Ermənistan Azərbaycanla meydanda
Cəmiyyət
14247
20 Mar 2020 | 13:44

Ermənistan Azərbaycanla meydanda "tək-tənha" qalıb - Düşmən təlaş içində

Dünyanı koronavirus təhlükəsinin çulğaması demək olar ki, bütün digər məsələləri arxa plana keçirib. Azərbaycan və Ermənistanın əsas gündəmi olan Dağlıq Qarabağ münaqişəsi də sanki “yaddan çıxıb”.

 

Lakin Ermənistan mediasının müşahidəsi göstərir ki, ermənilər yaranmış vəziyyətdən ciddi narahatlıq keçirməyə başlayıblar. Onlar meydanda Azərbaycanla “tək-tənha” qalmaqdan təşvişə düşüblər.

 

Moderator.az xəbər verir ki, Ermənistanın “lragir.am” saytı yazır ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin bölgədə nəzərdə tutulan bütün monitorinqlərin və birbaşa təmasların təxirə salınması barədə bəyanatından sonra Azərbaycanla Ermənistan faktiki təkbətək və "beynəlxalq nəzarətdən kənarda" qalıb.

 

Saytdakı yazıdan məlum olur ki, ermənilər yaranmış şəraitdə Azərbaycanın hərbi əməliyyatlara başlaması ehtimalından narahat olublar. Belə fikirlər digər sosial media vasitələrində də yayılıb: “Koronavirus faktiki olaraq Ermənistanı və Azərbaycanı “tək-tənha”  buraxıb”. Bu fikirlər ermənilərə məxsusdur.

 

Lakin məsələyə fərqli yanaşanlar da var. Bəziləri isə hesab edirlər ki, koronavirus ümumi prosesləri üstələsə də, bu, müvəqqətidir və geosiyasi şəraiti dəyişmir: “Bu mənada rəsmi Bakı koronavirusa yoluxmuş dünya üçün əlavə problem yaradarsa, çətin ki, onu bağışlayalar”.

 

Görünən odur ki, ermənilər meydanda “təkbətək qalmaq"dan qorxuya düşsələr də, öz havadarlarının dəstəyinə çox arxayındılar.

 

Elə bizim təpərimizə də...

 

Taleh 

Link kopyalandı!
Son xəbərlər