Azərbaycan həbsxanalarında narkotik satışı barədə xəbərlər davamlı olaraq səslənsə də ancaq Penitensiar Xidmətin rəhbərliyini bunu inkar edir. Redaksiyamıza bu barədə məlumat verən mənbə iddia edib ki, həbsxanalarda narkotik kriminal qrupların nəzarətində olsa da acaq bu iş Pentensiar Xidmətdə müəyyən vəzifəli şəxslərlə razılaşdırılıb. Mənbə həbsxanalarda bu prosesə avtoritetlərdən birinin həyata keçirdiyini bildirib. Bu barədə "Bizim Yol" xəbər yayib.
Məlumatda o da qeyd olunur ki, həmin şəxs həbsxanalarda cəza çəkən imkanlı şəxslərə cinyətkar aləmi tanımaları üçün təzyiq etdirir. Belə ki, müxtəlif üsullarla həmin şəxsləri aylıq verməyə məcbur edən avtoritet istəyinə nail ola bilib.
Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıxov qəzetimizə açıqlamasında bu iddiaları təkzib edib: “Hamı bilir ki, Mədət Quliyev hələ polis orqanlarında çalışarkən cinayətkar aləmə qarşı amansız mübariz aparıb. Ona bu amansız və qətiyyətli mübarizəsinə görə Milli Qəhrəman adı da verilib. Penitensiar Xidmətin adının belə məsələlərdə hallandırılması doğru deyil”.
Mehman Sadıxov deyir ki,cinayətkar aləmdə hansısa nüfuza malik olan şəxslər məhbusları təsir dairələrinə salmaq cəhdlərində bulunur: “Həmçinin, başqa qanunsuz əməllərə sövq edirlər. Ancaq bunun qarşısı dərhal alınır. Bu tədbirlər isə qanuni formada olur”.
Moderator.az-ın araşdırması zamanı həmin avtoritetin kimliyi də bəlli olub. Belə ki, əslən Mədət QUliyevlə həmyerli olan avtoritet Mübariz Niyazovdur.