ABŞ-ın Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı, hüquq müdafiəçisi Rebekka Vinsent bu dəfə ölkəmizdə hakimiyyətin müstəqil mediaya təzyiqlərindən bəhs edən məqalə hazırlayıb. Xüsusən, son vaxtlar “Azərbaycan saatı” proqramı, “Azadlıq” radiosu və “Meydan TV”nin yayımı zamanı dalğaların vurulmasından bəhs edən geniş məqalə “Əl-Cəzirə”də dərc olunub. “Azərbaycanda xaricdən yayımların qarşısı alınır” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca hakimiyyət
vətəndaşların informasiya əldə etmək imkanlarını məhdudlaşdırmaq üçün daha
qətiyyətlə cəhd göstərir. Bu məqsədlə KIV üzərində nəzarət artırılır, İnternet
azadlığını məhdudlaşdırmaq üçün addımlar atılır. Tənqidçi jurnalistləri
qorxutmaq məqsədilə onlardan bəziləri bağlı sərt nümunələr yaradılır.
Bunun nəticəsidir ki, indi azərbaycanlıların ölkənin xaricindən yayımlanan proqramlara da baxmaq, dinləmək imkanları məhdudlaşdırılıb. Artıq bir neçə xarici media orqanı Azərbaycanda yayıma qəsdən yaradılan maneələr barədə məlumat yayıblar. Praktikada daha çox yayım dalğalarının vurulması halları baş verir ki, bu da həm insan hüquqlarının, həm də beynəlxalq telekommunikasiya qaydalarının pozulmasıdır.
Azərbaycanda elektron media hökumətin nəzarətindədir. Ölkədəki 9 telekanaldan üçü birbaşa dövlət kanalıdır. Daha altı telekanal özəl olsa da, hökumətin çox güclü nəzarəti altındadır və bu qurumlara reklam gəlirləri vasitəsilə təsir göstərilir. 12 yerli radio var ki, bunların da heç birində plüralizmə yer yoxdur.
Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu Azərbaycanda yayım lisenziyalarının verilməsi proseduru ilə bağlı bir sıra ziddiyyətləri açıqlayıb. Təşkilat bu prosedurun həddin artıq siyasiləşdiyini, qərəzli və qeyri-şəffaf olduğunu, bu vasitə ilə ölkədə tənqidçi media orqanlarının yayımının qarşısının alındığını bəyan edib.
2009-cu ilin yanvarından Azərbaycanda BBC, “Amerikanın səsi”, “Azadlıq” kimi radioların yerli tezliklərdə yayımı dayandırıldı və bununla da xarici mənbələrdən xəbər yayımının qarşısı alındı.
Bunun da nəticəsində azərbaycanlıların bir çoxu hadisələrin hakimiyyətin xeyrinə işıqlandırıldığı verilişlərə baxmağa, dinləməyə məcbur olur. Bu verilişlərdə də İlham Əliyev, Mehriban Əliyeva, Heydər Əliyevin ideallaşdırılmasından bəhs olunur. Ölkədə baş verən, ancaq hakimiyyətə sərf etməyən hadisələr, məsələn, hökumət əleyhinə etirazlar, siyasi məhbusların məhkəmələri kimi olaylara yer verilmir.
Ölkədə
müstəqil yayım olmadığından xarici yayımlar daha çox əhəmiyyət kəsb edir. Çünki
bu, azərbaycanlılara obyektiv informasiyaya, hakim partiyadan fərqli siyasi
baxışlara çıxış imkanı verir.
Yerli tezliklərdə yayım imkanını itirəndən sonra “Azadlıq” radiosu materialları
internetdə, həftəlik jurnalda və peyk vasitəsilə yayımlamağa başladı. Amma indi
bu imkan da təhlükə altındadır. Çünki iyunun 20-də radio yayımına maneələr
barədə məlumat yaydı. Məlumatda bildirilirdi ki, bu maneələr qəsdən müdaxilə
xarakteri daşıyır. Həm də bu, məhz Azərbaycan dilində proqramların yayımı
zamanı baş verir.
Radionun xarici əlaqələr üzrə direktor müavini Cuanna Levison da faktı təsdiqləyib: “On həftə davam edən maneələrdən sonra belə nəticəyə gəldik ki, bu, qəsdən edilir. Biz Azərbaycanda bir sıra başqa formalarda da hücumlara məruz qalmışıq. Məsələn, əməkdaşlarımızın nüfuzdan salınmasına hesablanmış qarayaxma kompaniyası, hədə-qorxular, fiziki hücumlar, hökumətin yayımımıza qadağa qoyması. Bu maneələr beynəlxalq yayım müqavilələrinin pozulmasıdır. Bu da öz növbəsində KIV-in azadlığına təminat verən beynəlxalq norma və standartlara ziddir. Bu cür maneələrlə Azərbaycan vətəndaşlarının informasiya əldə etmək haqda fundamental hüquqlarının pozulmasına son qoyulmalıdır”.
“Azadlıq” radiosu yayımına maneə yaradılan yeganə media orqanı deyil. “Meydan TV” və “Azərbaycan saatı” da dəfələrlə bu cür pozuntular haqda xəbər veriblər. Adıçəkilən hər üç yayım orqanı azərbaycanı alternativ informasiya ilə təmin etmək məqsədilə yayımlanır.
“Meydan TV”nin direktoru Emin Milli deyir ki, rəhbərlik etdiyi qurum yalnız bir dəfə - mayın 15-də normal yayımlanıb. O vaxtdan bəri bütün proqramların yayımlanması zamanı dalğalara maneələr yaradılıb. Milli hesab edir ki, hakimiyyət qorxudan bu cür maneələrə əl atır.
“Hazırda
ölkədə vəziyyət o qədər qeyri-stabildir ki, hakimiyyət, hətta həftədə bir dəfə
yayımlanan verilişin onun mövcudluğunu təhlükə altında qoya biləcəyindən
ehtiyatlanır”, - deyə Emin Milli qeyd edib.
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının üzvüdür və bu qurumun
Konstitusiyasının 45-ci maddəsinin tələbi yayıma müdaxiləyə yol verməməkdir.
ABŞ-ın Yayım Şurası da daxil olmaqla, bir sıra tanınmış beynəlxalq yayım qurumları Azərbaycanda yayıma yaradılan maneələrlə bağlı narahatlıqlarını ifadə ediblər. Onların bəyanatlarında göstərilib ki, “soyuq müharibə” bitəndən bəri KIV-lər bu cür müdaxilələrlə üzləşməyiblər.
“Azadlıq” radiosu, “Azərbaycan saatı” və “Meydan TV” yerli yayımçılardan fərqli olaraq, Azərbaycan əhalisini ölkədə baş verənlərlə bağlı qiymətli məlumatlarla təmin edir. Onların yayımına müdaxilələr çox ciddi neqativ hadisədir və beynəlxalq təşkilatlar, Azərbaycanla əməkdaşlıq edən demokratik dövlətlər təcili şəkildə bu olaylarla əlaqədar Beynəlxalq Telekommunikasiya İttifaqına müraciət etməli və lazımi araşdırmaların aparılmasına nail olmalıdır.
ABŞ-ın Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı, hüquq müdafiəçisi Rebekka Vinsent bu dəfə ölkəmizdə hakimiyyətin müstəqil mediaya təzyiqlərindən bəhs edən məqalə hazırlayıb. Xüsusən, son vaxtlar “Azərbaycan saatı” proqramı, “Azadlıq” radiosu və “Meydan TV”nin yayımı zamanı dalğaların vurulmasından bəhs edən geniş məqalə “Əl-Cəzirə”də dərc olunub. “Azərbaycanda xaricdən yayımların qarşısı alınır” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:***
Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca hakimiyyət vətəndaşların informasiya əldə etmək imkanlarını məhdudlaşdırmaq üçün daha qətiyyətlə cəhd göstərir. Bu məqsədlə KIV üzərində nəzarət artırılır, Internet azadlığını məhdudlaşdırmaq üçün addımlar atılır. Tənqidçi jurnalistləri qorxutmaq məqsədilə onlardan bəziləri bağlı sərt nümunələr yaradılır.
Bunun nəticəsidir ki, indi azərbaycanlıların ölkənin xaricindən yayımlanan proqramlara da baxmaq, dinləmək imkanları məhdudlaşdırılıb. Artıq bir neçə xarici media orqanı Azərbaycanda yayıma qəsdən yaradılan maneələr barədə məlumat yayıblar. Praktikada daha çox yayım dalğalarının vurulması halları baş verir ki, bu da həm insan hüquqlarının, həm də beynəlxalq telekommunikasiya qaydalarının pozulmasıdır.
Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu Azərbaycanda yayım lisenziyalarının verilməsi proseduru ilə bağlı bir sıra ziddiyyətləri açıqlayıb. Təşkilat bu prosedurun həddin artıq siyasiləşdiyini, rəqəzli və qeyri-şəffaf olduğunu, bu vasitə ilə ölkədə tənqidçi media orqanlarının yayımının qarşısının alındığını bəyan edib.
Bunun da nəticəsində azərbaycanlıların bir çoxu hadisələrin hakimiyyətin xeyrinə işıqlandırıldığı verilişlərə baxmağa, dinləməyə məcbur olur. Bu verilişlərdə də Ilham Əliyev, Mehriban Əliyeva, Heydər Əliyevin ideallaşdırılmasından bəhs olunur. Ölkədə baş verən, ancaq hakimiyyətə sərf etməyən hadisələr, məsələn, hökumət əleyhinə etirazlar, siyasi məhbusların məhkəmələri kimi olaylara yer verilmir.
Yerli tezliklərdə yayım imkanını itirəndən sonra “Azadlıq” radiosu materialları internetdə, həftəlik jurnalda və peyk vasitəsilə yayımlamağa başladı. Amma indi bu imkan da təhlükə altındadır. Çünki iyunun 20-də radio yayımına maneələr barədə məlumat yaydı. Məlumatda bildirilirdi ki, bu maneələr qəsdən müdaxilə xarakteri daşıyır. Həm də bu, məhz Azərbaycan dilində proqramların yayımı zamanı baş verir.
Radionun xarici əlaqələr üzrə direktor müavini Cuanna Levison da faktı təsdiqləyib: “On həftə davam edən maneələrdən sonra belə nəticəyə gəldik ki, bu, qəsdən edilir. Biz Azərbaycanda bir sıra başqa formalarda da hücumlara məruz qalmışıq. Məsələn, əməkdaşlarımızın nüfuzdan salınmasına hesablanmış qarayaxma kampaniyası, hədə-qorxular, fiziki hücumlar, hökumətin yayımımıza qadağa qoyması. Bu maneələr beynəlxalq yayım müqavilələrinin pozulmasıdır. Bu da öz növbəsində KIV-in azadlığına təminat verən beynəlxalq norma və standartlara ziddir. Bu cür maneələrlə Azərbaycan vətəndaşlarının informasiya əldə etmək haqda fundamental hüquqlarının pozulmasına son qoyulmalıdır”.
“Meydan TV”nin direktoru Emin Milli deyir ki, rəhbərlik etdiyi qurum yalnız bir dəfə - mayın 15-də normal yayımlanıb. O vaxtdan bəri bütün proqramların yayımlanması zamanı dalğalara maneələr yaradılıb. Milli hesab edir ki, hakimiyyət qorxudan bu cür maneələrə əl atır.
Azərbaycan Beynəlxalq Telekommunikasiya Ittifaqının üzvüdür və bu qurumun Konstitusiyasının 45-ci maddəsinin tələbi yayıma müdaxiləyə yol verməməkdir.
ABŞ-ın Yayım Şurası da daxil olmaqla, bir sıra tanınmış beynəlxalq yayım qurumları Azərbaycanda yayıma yaradılan maneələrlə bağlı narahatlıqlarını ifadə ediblər. Onların bəyanatlarında göstərilib ki, “soyuq müharibə” bitəndən bəri KIV-lər bu cür müdaxilələrlə üzləşməyiblər.