“Azad Gənclik” Hərəkatının fəalı İlkin Rüstəmzadənin səhhəti kəskin şəkildə pisləşib. İ. Rüstəmzadənin vəkIli Nemət Kərimlinin verdiyi məlumata görə, son bir həftə ərzində İ. Rüstəmzadənin onurğasının üstündə yaranan irinli yara ona əziyyət verirdi: “Bu gün vəkil Xalid Bağırov Kürdəxanı İstintaq Təcridxanasında İlkinlə görüşüb. Dünən axşam saatlarında İlkinin onurğasının üstündə olan irinli kista dözülməz ağrılar verib. Ağrıların qarşısını almaq üçün İlkin yaranı dırnağı ilə yaranı yararaq çırkı çıxarmalı olub”.
N. Kərimli bildirdi ki, Pentensiar Xidmətinin Baş Tibb İdarəsinə gedir: “Hazırda idarəyə gedirəm. Tələb edirik ki, İlkini təcili olaraq Müalicə Müəssisəsinə köçürsünlər. Əks halda baş verəcək fəsadlara görə Pentensiar Xidmət məsuliyyət daşıyacaq”.