Cəmiyyət
2040
02 Apr 2020 | 13:12

"Azərbaycanda bütün bölgələrdə virus yayılıb"- Yaqut Qarayeva

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilir.

Mətbuat konfransında çıxış edən TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva ölkə üzrə koronavirusun yayılması coğrafiyası ilə bağlı da sualı cavablandırıb

"Konkret olaraq region adı çəkmək olmaz. Bütün bölgələrdə virus yayılıb"- deyə Yaqut Qarayev bildirib.

Yaqut Qarayeva söyləyib ki, bir nəfər koronavirusa yoluxan şəxs bir neçə vətəndaşı yoluxdura halları müşahidə olunur: "Biz ona görə buradan, sizin vasitəsilə müraciət edirik ki, hər kəs evdə otursun. Hər kəs özünü izolyasiya eləsin. Bir nəfər başqa bölgədən başqa bölgəyə gedir, bir idarədən başqa idarəyə gedir. Bununla da bir nəfər 20-30-40 nəfərə qədər ayrı şəxsi yoluxdurur".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər