Cəmiyyət
57049
27 Mar 2020 | 17:11

"Elə insanlar var ki, 1-2 gün işləməyəndə evlərinə ərzaq ala bilmirlər, ona görə də..."

“Biz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq əhaliyə dəstəklə bağlı təkliflər paketi hazırlayıb hökumətə vermişik. O cümlədən, gündəlik işləyən adamlarla bağlı da təklif vermişik ki, bu insanlara yardım olunmalıdır”.

 

Bunu Moderator.az-a MM-in sözügedən komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov xüsusi karantin rejiminə görə iş yerləri qapadılan və yaxud günəmuzd işləyən insanlara dəstəklə bağlı danışarkən deyib.

 

“Hazırda ən ciddi məsələlərdən biri budur. Elə insanlar var ki, bir-iki gün işləyə bilməyəndə evlərinə ərzaq ala bilmirlər. Karantin vəziyyəti isə 2-3 günlük deyil, hətta nə qədər çəkəcəyi də dəqiq bilinmir, müddət uzana da bilər. Bu adamlar isə ciddi çətinlik çəkə bilərlər. Ona görə də hökumət bu məsələ ilə əlaqədar vəsait ayırmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində siyahılar müəyyənləşdirilməlidir və onlara birbaşa yardım edilməlidir. Yardımın məbləği hökumət tərəfindən təyin edilməlidir”.

 

 

Millət vəkili bildirib ki, digər təklif isə kommunal ödəmələrlə bağlıdır:

 

“Vəziyyətlə əlaqədar vətəndaşlar bu sahədə də əziyyət çəkirlər. Ona görə də heç olmasa iki ay müddətinə insanları bu əziyyətdən azad etmək lazımdır. Əlbəttə, hamını olmasa da olar. Çünki işə getməsələr də bəzi insanlar maaşlarını alırlar. Burada da günəmuzd işləyən adamlar daha çox əziyyət çəkirlər”.

 

Deputat hesab edir ki, hökumətin təklifləri araşdırıb bu məsələlərlə bağlı müvafiq qərar qəbul edəcəyi gözlənilir.

 

Taleh

Link kopyalandı!
Son xəbərlər