Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası III qrup üzrə qəbul imtahanında istifadə olunmuş
test tapşırıqlarının bölmələr üzrə və variantlar üzrə düzgün cavablarını
açıqlayıb.
TQDK-dan Trend-ə verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün Azərbaycan
Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik)
orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı
iyulun 14-də keçirilib.
Bu il III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib. Onlardan 26776 nəfəri
Azərbaycan bölməsinin, 2163 nəfəri isə rus bölməsinin məzunudur.
Hazırda III ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının
emalı aparılır. İmtahan nəticələri qısa müddətdə TQDK-nın internet saytında
yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin
mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.