Dahi
Azərbaycan şairi Nizami Gəncəvinin İtaliyanın paytaxtı Romada qoyulmuş abidəsi
İranın xoşuna gəlməyib.
Virtualaz.org bildirir ki, bu ölkənin İSNA agentliyinin xəbərinə görə,
iranlılar Romanın Borghes bağında qoyulmuş abidədə “Nizaminin barəsində yanlış
informasiya verilməsi”nə etiraz olaraq etiraz kompaniyası başladıb. Belə ki,
Nizaminin abidəsinin üzərində onun Azərbaycan şairi olması barədə yazı
iranlıları narahat edir.
Heykəl Azərbaycan Respublikası tərəfindən hazırlanıb və 2012-ci ilin aprelində
bağda qoyulub. Xəbərlərdə o da vurğulanır ki, İtaliyada yaşayan iranlılar və
İran mədəniyyət xadimləri heykəldəki yazıya qarşı imzatoplama kompaniyası
başladıb. Kompaniyanın məqsədi Roma bələdiyyəsindən heykəlin üzərindəki yazını
dəyişdirmək və Nizaminin “İran şairi olduğunu” göstərməyi tələb etməkdir.
İran informasiya agentliyi qeyd edir ki, Nizami “böyük fars şairlərindən”
biridir və vaxtilə “İran ərazisi” olan Gəncə şəhərində anadan olub.