Həbsdə olan tanınmış vəkil Qurban Məmmədov həbsxanadan müvəqqəti olaraq azadlığa buraxıla bilər. Buna səbəb onun qaynanası Süsənbər Əliyevanın bu gün səhər saatlarında vəfat etməsidir.
Moderator.az-ın məlumatına görə, vəkilin qaynanası Süsənbər Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onun dəfn işiylə məşğul olmaq üçün Qurban Məmmədovdan başqa yaxınının olmadığını əsas gətirən ailə üzvlərinin vəkilin azadlığa buraxılması xahişilə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinə müraciət edəcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, Qurban Məmmədov ötən ilin sentyabr ayında baş vermiş avtoqəza ilə əlaqədar həbs olunub. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb.