Abbasqulu bəy Şadlinski:  Andranikə və Njdeyə dəfələrlə qan udduran qəhrəman...
Cəmiyyət
5777
27 Jul 2020 | 21:04

Abbasqulu bəy Şadlinski: Andranikə və Njdeyə dəfələrlə qan udduran qəhrəman...

Elə şəxsiyyətlər var ki, adlarıxa0qocaxa0tarixinxa0özünə «çıraq tutur», əsrimizin uzun yollarını işıqlandırır, haçansa unudulmuş, təhrifə məruz qalmış,xa0yaxası polemikanın əlinə verilmiş, çək-çevirə düşmüş məsələlər nəhayət buxa0işıqdaxa0özxa0yerini tapır.xa0Onların adları ilə nəinki bir xalqın, hətta bəzən bütövxa0bəşərin tarixi şərəflənir.xa0Biz onların adlarıxa0qarşısında baş əyir, həqiqi qəhrəmanlığın rəmzi kimi buxa0adları ehtiramla yad edirik.
xa0
Plexanov çox gözəl demişdir:xa0«Tarixi böyük kütlə yaradır».xa0Buxa0«böyük kütlə»xa0— xalq azadlığı uğrunda vuruşanların fəaliyyət vəxa0qəhrəmanlığıxa0haqqında fikirləşmiş, ona əfsanəvi sifətlər vermişdir.xa0Buxa0əfsanəviliyi isəxa0qəhrəmanınxa0özü qazanır.xa0Belə əfsanəvi qəhrəmanlardan birisi dəxa0elxa0bahadırıxa0Abbasqulu bəy Şadlinskidir.xa0Vedi, Şərur-Dərələyəz, Naxçıvanxa0mahallarının sakinlərini kütləvi qırğından xilas etmiş buxa0əfsanəvixa0şəxsiyyətin adı sağlığında onlarlaxa0nəğmə və dastanlardaxa0əbədiləşmişdir.xa0Qaraxaçlı aşıqxa0Cəlilinxa0üzünü dağlara tutub onun barəsində oxuduğu nəğmə, Vedinin dağ-daşlarında indi də əks-səda verir:
xa0
Vedinin dağları batıbdı yasa.
Düşmənlərxa0istəyir oranıxa0basa.
Bir namə yazmışamxa0oxa0xan Abbasa.
Durmayıb, tez gəlsin bizim imdada.
xa0
Neçə-neçə belə nəğmə dillərdə, dodaqlarda üz tutub Azərbaycan obalarına. Şərur-Dərələyəz, Naxçıvan, Vedi mahallarının ən ağır günlərində Abbasqulu bəyin adıxa0Xeyrin, Qardaşlığın, Həmrəyliyinxa0rəmzi kimi səslənmişdir. Ən ağır günlərdə Abbasqulu bəyin arvadı Nazlı xanım, oğlu İsgəndər bəy Vedinin bütün döyüşlərində aslan kimi vuruşmuşlar.


xa0
Abbasqulu bəy Şadlinski tarixin çəkişmələrində bərkimiş, zaman keçdikcə daha geniş əraziyə yayılmışxa0şadlı tayfasındandır. Buxa0tayfaxa0kəngərlilərxa0kimi yadelli işğalçılara qarşı mübarizədə böyük adxa0çıxarmışdırlar. Hər iki tayfa təqribən eyni dövrdəxa0Naxçıvanxa0ərazisində Vedi, Gərinxa0çaylarıxa0boyunca məskən salmış, əkinçilik və maldarlıqla məşğul olmuşlar. Kəngərli və şadlı tayfalarının torpaqları Araz hövzəsindən başlanmış Dərələyəz dağlarınadək uzanmışdı.
xa0xa0xa0xa0xa0xa0xa0
Böyük bir tayfanın başcısı olanxa0Aslan Sultanınxa0Bəşir bəy, Xanbaba bəy və Bala Sultanxa0adlı üç oğlu olub. Şadlı tayfasının şəcərə cədvəlinə nəzər atdıqda görürük ki, buxa0tayfa böyük bir nəsil yetişdirib.xa0234 nəfər şadlı nəvə-nəticələri olub.xa0Hazırda buxa0tayfanın nümayəndələrixa0Qarabağda,xa0Şəmkir rayonu ərazəsində, Gəncədə, Bakıda və başqa yerlərdəxa0yaşayırlar. Buxa0şəcərə cədvəlində bizi maraqlandıran Vedi müdafiəsinin (1918-1921)-ci illər əfsanəvi xalq qəhrəmanı,xa0Aslan Sultanın nəvəsi Abbasqulu bəy Şadlinskidir. Aslan Sultanın Bəşir bəy nəslindən olan Əməkdar müəllimxa0Bilas Heydər oğlu Şadlinski,xa0Abbasqulu bəy haqqında, onun uşaqlığı və gəncliyi haqqında ətraflı məlumat verir.


xa0
Bilas müəllimin dediyindən görünür ki, Xanbaba bəyinxa01886-cı ilxa0fevralın 24-dəxa0dünyaya gələn oğlu Abbasqulu olduqca cəld olub. Yoldaşları arasında fərqlənib. Uşaqlardan dəstə düzəldib «çızığa girmə», «dava-dava» oynamağı çox sevərdi. «Çızığa girmə» elə bir oyundur ki, uşaqlar dəstəbaşının göstərişinə əməl etmədikdə çəza ücün «çızığa» salınarmış. Çızıqdan çıxan uşağı isə dəstəbaşı döydürərmiş. O, çevik uşaqlardan dəstə düzəldib başqa məhəllə uşaqların üstünə getməyi, sapand və oxxa0atmağı daxa0sevərmiş. Kiçik yaşlı olmağına baxmayaraq atxa0sürməyi, taxtadan düzəltməxa0qılınc oynamağıxa0xoşlayarmış.
xa0
Abbasqulu bəy başqaxa0şadlinskilər kimixa0təhsil ala bilməmişdir.xa0Atası Xanbaba vaxtsız vəfat etmişdir. Əmisi Teymur bəyin də elə imkanı olmur ki, qardaşı oğlu Abbasquluya istənələn təhsili verə bilsin. Abbasqulunun anası çox çətinliklə ailəyə başcılıq edir. Zor-bəla ilə ailəni saxlayan ana, oğlunuxa01894-cü ildəxa0Vedidə rus-tatar məktəbinəxa0qəbul etdirir. Ailəxa0qəhri Abbasquluya geniş təhsil almağa imkan vermir.xa015 yaşlı Abbasqulu 1902-ci ildə məktəbi tərk etməyə məcbur olur.xa0Çünki ikisinifli məktəbi qurtaran uşaqlar yaxa0seminariyaya yaxa0daxa0gimnaziyaya daxil olmalı idilər. Həmin məktəblərdə təhsil almağa imkanı çatmayan Abbasqulu, məktəbi tərk edib atadanqalma torpaq sahəsini əkib-becərməklə məşğul olur.
xa0xa0xa0xa0
Abbasqulu bəyin gəncliyixa0inqilablar, müharibələrxa0dövrünə təsadüf edir. 1914-cü ildə Birinci dünya müharibəsi başlanır. İmperialist müharibəsi Qafqaz cəbhəsində (Zaqafqaziya) böyük miqyasda yayılır.xa0Qars, Ərdahan və Ağrı ətrafında gedənxa0döyüşlərxa0İrəvan mahalına, Vedibasar, Zəngibasar əhalisinə oxa0cümlədən bütün Arazbarı boyunda yaşayan camaatxa0üçün ağır işgəncə idi. 1917-ci ilin fevralındaxa0çar mütləqiyyəti devrilir.xa0Üsyan Rusiyanın ucqarlarını daxa0bürüyür.


Kərbəlayi İsmayıl
xa0xa0xa0xa0
Buxa0vaxt İrəvanda siyasi və ictimai hadisələr genişlənirdi. Müvəqqəti hökümət, oxa0cümlədən Zaqafqaziya Komisarlığı işinxa0öhdəsindən gələ bilmir.xa01918-ci ilin may ayının 28-də Azərbaycanxa0Xalq Cümhuriyyəti elan olunur. İngilis-amerikan qoşunları İrəvana gəlir.xa0Elə buxa0vaxtlar İrandan qulağıkəsikxa0Andranikin quldur daşnak ordusuxa0Naxçıvana soxulur. O, Naxçıvan kəndlərini viran qoyur və günahsız əhalini qılıncdan keçirir. Naxçıvanlılarxa0öz torpaqlarının müdafiəsinəxa0qalxırlar.xa0Andranik 1918-ci ilin iyul ayında Sisiyana çəkilir. Buxa0ərəfədə Aydoğmaz kəndi ilə Dəvəli və Şəfəqli kəndləri arasında 17 nəfər mauzerçi daşnakxa0öldürülür. Öldürülənlərin qanı Vedi əhalisindən tələb olunur.xa0Daşnaklar vedililərə ultimatum verir ki, hərxa0öldürülənxa0mauzerçiyəxa017 min manat bacxa0və hər birxa0öldürülənin əvəzinə bir nəfər adam verilməlidir. Vedililər daşnak ultimatumunu rədd edirlər. Bundan hiddətlənən daşnak hakimlərindənxa0Dro,xa0Arampaşa və Dəli Kazonun başcılığı altında Bek Primovun polku Vediyəxa0basqın edir. Qəflətən basqını görən Abbasqulu bəy yerli əhaliyə müraciət edərək belə deyir: «Hərgah biz qabağa çıxmasaq,xa0bütün kənd məhv olacaq». Əhalinin hamısı ayağa qalxır.xa0
xa0
Vedi ətrafında bütün gün döyüş gedir. Dəyanətli komandir kimi Abbasqulu bəyxa0özünün cəsarəti ilə kəndin döyüşcülərini ruhlandırır.xa0Gecə Şadlinski qəti döyüşə girir. Təzyiqə dəvam gətirə bilməyənxa0daşnak mauzerçilərxa0qaçır.xa0Döyüş meydanınds bir neçəxa0top,xa08 pulemyot, xeyli miqdarda silah,xa0patron vəxa0s. hərbi sürsat qalır.
xa0
Buxa0döyüşdə xeylixa0adam qırılır. Dəstə başçılarından bir neçəsixa0öldürülür. Buxa0vuruşlarla əlaqədar Vedi ətrafındakı kəndlərin-Çəmənkənd, Cığındərəsi, Vedibasarın bütün əhalisixa0buraya toplaşır. Abbasqulu bəyxa0özünü rəşadətli sərkərdə kimi göstərir. Onun ətrafındaxa0Fərəməz Mahmudbəyov, Kərbəlayi İsmayıl, Əli Eyvazov, İbrahim Fərzəliyev, Ələsgərxa0Kərimov, Yetim Əlioğlu, Xəlilxa0vəxa0s. vətənpərvərlər toplaşmışdı. Onların hər biri xalq cəbhəsinin əsl cəngavəri idi.
xa0

Bala bəy Vəkilov

Vedi döyüşləri zamanı başqa yerlərdə də daşnaklar kəndlərəxa0basqın edirdi.xa0Buxa0vaxt Dərələyəzdə Çüvəkəndxa0özünümüdafiə işinə Bala bəy Vəkilov başcılıq edirdi. O,xa0özünün döş pulemyotu ilə Yaponun quldur daşnak dəstəsinə qan uddururdu. Yusif Seyidov aslan kimi vuruşurdu. Belə birxa0özünümüdafiə xətti Şərur mahalının Yaycı kəndinədək uzanırdı. Müdafiəninxa0önündə rəşadətli döyüşcülərdənxa0Kərim, Rəhim, Xırda Əli, Kalba Novruzun oğlu Əli, Suleyman, Fərəç Hüseyn oğlu, Məmmədhəsənin uşaqlarıxa0dayanırdı.
xa0
1918-ci ilin payızında daşnak başkəsənləri Yaycı kəndinəxa0basqın edib oranı mühasirəyə alır. Səhərdən axşama kimixa0Cənnətxa0qayasıxa0adlanan səngərəxa018 top mərmisi atılır,xa0qızğın döyüşlər gedir.xa0Şərurdan kəndə, Zeyvəli Məmmədrzanınxa0və Fətula Hüseynovun silahlı dəstəsi gəlir.xa0Daşnaklar tələsik Xacik kəndinə çəkilirlər. Yaycı məğlubiyyətindən qəzəblənən daşnaklarxa0Əmovu kəndinəxa0basqın edir, hiyləgərliklə kəndə girirlər. Əhaliyə vəd edirlər ki, təslim olub silahı yerə qoysunlar, onlara heç bir xəsarət dəyməyəcək. Daşnaklarxa0öz vədlərini pozurlar və əhaliyə;xa0qadınlara,xa0qocalara və uşaqlara qanlıxa0divan qurub qılıncdan keçirirlər.xa0Qadınların namusuna toxunur, anaların gözüxa0qabağında uşaqları tonqala tullayırlar. 200 nəfərdən çox adamxa0öldürülüb quyulara atılır.
xa0
Daşnakların silahlı dəstələlərinin Vedi kəndlərinəxa0aramsız hücumu ara vermirdi. İngilislərin ayrı-ayrı strateji məntəqələrdə;xa0Dəvəlidə,Yaycıda,xa0kəndin aşağısı vəxa0yuxarısında, Baş Noraşen stansiyasında, Şahtaxtıdaxa0hərbi düşərgələri varxa0idi. Daşnaklar ingilis hiyləsinə əl atırlar. Dəvəlidə yerləşən ingilis komandanlığı Abbasqulu bəyi danışığa dəvət edir. Danışıqlar qatarın vaqonunda aparılmalı idi. Abbasqulu bəy vaqona daxil olan kimi qatar İrəvana tərəf yol alır. Abbasqulu bəy məsələni dərhal başa düşür. Lakin artıq gec olur.xa0İngilis komandanlığı İrəvanda Abbasqulu bəyi daşnaklara təslim edir.xa0xa0Daşnak komandanlığı Abbasqulu bəyə belə bir ultimatum verir: yaxa0Vedi əhalisi silahı yerə qoymalıdır, yaxa0daxa0onları ölüm gözləyir!
xa0
Ağır vəziyyətdə qalan Abbasqulu bəy daşnak komandanlığına bildirir ki, əvvəla, silah əhalinindir. Onu toplamaq zor tələb edir. İkinci tərəfdən, daşnak komandanlığlarına lazımi qədər taxıl, mal-qara vəxa0s.vermək olar.


«Qırmızı tabor"unxa0Şərur komandiri
xa0xa0xa0xa0xa0xa0xa0xa0
Abbasqulu bəyi İrəvanda 3 nüfuzlu adamınxa0Əli Abbasovun, Hüseyn bəyin və Cavanşir bəyin zəmanətinə verirlər.xa0Abbasqulu bəy üz-üzə daşnak komandanlığının tələbini «qəbul edir»,xa0o, Vediyə qayıdır və daşnak tələblərini dərhal rədd edir, yenidən müdafiənin başında dayanır. Onu zamına götürən Əli Abbasov və Cavanşir bəy tanış şəxslərin köməyi ilə Bakıya qaçırılırlar.xa0Hüseyn bəy hərbi nazir Dronun əmri ilə həbs edilir. Hüseyn bəyi gözləyənxa0ölüm puça çıxır. O, xaricəxa0qaçır.xa0Bundan sonra daşnakların Vediyəxa0ikinci hücumuxa0başlayır. Vedi hər tərəfdən mühasiriyə alınır. İngilislər Naxçıvandakı Araz-Türk Respublikasını ləğv edir, nümayəndələri Malta adasına sürgün edilir.
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0
1919-cu ilin payızında Vedi döyüşlərinin qızğın vaxtında kəşfiyyat Abbasqulu bəyə xəbər gətirir ki, Andranikin nümayəndələri gəlib. Şadlinski nümayəndələri qəbul edir. Nümayəndələr «paşanın» adından tələb edirlər ki, Vedi təslim olub, silahı yerə qoymalıdırxa0: "xa0«Paşa» sizi əmin edir ki, təhlükəsizliyinizi təmin etsin və dövlət yardımı göstərsinxa0«.xa0Abbasqulu bəy Şadlinski cəsarətli bir sərkərdə kimi cavab verir ki,xa0biz Andranik adında „paşa“ tanımırıq və təslim olub silahı yerə qoymaq fikrimiz də yoxdur.
xa0
Abbasqulu bəyin cavabını Andranikə çatdırdıqlarında o,xa0qəzəblənərəkxa0Vediyə bir neçə rotaxa0göndərir. Vedi müdafiəçiləri andranikçilərə divan tutub onları geri oturdur və çoxlu qənimət əldə edirlər.
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0
Mühasirədə olan Vedi əhalisini ingilis-amerikanların Şərur-Naxçıvanda neytral zona yaratması bərk qəzəbləndirir.


Vedinin xəritəsi
xa0xa0xa0xa0xa0xa0xa0
İngilis-amerikan nümayəndəliyi ilə danışıq aparmaq üçünxa0Naxçıvandan Əlixa0Səbri Qasımov və Ordubaddan M.Ələsgərov general Haskelin yanınaxa0gedərək, ona onxa0maddədən ibarət tələbnamə verir və qeyd edirlər ki, bizim xalqımız nə müttəfiqlərə, nə də daşnak Ermənistanına tabe olmayacaqdır.xa0Naxçıvanlılarxa0özxa0müqəddəratlarını silahla qoruyacaqlardır.
xa0xa0xa0xa0xa0xa0
Məhz belə də olur.xa0İngilis-amerikan-daşnak hərbi hissələrinin yerləşdiyi Baş Noraşendə,xa0Yaycı, Şaxtaxtı, Nehrəm, Naxçıvandaxa0üsyanlar qalxır. Şərurda hərbi hissə əhali tərəfindən dağıdılır və cəbhəxanaxa0ələ keçirilir. Bundan sonra Şərur və Naxçıvandaxa0özünümüdafiə qüvvələri xeyli möhkəmlənir.
xa0xa0xa0xa0xa0xa0xa0
Buxa0vaxt Vedi və Çüvə kəndləri hələ də daşnakların mühasirəsində idi. Mərkəzi daşnak höküməti Dro başda olmaqla Vediyə „Van“, „Sasun“ və başqa polklarxa0göndərilir. Beləliklə,qızğın döyüşlər başlayır. Lakin Vedi müdafiəçilərinin qüvvəsi tükənmişdi.xa0Buna görəxa0Abbasqulu bəyin əmri ilə əhali döyüşə-döyüşə kəndi tərk edir.xa0Daşnaklar basqın etdikləri kəndləri viran qoyurdular. Cəlladxa0Qareqin Njdexa0Azərbaycanlılara qarşıxa0yandırılmış torpaq siyasətixa0aparırdı.xa01918-1920-cixa0illərdə Zəngibasarda 48, Vedibasarda 118, Dərələyəzdə 74, Şərurda 76 kəndxa0dağıdılıb yandırılmışdı.xa0Azərbaycan kəndlərindəxa0yarım milyondan çox əhalixa0dərbədər düşmüşdü.
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0
Ermənistan daşnaq hökümətinin başcısı Kacanzuni etiraf etmişdi ki,xa0biz Ağbaba kimi maldarlıq rayonunu, Şərur kimi taxıl mənbəyini, Vedibasar kimi bağlı-bostanlı meyvəli kəndləri darmadağın etdik.xa0Bundan sonra Vedi əhalisinin didərginlik dövrü başlayır.xa01920-cı ilin iyul ayında döyüşə-döyüşəxa0Vedixa0əhalisi Şərura gəlir. Görürlər ki, Şərur əhalisi kəndlərixa0öz yurdlarını tərk edib Şaxtaxtıya tərəf çəkilib.


xa0xa0xa0xa0xa0
Şaxtaxtındaxa0Kalbalıxa0xan Naxçıvanskixa0qərargah düzəldib daşnakların qabağına çıxmağa çalışırdı.xa0Yurdçu, Qabıllı, Qıvraq və Şaxtaxtıxa0təpələrində mövqe tutmuşdu. Lakin cəbhə pozulmuş, əhali axın-axın Naxçıvana tərəf gedir və İrana keçirdi. Kalbalıxa0xana xəbər verirlər ki, Naxçıvan demokratları həkim Əli Abbasov və Rüstəmov Əngəleyütdə bolşevikləri qarşılayıb Naxçıvana gətirirlər. İki cəbhədə vuruşmağın əhəmiyyətsiz olduğunu görənxa0Kalbalı xanxa0ailəsi və silahdaşları ilə İrana keçir vəxa0Makuya gəlirxa0(bacısı Nazlı xanım Maku xanının həyat yoldaşı idi).
xa0xa0xa0xa0xa0
Bolşeviklər Naxçıvana girərkənxa0Abbasqulu bəy Vedi və Şərur əhalisini Şaxtaxtından İrana keçirdir. Daşnak qoşunlarıxa0Şaxtaxtı, Xok, Əznəbürd, Düzdaqxa0sahəsində mövqe tuturlar. Azərbaycanda Sovet höküməti qurulurdu. Naxçıvana 11-ci Qızıl Ordu hissələri gəlməyə başlayır. Naxcıvanda 1920-ci ilin iyununda Sovet Hökuməti elan olunur.
xa0xa0
Abbasqulu Şadlinskinin „Dəmir axını“ Cənubi Azərbaycanda düşərgə salır. Abbasqulu bəy tabora yeni-yeni adamlar toplayır. Mərənd valisi ona təklif edir ki, Mərənddə qalsın. Bununla daxa0ona yüksək rütbə verilsin. A.xa0Şadlinski imtina edir və deyir ki, siz elə hesab etməyin ki, biz həmişəlik gəlmişik. Bizim vətənimiz vardır. Gec-tez vətənə qayıtmalıyıq.


xa0xa0xa0xa0xa0xa0xa0
Naxçıvandakıxa0Qızıl Ordu hissələrinin tezliklə daşnaklara qarşı çıxışı mümkün deyildi.xa0Avqustun sonlarında Azərbaydan İnqilab Komitəsi, Bahadırxa0Vəlibəyovu 300 atlı ilə Naxçıvana fövqəladəxa0komissar göndərir. Ermənistanda daşnak hökümətini yıxmaqxa0üçünxa0Nəriman Nərimanovun tövsiyyəsi ilə fövqəladəxa0komissar vəxa0Qızılxa0Ordu qərargahıxa0məsləhət görürlər ki, Mərənd şəhərinə nümayəndə göndəribxa0Şadlinskinin taborunu və bütün mühacirləri Naxçıvana dəvət etsinlər. Belə də olur. 1920-ci ilin sentyabrında bolşevik Əli Eyvazov, Seyfulla Suleymanov və demokrat Məmməd Rəhimov Arazın oxa0tayına Abbasqulu bəyin düşərgəsinə göndərilir. Onlar A. Şadlinskiyə məktub çatdırırlar.xa0Məktubda yazılır ki, siz bolşevik təşkilatının tapşırığı və fövqəladəxa0komissar Bahadırxa0Vəlibəyovun xahişi ilə Naxçıvana dəvət olursunuz.
xa0xa0xa0xa0xa0xa0xa0
Xalq düşmənlərinəxa0qarşı mərd mübariz, Vətən təəssübünü hər şeydən üstün tutanxa0A. Şadlinski dərhal nümayəndələrin təklifini qəbul edib 200 nəfərlik silahlı dəstə və mühacir kütləsi ilə sentyabr ayının 17-də Naxçıvana qayıdır. A.Şadlinskinin taboru Culfada hərbi nümayəndəlik tərəfindən hərarətləxa0qarşılanır.
xa0xa0xa0xa0xa0
Təntənə ilə hərbi qaydada Naxçıvana daxil olan Abbasqulu bəy Şadlinski orada fəaliyyət göstərənxa0qırmızı qvardiya dəstələri ilə birləşərək „Qırmızı tabor"unxa0komandiri olur. Daşnaklara qarşı yeni vüsətlə mübarizə başlayır. Naxçıvan sərhədlərinin qorunması A. Şadlinskinin taboruna tapşırılır.


xa0
1920-ci ilin noyabırın 29-da Ermənistanxa0İnqilab komitəsinin bəyənnaməsi iləxa0Ermənistan Sovet Sosialist Respublikasıxa0elan olunur. Noyabrın soyuq günləri Naxçıvanxa0İnqilab komitəsinin iradəsi ilə hərbi hissələr Şərura hərəkət edir. Abbasqulu bəyin taboru dağ cığırları, əhalidən toplanan xalq dəstələri şosse yolu, Qızıl Ordu hissələri isə dəmir yolu ilə hərəkət edir.xa0Əznəbürd, Qarabağlar, Xok və Şaxtaxtı daşnaklardan azad edilir. Buxa0döyüşlər nəticəsində 1200 əsgər və zabit əsir alınır.
xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0
Zəngəzurda ağır vəziyyət yaranmışdı.xa0A.Şadlinskinin taboru Zəngəzur istiqamətində daşnaklara qarşı hüçuma keçir.xa0İrəvanın azad edilməsi uğrunda mübarizəxa0genişlənir.xa0Daşnaklar qoşunların hüçümunun qarşısınıxa0almaq məqsədi ilə Arpaçay körpüsünü partlatmaq istəmişdilər. A. Şadlinskinin dəstəsi dərhal sağ sahilə keçərək, fəlakətin qarşısını alır.


xa0xa0xa0xa0xa0xa0xa0
Taborcu Əli Abbasovxa0öz xatirələrində yazır: «Birdən gördük ki, daşnaklar bizi Rind kəndində mühasirəyə alıblar. Bərk vuruşma oldu. Döyüşdə bizdən 18 nəfər vuruldu. Əsgərlər qaçırdı, çünki biz 200 daşnak suvarisinəxa0qarşı dayana bilmirdik.xa0Taborun komandiri A.Şadlinski əmrxa0etdi,qaçanlar yerindəcə güllələnsin.xa0Tabor nəzərdən kecirildikdə 70 nəfər yoxxa0idi. Bir də gördük ki, Naxçıvandan Cabbar Hüseynov və Əjdər oğlu Abbasın dəstəsi gəlir. Daşnaklar kəndən çıxır. Cabbar Hüseynov bir evin yanında durub qapını açır. Heçxa0demə, 30 nəfəri tövləyə doldurub güllələmək istəyirmişlər. Cabbar Hüseynov keşişçini vurub məhbusları azad edir».
xa0xa0xa0xa0xa0xa0
Zəngəzurda daşnakxa0Njde 4000 süngü ilə müqavimət göstərirdi.xa0Onun nəzarətində 50 pulemyot, 11 top varxa0idi. Abbasqulu bəy Şadlinskinin komandanlığı altında «Qırmızı Tabor» və əhalidən ibarət olan dəstələr daşnakların hücümlarını dalbadal dəf edirdi. «Qırmızı Taborun» 4-cü rota komandiri İbrahim Fərzəliyevxa0öz xatirələrində belə yazırdı: «Taborun hissələri Zeynəxa0qəbiristanlığından hücüma keçib, Şəhriyar dəmir yol körpüsünü ələ keçirdəndən sonra irəliləyərək, Sədərək kəndinə çatdıqda daşnak qoşunlarıxa0Qaratəpədən və Bağırsaq dərəsindən çıxıb Dərələyəzəxa0qaçdılar. Abbasqulu bəy dedi ki, gərək düşməni təqib edib başını təmam əzək.xa0Onun cəsarətli planları, şəxsi qəhrəmanlıqxa0nümunəsi buxa0ağır döyüşlərdəxa0dadımıza çatdı. Yaponun dəstəsi məhv edildi.xa0Beləliklə, Ordubaddan başlamış Sədərəyədək bütünxa0Naxçıvanxa0ərazisi daşnaklardan təmizləndi».
xa0xa0xa0xa0xa0
1921-ci ilin may-iyun aylarında Dərələyəz uğrunda qızğın döyüşlər başlayır.xa0Dərələyəz döyüşlərində əsasxa0cəbhə A. Şadlinskinin taborunun tutduğuxa0Danzik-Çüvə mövqeləri idi.xa0İyul ayının sonlarında daşnaklara qarşı ümumi hücumxa0başlanır.xa0Düşmən Keşişkənddən çıxarılır və Kindovoz dağında toplanır.xa01921-ci ilxa0iyul ayının əvvəllərində Dərələyəz bütünlüklə təmizlənəndən sonra qoşunxa0hissələri düşməni izləyərək Zəngəzura qovur vəxa0oradaxa0Şuşadan gələn Birinci Qafqaz korpusu ilə birləşirlər.
xa0xa0xa0xa0xa0xa0xa0

Erməni cəlladıxa0Qareqin Njde

Zəngəzurxa0cəlladıxa0Qareqin Njdexa0Mehridən (Mığrı)xa0öz qərargahı ilə İrana qaçır və oradan daxa0Avropaya. Bütün Ermənistanxa0ərazisində Sovet hoküməti qurulur. 1921-ci ilin axırları hərbi hissələrxa0öz qərargahlarına qayıdır.
xa0
İnqilab Komitəsi bölgədə daşnaklara qarşı böyük rəşadət və fəaliyyət göstərənlərə dövlət mükafatları təqdim edir. Abbasqulu bəy Şadlinski başda olmaqla, taborculardanxa0Kərbəlayi İsmayıl, İbrahim Fərzəliyev, Qasım Hüseynov, Nəcəf Əliyev, Fətulla Hüseynov, Ələkbər Sadıqov, Əli Qədimovxa0(ölümündən sonra), ümumiyyətlə, 19 nəfərəxa0«Qırmızı Bayraq»xa0ordeni verilir.
xa0xa0xa0xa0xa0xa0xa0
Daşnak fitnəkarlığına son qoyulduqdan sonra Naxçıvanda olan hərbi hissələr başqa yerlərə çəkilir. Tabora gəldikdə isə o, Naxçıvanda saxlanılır, sərhədlərin mühafizəsi onlara tapşırılır.xa0Abbasqulu Şadlinski 1922-ci ilin sonlarına kimi Naxçıvanda sərhəd mühafizəsi vəzifəsini aparır. Sərhəd mühafizəsi ixtisaslaşmışxa0qoşun hissələrinə verildikdən sonra A. Şadlinski Naxçıvandanxa0öz doğma kəndi Vediyə qayıdır.xa01928-ci ilə kimi rəhbər təsərrüfat vəzifələrdə çalışır, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin edilir.
xa0xa0xa0xa0xa0xa0
1930-cu illin əvvəllərindəxa0Vedibasar, Ağdərə, Sirik, Keçili, Milax, Ərəfsə, Yaycı,Teyvaz, Qazançı, Xanağa, Nəhəçir, Boyəhməd, Əbrəqunus, Ərəzin, Ordubadınxa0dağ kəndlərində üsyanlar baş verir. Vəziyyəti gərginləşdirən səbəblər sırasında Moskvanın apardığıxa0ruslaşma siyasəti və sovetlərinxa01928-1929-cu illərdə keçirdiyi seçkilərxa0idi. Xalqın 86%-i seçki hüququndan məhrum edilmişdi.xa0Seçkilərdə yalnız fəhlə və yoxsul kəndlilər iştirak edə bilərdi. 1929-cu illin sonlarında bütün ortabab kəndlilərə məxsus torpaq,xa0əmlak, heyvan və digər məhsul nə varsa, müsadirə edilib kollektivlərə verilməyə başladı.xa0Həmin vaxt xüsusilə 1930-cu illin fevral, mart, aprel, aylarında geniş və qanlı qiyamlar oldu. Buxa0dövrdə tez-tez baş verən kəndli qiyamlarını partizan hərəkatı davam etdirdi.
xa0xa0xa0xa0xa0xa0xa0
Onu daxa0qeyd etmək lazımdır ki, həmin dövrdəxa040-dan çox xüsusi idarənin rəisi milliyətcəxa0ermənixa0idi. Azərbaycan xüsusi xidmət sahəsinin rəisi Xoren Qriqoryan, Naxçıvan xüsusi xidmət sahəsinin rəisi Orbelyan.xa0Öz soyadlarını dəyişmiş Bağıryan-Bağırova, Qasumyan-Qasumova, Allahverdiyan-Allahverdiyevə çevrildi. Lakin onlar Azərbaycanlılara qarşı olan nifrətlərini dəyişmir və «Böyük Ermənistan» fantastik arzularını, xülyalarını unutmurdular. 20-30-cu illərdə istənilən adamı «banditə» çevirmək üçün tam şərait yaranmişdı. Hər hansı bir kəndli münaqişəsinə siyasi don geyindirərəkxa0kolxozlaşmaya qarşıxa0pozuculuq işi kimi qiymətləndirilirdi.
xa0
Dindirilmə prosesində cekist Orbelyan tərəfindən bir tayfa digər tayfa üzərinəxa0qaldırılırdı. Həbs olunmuşxa0Milaxxa0üsyanının başcısının dindirilmə protokoluna yazmışdır ki, Abbasqulu bəy Şadlinski 200 atlı iləxa0Vedidən Milaxaxa0üsyana köməyə gəlmişdir.


xa0xa0xa0xa0xa0xa0xa0
Ermənistan KPxa0MK-nın Vedi rayon komitəsi əhali arasında çox böyük nüfuz sahibi olanxa0Abbasqulu bəy Şadlinskini Qarabağlar (Ermənistan) əhalisini sakitləşdirmək üçün oraya göndərir.xa0Yazıçı F.Kərimzadənin «Qarlı Aşırım» romanında göstərdiyi kimi, dəstənin başında onun keçmiş silahdaşlarıxa0Kərbəlayi İsmayil, Məhərrəmxa0və başqaları dururdular. Abbasqulu bəyxa0özü ilə keçmiş silahdaşı taborcuxa0Xəlil Pənahovuxa0götürür. Cekistlərin hazırladığı buxa0əməliyyatdaxa0Abbasqulu bəy Şadlinski və Xəlil Pənahovxa0öldürülür. Onların cənazələri köhnə taborcuların müşayiəti ilə Vedi kəndinə gətirilir və böyük xalq ehtiramı ilə kənd məktəbinin həyətində dəfn edilir.
P.S. Məqalə tarixçi-alim Əli Əliyevin şəxsi arxiv materialları əsasında hazırlanmışdır.
Nail Əliyev
Şərqşünas,
Tarix üzrə fəlsəfə doktoru
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər