dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları ünvanlanır. Bunlar Azərbaycanın bugünkü reallığını əks etdirir. Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bu sahəyə dövlətin böyük önəm verdiyini göstərir. Ölkəmizin təhsil sahəsindəki göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Ötən il, Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş mərasimdə çıxış edən cənab İlham Əliyev təhsilin ən incə məqamlarını qeyd edərək, universitetin biz gəncləri necə maarifləndirməsi haqda geniş məlumat vermişdir. Təhsilin önəmini qeyd etməklə yanaşı, həm də öz atası- Ulu öndər Heydər Əliyevin də bu ilk ali təhsil ocağında təhsil aldığını qeyd edərək bütün tələbələrə müvəffəqiyyətlər arzu etmişdir. 100 illik yubileydə çıxış edən möhtərəm prezident öz dəyərli sözləri ilə biz gənclərə yol göstərmişdir. Gənclərin daim qayğısına qalan möhtərəm prezidentimiz onların sosial problemlərini daim diqqətdə saxlayaraq, məqsədyönlü tədbirlər həyata keçirir. Cənab prezidentin tələbələrin təqaüdlərinin

artırılması ilə bağlı imzaladığı sərəncam da biz tələbə gənçlərin daim diqqət mərkəzində olduğumuzun əyani sübutudur. Qeyd edim ki, təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. İyulun 13-də Tovuz istiqamətində Ermənistan tərəfin təxribat yaratması hər kəsə məlum idi. Bu cinayətdən sonra Azərbaycan prezidenti tərəfindən Ermənistana qarşı cəza əməliyyatının başlanmasına dair göstəriş verilib. Son günlər Tovuz rayonunda baş verən düşmən təxribatları nəticəsində xalqımızın necə birlik olduğunun, hər zaman prezidentimizə dəstək olduğunun, və onun verdiyi qərarların xalq tərəfindən necə dəstəkləndiyinin canlı şahidi olduq. Biz müasir Azərbaycan gəncləri olaraq informasiya müharibəsində yetəri qədər öz səsimizi dünyada duyurmağa davam edirik. Düşmənin təxribatları sadəcə fikri yayındırmaqdan başqa bir vasitə deyildir. Tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, möhtərəm Prezidentimiz İlham Əliyev də bu gün Azərbaycanı böyük bəlalardan qoruyur. Son vaxtlar yaşanan hadisələr bunu bir daha sübut edir. Qeyd edilənlər bir daha göstərir ki, Azərbaycanda ölkə rəhbərliyinə xalqın etimadı yüksəkdir və bu etimad daim yüksələn xətt üzrə inkişaf edir. Məhz bu amil də Azərbaycanın daha güclü, sürətlə inkişaf etməkdə olan sabit bir dövlətə çevrilməsində mühüm rol oynayan əsas məqamlardan biridir.

Samirə Novruzova Bakı Dövlət Unveristetinin tələbəsi.

Link kopyalandı!
Son xəbərlər