Bir müddət bundan öncə “Daş yuxular” əsəri ilə ciddi qalmaqala səbəb olan Əkrəm Əylisli ölkə mətbuatından qaçaq düşüb. Belə ki, bəlli bir müddətdir ki, ölkə mediasına heç bir açıqlama verməyən, o cümlədən Moderator.az-ın suallarına hər dəfə bir bəhanə ilə cavab verməkdən imtina edən Ə.Əylisli, bununla danışmaq niyyətində olmadığını göstərir.
Bu isə öz növbəsində bir sıra suallar doğurur. Ə.Əylislinin mətbuatdan qaçaq düşməsinin sirri nədir? Olmaya, yazıçıya mətbuata açıqlama verməməklə bağlı hansısa qadağa mövcuddur? Yoxsa Ə.Əylislinin qaçış planının arxasında sadəcə, daha bir müddət gözdən-könüldən uzaq olmaq istəyi dayanır?
Hələ ki, bu sualların hansının məşhur yazıçının mövcud durumu üçün daha xarakterik olduğu bəlli deyil. Lakin çox güman ki, yaxın gələcəkdə Ə.Əylislinin bu davranışının sirri də ortaya çıxacaq və hörmətli yazıçı media əməkdaşları ilə bu münasibətinin onsuz da ciddi zərbə alan imici haqqında müsbət təəssürat yaratmadığına şahid olacaqdır.