Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov isə məhkəmənin
qərarı ilə bağlı qəzetimizə bunları dedi: "Bu, heç bir əsası olmayan
qeyri-adi qərardır.
line-height:115%">Azərbaycan müstəqil olduqdan bəri belə məhkəmə qərarına rast
gəlinməyib. Bu, faktiki olaraq övladı anadan ayırmaq deməkdir. Qərar qəbul
olunarkən uşağın mənafeyi nəzərə alınmayıb. Eyni zamanda nəzə alınmadı ki, eyni
hal üzrə 2006-cı ildə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var və icraya
yönəlib. Həmin qətnaməyə görə, ataya həftədə bir dəfə uşaqla görüşmək icazə
verilir. O, həftədə bir dəfə övladı ilə görüşə bilərdi, amma 2013-cü ilin may
ayına kimi bir dəfə də olsun, uşaqla görüşməyib. Amma indi görüş üçün iddia
qaldırıb”. Bu sözləri Moderator.az-a açıqlamasında MilliŞuranın üzvü, sabiq millət vəkili Gültəkin
Hacıbəylinin vəkili Bəhrüz Bayramov Nəsimi
rayon məhkəməsinin məlum qərarına münasibətində deyib. Vəkilin sözlərinə görə,
məhkəmə də onun uşaqla həftədə 6 dəfə - 5 gün saat 16-dan 21-ə, bir gün isə
bütöv sutka ərzində görüşməsi haqda qərar çıxarıb: “Hətta onu da nəzə almayıb
ki, uşaq saat 15-də dərsdən çıxır, bəs dərslərinə nə zaman hazırlaşacaq. Eyni hal üzrə məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı varsa, işə baxılmamalı idi. Digər tərəfdən, uşaq
özü də o adamla görüşmək istəmir, çünki onu tanımır. Əgər uşaq görüşmək istəmirsə,
məhkəmə qərarının icrası qeyri-mümkündür. Biz qərardan apellyasiya şikayəti
hazırlayırıq və sona qədər gedəcəyik. Çünki məhkəmə açıq formada qanunsuzluğa imza atıb".