Ramazanda bütün müsəlman dünyasını bir mərhəmət ovqatı bürüyür, hər kəs digər on bir aydan fərqli olaraq bu mübarək ayda daha çox xoşməramlı addımlar atmağa, insanları sevindirməyə can atır.
Azərbaycanda da son illər Orucluq ayı nisbətən daha qələbəlik və daha məzmunlu-mənalı keçirilməkdədir. Yəni həm oruc tutanların, həm də insanların könlünü nə iləsə şad etməyə tələsənlərin sayında nəzərəçarpacaq artım müşahidə edilməkdədir. Əlbəttə, İslam dininin əxlaqi dəyərləri və mənəvi zənginlikləri tələb edir ki, edilən yaxşılıqlar üzə vurulmamalı, mümkün qədər məxfilik qorunmalı, bundan bir şou düzəldilməməli, bir sözlə, sağ əlin verdiyini sol əl bilməməlidir. Ancaq təəssüf ki, bəzən bunun əksini müşahidə edirik və hətta birisi 10-15 nəfər kimsəsizə iftar süfrəsi açanda elə bir o qədər sayda da media təmsilçisini dəvət edərək bu “səxavət”ini ictimailəşdirir, nəticədə həm bəndə yanında gözükölgəli olur, həm Allah.
Azərcell də belə bir ucuz mərhəmət aksiyasına start verib və bunu Ramazanla bağlayıb. Ramazan ayı boyunca Azərcellilər axşam saat 20.00-dan səhər saat 8.00-dək ölkə daxilində hər dəqiqə üçün 5 qəpik tarifiylə danışacaqmış.
Bu qədər rəzillik olarmı heç? Axı əgər söhbət oruc tutanlara dəstək verməkdən gedirsə, bilmək lazım idi ki, bu cür nəfəskəsən isti yay günlərində insanlar iftarını açdıqdan sonra elə axşamdan yatır ki, səhər saat 4-də oyanıb sübh namazınadək yeməyini yeyib qurtara bilsin. Dəqiq analiz etdikdə anlaşılar ki, Azərcelin bu cür minnətli, aləmə car çəkməklə həyata keçirdiyi kompaniyanın əslində oruc tutanlara yaxından uzaqdan heç bir dəxili yoxdur və əsas niyyət yenə də insanlara daha çox dəqiqələr sırımaqdır...
Azərbaycanda da son illər Orucluq ayı nisbətən daha qələbəlik və daha məzmunlu-mənalı keçirilməkdədir. Yəni həm oruc tutanların, həm də insanların könlünü nə iləsə şad etməyə tələsənlərin sayında nəzərəçarpacaq artım müşahidə edilməkdədir. Əlbəttə, İslam dininin əxlaqi dəyərləri və mənəvi zənginlikləri tələb edir ki, edilən yaxşılıqlar üzə vurulmamalı, mümkün qədər məxfilik qorunmalı, bundan bir şou düzəldilməməli, bir sözlə, sağ əlin verdiyini sol əl bilməməlidir. Ancaq təəssüf ki, bəzən bunun əksini müşahidə edirik və hətta birisi 10-15 nəfər kimsəsizə iftar süfrəsi açanda elə bir o qədər sayda da media təmsilçisini dəvət edərək bu “səxavət”ini ictimailəşdirir, nəticədə həm bəndə yanında gözükölgəli olur, həm Allah.
Azərcell də belə bir ucuz mərhəmət aksiyasına start verib və bunu Ramazanla bağlayıb. Ramazan ayı boyunca Azərcellilər axşam saat 20.00-dan səhər saat 8.00-dək ölkə daxilində hər dəqiqə üçün 5 qəpik tarifiylə danışacaqmış.
Bu qədər rəzillik olarmı heç? Axı əgər söhbət oruc tutanlara dəstək verməkdən gedirsə, bilmək lazım idi ki, bu cür nəfəskəsən isti yay günlərində insanlar iftarını açdıqdan sonra elə axşamdan yatır ki, səhər saat 4-də oyanıb sübh namazınadək yeməyini yeyib qurtara bilsin. Dəqiq analiz etdikdə anlaşılar ki, Azərcelin bu cür minnətli, aləmə car çəkməklə həyata keçirdiyi kampaniyanın əslində oruc tutanlara yaxından- uzaqdan heç bir dəxli yoxdur və əsas niyyət yenə də insanlara daha çox dəqiqələr sırımaqdır...