Cəmiyyət
11420
13 May 2020 | 15:28

"Niyə dəqiqləşdirmədən ünvanıma belə danışır, adama deyərlər sən kimə yaltaqlanırsan?"

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Xalq artisti Flora Kərimovanın onun ünvanına səsləndirdiyi ittihamlarına cavab verib. Şeyx Əbdül Moderator.az-a açıqlamasında F.Kərimovanın dediyi əsassız sözləri ona yaraşdırmadığını bildirib:

“Flora xanımın bu ittihamlarının qarşısında məəttəl qalmışam. Bir neçə il öncə fəxri ada qarşı çıxmışdım, amma heç kəs mənə dəstək vermədi. Onda demişdim ki, fəxri adı ortadan yığışdırmaq lazımdır. Fəxri adı rüşvət verib almaqla bağlı mətbuata açıqlama verməmişəm, xatırlamıram da. Qaldı ki, bunun Floraya nə aidiyyatı var, başım çıxmır. Yekə qadınsan, sən məni görəndə əlimdən öpürsən, bəy tərifi edirsən. Görəsən, Flora xanım bunu hardan oxuyub. Həmişə elə bilmişəm ki, Mədəniyyət Nazirliyində hamı acından ölür. O, özü gecə-gündüz nazirliyi biabır edən adamdır, ola bilsin ki, kimsə onu “qızışdırıb” bunları deyib. Onun dediklərini oxudum, hamısı cəfəngiyyatdır, getsin öz işiylə məşğul olsun. Yəqin qocalıb, çaşıb, yaddan çıxıb qalıb bir küncdə. İndi də istəyir ki, mənə “ilişib” gündəmə gəlsin. Mən dövlətin mənafeyini həmişə müdafiə etmişəm, o, isə həmişə dövlətin düşməni olub. Flora oxumur axı, savadı yoxdur. Gəlsin mənə bununla bağlı mənbə göstərsin, görüm harda bu sözlər demişəm?! O, çox böyük səhv edib bu sözləri işlədib. 

İlk dəfə “Diplom” filmində onu mən oxutmuşam. Filmdə Rasim Balayev baş rolda oynayırdı,  Emin Sabitoğlu ilk dəfə bədii filmə musiqi yazıb, Vaqif Səmədoğlu söz yazmışdı və Flora da oxuyub. Bu 1970-ci ildə olub. Ondan bəri Floranın mənə hörməti olub. Biz həmişə onu yola vermişik, çünki o, çox “sürüşkən” və təhlükəli qadındır. Onun indi mənə daş atmağı, ünvanıma ağzına gələni danışmağı və buna cəsarət etməsinə məəttəl qalıram. Yetmiş beş yaşımda mənə fəxri ad veriblər, bundan heç xəbərim də yox idi. Onda mənə dedilər ki, Şeyx, bu sənin gecikmiş haqqındır. Flora hara, mən hara, onunla aramızda dağ boyda münasibət olub. Niyə bunu dəqiqləşdirmədən ünvanıma belə danışır? Adama deyərlər sən kimə yaltaqlanırsan?! Mən yenə dərinliyinə getmirəm, əvvəlki münasibətimdə qalıram, getsin səhvini düzəltsin, ona yaraşmaz, ayıbdır. 

Mənim heç xoşum gəlmir qadınlar kişi işinə qarışsın. Kimin kişi olub-olmamasını isə bilənlər var. Şeyxə o sözü demək ən azı onun üçün ayıbdır. Təcili dediklərimlə bağlı ya mənbəni göstərməlisən, ya da sənə səhv məlumat verdikləri üçün üzr istəməlisən. Azərbaycan xalqı on ildir kimə fəxri adı necə veriblər danışır, mətbuat yazır, bəs onda sən niyə dillənmirdin?!”.

Qeyd edək ki, F.Kərimova özünün instaqram səhifəsində Şeyxin ünvanına ittihamlar səsləndirib.

Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər