Cəmiyyət
1323
31 May 2020 | 19:07

"Ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə ehtiyac var"

Moderator.az deputat Əli Məsimlinin Milli Məclisin 31 may tarixli plenar iclasında çıxışının əsas məqamlarını təqdim edir:
         
Seçicilərlə onlayn görüşlər və birbaşa müraciətlərdə qaldırdıqları məsələrin bir qismini  onların istəklərini nəzərə alaraq Milli Məclisdə səsləndirməyi zəruri hesab edirik: 
       
Seçicilərlə onlayn görüşlərdə qaldırdıqları məsələrin arasında təbii fəlakətlərlə bağlı Şəki kəndlərində ailələrə dəyən ziyana görə 2015-ci ildən bu yana görülən işlər  həmin ziyanın miqyaslarına adekvat deyil.Ona görə də təbii fəlakət nəticəsində evləri dağılmış və ya ciddi ziyan dəymiş ailələrə nəzərdə tutuan və indiyədək edilməyən yardımları həyata keçirməkdən ötrü, əlavə vəsait ayrılmasını və  bu sahədə  2015-ci ildən bu yana yığılıb qalmş problemlərin həllinin sürətləndirməklə,  insanları düşdükləri  ağır vəziyyətdən çıxarılması işinin sürətləndirilməsini zəruri hesab edirik.        
     
İkincisi əhalinin həssas təbəqəsinin real duruminu nəzərə alaraq  təklif edirik ki, aidiyyatı qurumlar aprel və may ayları üçün nəzərdə tutulan 190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsi məsələsinə baxsın.
      
Üçüncü,qeyd edim ki, ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə ehtiyac var. Müraciət edənlərin çoxu  yardımla yanaşı, həm də  işlə təmin edilməsini də istəyir. 190 manatlıq birdəfəlik ödəmə əvvəl 200 min adama, sonra 600 min nəfərə  şamil edildi. Amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlansın. Statistikanı dəqiqləşdirib  növbəti aylarda  işlə təmin edilməsi mümkün olan hissənin regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə  işlə təmin edilməsi, mümkün olmayan hissənin isə müavinət və  ünvanlı sosial yardımla təmin edilməsini zəruri hesab edirik. Eyni zamanda  kənddə yaşayan əhalinin kiçik pay torpağına görə ünvanlı sosial yardım almasının qarşındakı  maneələri aradan qaldırmaq lazımdır ki, adambaşına ehtiyac meyarından, yəni 160 manatdan az gəlir olan kənd sakinləri də ünvanlı sosial yardım ala bilsinlər.
Link kopyalandı!
Son xəbərlər