Bizi sosial şəbəkələrdən izləyin:
Moderator.az deputat Əli Məsimlinin Milli Məclisin 31 may tarixli plenar iclasında çıxışının əsas məqamlarını təqdim edir:
Seçicilərlə onlayn görüşlər və birbaşa müraciətlərdə qaldırdıqları məsələrin bir qismini onların istəklərini nəzərə alaraq Milli Məclisdə səsləndirməyi zəruri hesab edirik:
Seçicilərlə onlayn görüşlərdə qaldırdıqları məsələrin arasında təbii fəlakətlərlə bağlı Şəki kəndlərində ailələrə dəyən ziyana görə 2015-ci ildən bu yana görülən işlər həmin ziyanın miqyaslarına adekvat deyil.Ona görə də təbii fəlakət nəticəsində evləri dağılmış və ya ciddi ziyan dəymiş ailələrə nəzərdə tutuan və indiyədək edilməyən yardımları həyata keçirməkdən ötrü, əlavə vəsait ayrılmasını və bu sahədə 2015-ci ildən bu yana yığılıb qalmş problemlərin həllinin sürətləndirməklə, insanları düşdükləri ağır vəziyyətdən çıxarılması işinin sürətləndirilməsini zəruri hesab edirik.
İkincisi əhalinin həssas təbəqəsinin real duruminu nəzərə alaraq təklif edirik ki, aidiyyatı qurumlar aprel və may ayları üçün nəzərdə tutulan 190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsi məsələsinə baxsın.
Üçüncü,qeyd edim ki, ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə ehtiyac var. Müraciət edənlərin çoxu yardımla yanaşı, həm də işlə təmin edilməsini də istəyir. 190 manatlıq birdəfəlik ödəmə əvvəl 200 min adama, sonra 600 min nəfərə şamil edildi. Amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlansın. Statistikanı dəqiqləşdirib növbəti aylarda işlə təmin edilməsi mümkün olan hissənin regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə işlə təmin edilməsi, mümkün olmayan hissənin isə müavinət və ünvanlı sosial yardımla təmin edilməsini zəruri hesab edirik. Eyni zamanda kənddə yaşayan əhalinin kiçik pay torpağına görə ünvanlı sosial yardım almasının qarşındakı maneələri aradan qaldırmaq lazımdır ki, adambaşına ehtiyac meyarından, yəni 160 manatdan az gəlir olan kənd sakinləri də ünvanlı sosial yardım ala bilsinlər.